![]()
“İnanmırdım ki, “Avroviziya-2020” keçirilməyə bilər. Amma dünyaya yayılan koronavirus pandemiyası ilə bağlı müsabiqə ləğv olundu. Buna çox üzüldüm. Sonra bizə xəbər verdilər ki, müsabiqənin konsert variantı onlayn şəklində keçiriləcək”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək gənc müğənni Samirə Əfəndi “İctimai televiziya”da yayımlanan “Sabahın xeyir, Azərbaycan!” səhər proqramında qonaq olarkən deyib.
Samirə sabah onlayn formatda keçiriləcək “Avroviziya” şousu barədə bunları söyləyib.
“Avroviziya” təşkilatçıları sabaha möhtəşəm konsert təşkil ediblər. Onlar tamaşaçı ilə görüşməyimizə şərait yaratdılar. “Avroviziya” tarixində onlayn konsert olmayıb. Bu, ilkdir. Tamaşaçılar maraqlı və sürpriz dolu anların şahidi olacaqlar”.
Proqramda qonaq olan “Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif müsabiqənin pərdəarxası məqamlarından danışıb:
“Əsas odur ki, yarışmada qalib və məğlub olmayacaq. Bu il “Avroviziya” müsabiqə yox, konsert formatında keçiriləcək. Həyəcansız musiqili festival olacaq. “Avroviziya” fanatlarını bir araya gətirən möhtəşəm şou olacaq.
Bu, Avropanın ən reytinqli və baxımlı televiziya layihəsidir. “Avroviziya”ya alternativ müsabiqə yoxdur. Mahnıların hamısı təqdim ediləcək. Tamaşaçıları iki saatlıq rəngarəng şou gözləyir”.
M.Arif ölkəmizi nüfuzlu müsabiqədə təmsil edən S.Əfəndinin ünvanına da təriflər yağdırıb:
“Samirə mənim favoritlərimdən biridir. Beş ildir, deyirəm ki, “Göndərin bu qızı müsabiqəyə”. O qədər ürəkdən dedim ki, Samirə iki il ard-arda ölkəmizi “Avroviziya”da təmsil edəcək”.
Qeyd edək ki, musiqi şousuna təmsilçimiz Samirə Əfəndi onlayn-konsertə “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötənilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur reperi güllələdilər-FOTO
Hamiləlik və toksiplazmoz
"iPhone 7Pro" gəlir
Çörəyin qiyməti ilə bağlı
"Payız uşaqları"nda bu xəstəlik daha çox olur
Bal pətəklərinin sirri açılır
İki milyon yarım zəvvar Ərafatdadırlar
MN: Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədinin kəndlərini atəşə tutur
Peyvənd edilməyən uşaqları nə gözləyir?
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Ən cazibədar qadın siyasətçilər
Prezidentin köməkçisi: “S-300-lərimiz Ermənistanın Mingəçevirə atdığı ballistik raketi məhv edib” - VİDEO
Qeyri-adi dizaynlı məscid - FOTO
Uorlik Qarabağ üçün Tiflisə gedib
Bu ölkə də Aİ-ni tərk edir?
Xizək üzərində hotel yaradıldı - FOTO
Makron koronavirusa yoluxdu
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
Yuxular haqqında nə bilirik?
Məşhur cütlük yenidən diqqət mərkəzindədir
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
Qırıq saç ucları üçün təbii maskalar
Yaşa görə dərinizin ehtiyacları
Ermənistanda zəhərlənmə
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Qırxayağın neçə ayağı var? – CAHİLLİKLƏR KİTABI
NASA Yer kürəsini məhv edəcək asteroidin düşmə tarixini açıqladı
Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır
Ayaqlardakı yağları əridən hərəkətlər
"Çukur"un məşhur aktyoru evləndi-FOTO
20 illik həkim maskaya görə dəlixanalıq oldu-SƏBƏB
Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır - VİDEO
27 günə 1 milyard qazandı
Kişilərin gizli qorxuları
“Hekimoğlu”da yeni aktyor
“Coca-Cola” 130 illik ənənəsini pozur
Günün qoroskopu: təmaslarda diqqətli olun
Telefonla bağlı ÖDƏNİŞ SİSTEMİ dəyişir
Azərbaycan əsgəri xalqımıza səsləndi - VİDEO
Ədat
“Bitməmiş müharibənin qəhrəmanları ”
Gözaltı ləkələrinin həlli yolları
Həkimlərə qadağa!
Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapdılar - VİDEO
Əfqanıstanda sel:onlarla insan həlak olub
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Dırnaq boyasını qurutmağın 4 praktik yolu
"Dördbucaq" piroqu(foto resept)
Prezidentdən mühüm fərman
Qanunda övladlığa götürmə ilə bağlı yeniliklər olacaq














