"Nə əlaqəsi var?" deməyin! İnsanlar təbiəti kəşf etdikcə müxtəlif maraqlı faktlarla rastlaşmışlar. Qidalarımıza diqqətlə nəzər salsaq, görərik ki, qəbul etdiyimiz meyvə-tərəvəzlər belə insan orqanları ilə oxşarlıq təşkil edir. İndi alimlər müəyyən ediblər ki, hansı meyvə insan orqanizminin hansı orqanına oxşayırsa, bilavasitə həmin orqan üçün faydalı hesab olunur! Bu məlumat yəqin ki, çoxlarınıza məlumdur. Tapdıqlarımı sizlərlə də bölüşmək istəyirəm!
Üzüm
Bir bütün salxım üzüm ağ ciyəri xatırladır. Üzüm güclü antioksidant tərkibə malik olan bitkidir, bu maddələr ağ ciyərdə xərçəng əmələ gəlməsinin qarşısını alır.
Üzümə diqqətlə baxılarsa, bütün salxım ürəyi də xatırladır. Üzümün rəngi nə qədər tünd olsa, ürəyə və qana bir o qədər faydalıdır. Hər bir üzüm giləsi də qan hüceyrələrinə oxşayır. İndi araşdırmalar zamanı məlum olub ki, üzüm qan yaradan meyvə olub ürək əzələlərini gücləndirir, ona həyat enerjisi verir.
Sitrus bitkiləri
Qreypfrut, limon və digər sitrus bitkiləri görüşünə görə qadının süd vəzilərini xatırladır və bu da nahaqdan deyil. Hər bir belə sitrus bitkisində olan maddələr süd vəzi xərçənginin əmələ gəlməsini qarşısını alır. Döşün öz funksiyasını sağlam yerinə yetirməsini təmin edir və toxuma daxilində limfanın hərəkətinin nizamlanmasında rol oynayır.
Qoz
Yəqin ki, hər kəs qoz ləpəsi ilə beynin oxşarlıqlarına fikir verib. Qoz həqiqətən də beynə lazım olan ilk qidalardandır. Hələ bizim eradan 1000 il əvvəl İbn Sina müəyyən etmişdir ki, yunan qozunun tərkibindəki mikroelementlər insanın beyin hüceyrələri üçün son dərəcə əhəmiyyətlidir. Bunlar kalsium, kalium, sink, kobaltdır. Qoz qəbulu beyin hücüyrələrinə son dərəcə müsbət təsir göstərir, onu vitaminlər və yağ turşuları ilə təmin edir ki, insanın beyin hücüyrələri məhs həmin doymamış yağ turşularından ibarətdir. Bu da hüceyrələrin yenilənməsinə, yaddaşın güclənməsinə və beynin enerji balansının saxlanmasına səbəb olur.
Zəncəfil
Zəncəfil kökü insanın mədəsini xatırladır. Zəncəfilin orqanizmə təsirinə nəzər salsaq, aydın olar ki, o mədə bulanması və zəhərlənmə zamanı kömək göstərir. Bundan əlavə metabolizmi gücləndirir, mədənin turşu-qələvi balansını tənzimləyir, hətta hamiləlik zamanı toksikozlarda belə yaxşı təsir göstərir.
Avokado
Ortadan bölünmüş avokado qadının yumurtalıqlarını xatrıladır. Belə ki, avokado qadın orqanizminin reproduktiv funksiyasında çox əhəmiyyətli bir qida növüdür. Folikulların ovulyasiyası zamanı avokado qəbulu hamiləliyin baş verməsinə sanki təkan verir. Avokadonun tərkibində fol turşusu, mis elementi, kobalt, doymamış yağ turşuları və bitki mənşəli zülalar var. Bunlar yumurtalıqların işini aktivləşdirir, uşaqlıqğın divarlarının elastikliyini artırır, yumurtalıqlarda, uşaqlıqda və uşaqlıq yolunda xərçəng əmələ gəlmənin qarşısını alır. Bir maraqlı fakt da var: avokado çiçəyindən meyvənin yetişməsi üçün 9 ay tələb olunur.
