Qadin.Net xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.
Onun sözlərinə görə, donorların da sayı nəzərə alınarsa, indiyədək təxminən 1000-ə yaxın xəstə transplantasiya əməliyyatına məruz qalıb.
M.Kazımi qeyd edib ki, 2008-ci ildən bu günə qədər 107 qaraciyər, 346 böyrək transplantasiyası əməliyyatı icra edilib. Azərbaycanda transplantasiya edilənlər arasında uşaqlar olsa da, orta yaşlılar üstünlük təşkil edir.
M.Kazımi qeyd edib ki, qaraciyər transplantasiyası əməliyyatı olunanlar arasında ümumi ölüm göstəricisi 23,3 faizdir: "Amma onların bir çoxu əməliyyatdan 1, 3, 5 il sonra müəyyən səbəblərdən vəfat edib. Xəstələrimizin 11,6 faizi, yəni 12 nəfəri transplantasiya olunduqdan sonra xəstəxanada yatdığı müddətdə dünyasını dəyişib. Dünya statistikasına görə, qaraciyər transplantasiyasından sonra fəsadlaşma və ölüm göstəriciləri təxminən 20-30 faizdir. Azərbaycanda əməliyyatdan sonrakı ilk bir ildə ölüm faizi 11,6 faizdir".
M.Kazımi qeyd edib ki, böyrək transplantasiyası olan adamlar arasında ölüm göstəricisi 4,7 faizdir.
Onun sözlərinə görə, həmin şəxslərin də hamısı əməliyyatdan sonra dünyasını dəyişənlər deyil.
Şura üzvü əlavə edib ki, indiyədək böyrək transplantasiyası nəticəsində 15 nəfər dünyasını dəyişib: "Bir fakt göstərim. Böyrək transplantasiyası olmuş bir xəstəmiz əməliyyatdan bir neçə il sonra qohumunun toyunda rəqs etdiyi zaman infarktdan dünyasını dəyişib. Amma təəssüf ki, ictimaiyyət bunu "əməliyyat edildi, öldü" kimi qələmə verir. Orqan köçürülmüş insanlar hər zaman dünyasını həmin orqanda yaranan problemlərə görə dəyişmirlər. Onlar müxtəlif səbəblərdən dünyasını dəyişə bilirlər".
M.Kazıminin sözlərinə görə, ən böyük uğurlardan biri 9 xəstənin qaraciyər və böyrək transplantasiyası olunduqdan sonra dünyaya övlad gətirməsidir: "Orqan çatışmazlığı olan xəstələrdə hormonal balansda da pozulma olur. Onlar nəsilartırma qabiliyyətlərini itirirlər. Amma orqan köçürüldükdən sonra bu qabiliyyətlərini yenidən əldə edirlər".
XƏBƏR LENTİ
Günün qoroskopu: mənasız arzulardan əl çəkin
Orxan Zeynalov Azərbaycana ekstradisiya olunacaq?
Baydenin ayaq sümükləri sındı
Hadisə mebel reklamından 800 min qazandı
Tanınmış Hollivud ulduzu vəfat etdi
iMessage 20 dəfə populyarlaşdı
Kim Çen In ictimaiyyət önünə pop ulduzla birgə çıxdı
Həftə sonu hava belə olacaq
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ
Oğlunun iştahasını açmaq istəyən ana
Dərmanla bağlı yeni qərar
Baletin ruhu
Şaftalı və qarpız dondurması (foto-resept)
11 yaşlı şikəst uşaq "Barselona"nı heyran qoydu
Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Redaktor brauzerdə işə salındı
Kivili piroq (foto resept)
Rusiyada göydən qızıl "yağdı" - Video
Məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib
Kim Çen In ölkədə it saxlamağı qadağan etdi
Mayli Sayrus Yemi İmicdə-FOTO
Bilərziklər
Yeni qulaqcıq nəbz və təzyiqi ölçəcək
COVID-19-un beyinə nüfuzetmə xüsusiyyəti aşkarlanıb
Aktrisanın xəstəxana görüntüləri hər kəsi QORXUTDU
Günün ulduz falı
Dima Bilan subay qalmasının səbəbini açıqladı
Yerə nəhəng asteroid yaxınlaşır
İlham Əliyev ermənilərin yaraladığı azərbaycanlılarla bağlı göstəriş verib
Saqqız çeynəmək olarmı?
Azərbaycan tarixindən yüz şəxsiyyət-28
Bolqar bibərli toyuq kotleti (foto resept)
HAVA necə olacaq? 26-yanvar
Bunu etməsən sənə nə deyərlər?
Gəlin makiyajı trendi
İtkin uşaqları bankomatlar axtaracaq
Finlandiya meşələri
Məşhur basketbolçu və qızı Gizlicə Dəfn Edildi-SƏBƏB
Türkiyə Ali Hərbi Məktəbində kursant olmaq istəyənlərin nəzərinə
Uşağa şəxsiyyət vəsiqəsi verilmir – SƏBƏB
Şuba salatı (foto-resept)
Rəngarəng çantalar (5)
Məşhur aktyor ata oldu
Yeni ilə hazırlaşanlar, diqqətli olun!
Hava haqqında - 07.03.2014
Yay aylarında dəriyə qulluq
İdmançılarımızla bağlı daha bir qalmaqal
Castin Biber ağır xəstəliyə yoluxdu
Android işlədənlərə bəd xəbər
Fərqli peşə sahiblərinin iş zamanı çəkilmiş şəkilləri