Kök və kivi
Ortadan bölünmüş kök və kivi insanın gözünü xatırladır. Hər kəsə məlumdur ki, kök görmə qabiliyyətini yaxşılaşdırır, çünki tərkibində karotin var. Bu orqanizmdə A vitamininə çevrilir. A vitamini görmə üçün vacib olan vitamindir. Kökün tərkibindəki vitamin və antioksidantlar sizə görməni bərpa etməyə və yaxşılaşdırmağa kömək edəcək, amma qeyd etmək lazımdır ki, A vitamini yağda həll olan vitaminlər qrupuna aiddir və ona görə də nəticə əldə etməkdən ötrü kök tərkibində yağ olan qidalarla birgə qəbul olunmalıdır - bitki yağları, xama və s.
Kivi qida rasionuna daxil olarsa, görməyə çox müsbət təsir göstərmiş olacaq. Kivinin tərkibində A, E, C vitaminləri, həmçinin liutenin vardır ki, göz xəstəlikləri zamanı çox faydalıdır. Hər gün mütəmadi 2-3 meyvənin qəbulu zamanı fərq nəzərə çarpır. Belə ki, gözə gələn sinirlər möhkəmlənir, görmə qabiliyyəti yaxşılaşır və göz yorğunluğu aradan qalxır. İş rejimində gözləri daima gərgin vəziyyətdə olan kəslərə daha vacibdir. Çünki kivinin tərkibindəki mikroelemetlər gözün regenerasiyasını sürətləndirir.
Kərəviz-cəfəri
Bu bitkilərin gövdələrini quruluşu rentgendə çəkilmiş insan sümüyünü xatırladır. Orqanizmdən duzların təmizlənməsində son dərəcədə əhəmiyyətlidir. Tərkiblərindəki natrium elementi və silikon maddəsi sümüklərdən üzvi maddələrin sovrulmasının və onların kövrəkləşməsinin qarşısını alır. Maraqlıdır ki, kərəvizin də, sümüklərin də tərkibində 23% natrium var.
Şirin kartof
Şirin kartofun forması mədəaltı vəzi xatırladır. Bu bitki mədəaltı vəzi və bütünlükdə orqanizmi qocalmadan və xərçəngdən qoruyur. Antioksidantlarla zəngin olduğu üçün bütün hüceyrə və toxumalara təsir göstərir.
Pomidor
Pomidor insan ürəyi kameraları və rəngləri ilə bir birinə oxşayırlar. Bu tək xarici görünüşlə kifayətlənmir. Pomidorun tərkibindəki likopin maddəsi adlı qırmızı maddə var. Bu yağları parçalayır, antioksidantdır. Ürək xəstəlikəri ilə mübarizə aparır, hətta onların yaranmasının qarşısını alır. Ürək sistemini möhkəmləndirir. Bu maddə həmçinin qanyaranmada iştirak edir, qanın orqanlara daşınmasını sürətləndirir. Bu tərəvəzi də kök kimi yağlarla bir yerdə qəbul etmək tövsiyə olunur. Bu onun fəaliyyətini 10 dəfəyə kimi gücləndirir.
Qeyd: şəkildə pomidor 6 kameralı təsvir olunsa da əsasən 4 kameradan ibarət olur.
Əncir
Əncir kişi cinsi hüceyrələri yetişən toxumluğu xatırladır. Hətta onlar kimi cüt-cüt inkişaf edir. Əncir amin turşuları ilə zəngindir və cinsi həvəsi artırır, kişilərdə enerjini artırır. Əncirin tərkibindəki sink maddəsi spermatozoidlərin mayalandırma qabiliyyətini artırır.
Nar
Qafqaz xalqları, o cümlədən Azərbaycanda bu meyvə ailə, birlik simvoludur. Onu suyu isə "qan" adlanır, hansı ki, bütün nəsli birləşdirir. Narın dənələri qan hüceyrələrini xatırladır. Nar qan yaranma prosesinə müsbət təsir göstərir, qanın səviyyəsini və hemoqlobinin miqdarını tənzimləyir.
Soğan insanın hüceyrəsinə oxşayır. İndi mütəxəssislərin gəldiyi nəticələrə əsasən, soğan bütün hüceyrələrdən şlakları təmizləmə gücünə malikdir. Onu təmizləyən zaman əmələ gələn göz yaşı göz toxumasını üst epiteli qatının yuyulmasıdır.
Paxla
Adi paxla bitkisinin toxumu böyrək formasında olması heç kimə sirr deyil. Paxla böyrəklərin fəaliyyətini nizamlayan maddələrlə zəngindir. O böyrəklərdə baş verən iltihabi proseslər zamanı, sidik kisəsi xəstəliklərində, böyrək daşı xəstəliklərində faydalıdır.
Şampinyon
Şampinyonun orta kəsiyi insan qulağına oxşayır. Göbələk D vitamini ilə zəngindir. Vitamin D orta qulaqda yerləşən qulaq aparatını təşkil edən sümüklərin formalaşması üçün vacib komponentdir. Bu sümüklər sayəsində (çəkiç, zindan, üzəngi) insan səsləri duya bilir.

XƏBƏR LENTİ
Madonna yenə koronavirusdan yazdı
Cəbhədən YENİ XƏBƏR
Zökəmi unudun
Yapon qadınlarından cavanlaşdırıcı maska
"Elba" salatı (foto resept)
Göbələkli yemək(foto resept)
BÜRCLƏR bizə nə vəd edir?- 20 Dekabr
88,7 faiz İlham Əliyevə səs verəcəyini deyir
Bakı sürücülərinə xəbərdarlıq: yol bağlanır
Qəhvə və likörlu şokolad tortu (foto resept)
91 yaşlı qadın həyatında ilk dəfə pasport aldı-FOTO
Ən bahalı maşın-cəmi 1 ədəddir!-Video
Hamilə olduğunu bu dəfə gizlədə bilmədi
Paşinyandan acı etiraf: “Rusiyanın Dağlıq Qarabağ məsələsində neytrallığını anlayırıq”
Şeyma Subaşı kitabından bu qədər qazandı-FOTO
Bu günün hava proqnozu
Dərslərində çətinlik çəkən uşağınızla bağlı 4 sual
"Anne" serialı məhkəməyə verildi
Dəbli çəkmələr
Günün ulduz falı
Günün qoroskopu: səbrli və təmkinli olun
Sərt karantin rejimi daha iki həftə uzadıldı?--VİDEO
Ailə quran kimsəsiz gənclərə müjdə
İslam əxlaqı Dərs-2 ("Valideynin haqqı")
Alişan 2-ci dəfə ata olacaq
2015-ci ilin dəbli jaket modelləri
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Ardadan xanımına 250 minlik hədiyyə -FOTO
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Daha 30 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Nobel mükafatçıları BDU-da mühazirə oxuyublar
Çayın tarixi, xüsusiyyəti və dəmlənmə formaları
"Wellington" əridilmiş kərə yağı
Kirayə mənzil: problemdən necə qaçmalı?
Aşağı siniflərdə də imtahanlar keçirilə bilər
Ən stresli peşələr
Ayrılıq
Bakı-2015-in püşkü atıldı
Hörüklü-muncuqlu qolbağı
İcaze.e-gov.az vasitəsilə hərəkətinə icazə verilən şəxslər - SİYAHI
Dəfnə sabununun faydaları
Azərbaycanda orta məktəb direktorlarının işə qəbulunda yenilik
Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər UCUZLAŞIR
"Aydınlanma səyahəti" kitabından seçmələr (1)
Vətəndaşlar hansı halda rayonlara gedə bilərlər? - RƏSMİ AÇIQLAMA
Tramp niyə koronavirus təhlükəsini gizli saxladığını açıqladı
Bu içkilər xərçəng xəstəliklərinin riskini artırır
İmmunitet xərçəng şişlərini məhv etməyə qadirdir
Hind toyuqlu və ispanaqlı lazanya (foto resept)
Məşhur aktyor tanınmaz halda - FOTO

- ŞƏRHLƏR