Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytına istinadən xəbər verir ki, müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış aşağıdakı göstəricilərə malik olan abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər 16 - 20 yaş arasında təvəllüdə malik, Azərbaycan vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün - 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaşlı namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası ) olmalıdır.
Müsabiqədə iştirak edəcək namizədlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunurlar.
Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.
Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 7 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcəkdir. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunurlar.
Təhsil müddəti 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.
1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 21-dən 30-dək TQDK-ya müraciət edə bilərlər
XƏBƏR LENTİ
Castin Biber xanımı haqqında bunları yazdı-FOTO
Yazın sürprizi bitmir
Qara donla makiyaj necə olmalıdır?
Reynmen "YouTube"dən 130 min qazandı
COVID-19 testlərində pasiyentlərin və tibb işçilərinin səhvləri açıqlandı
3D makiyaj sənəti
Geyim kombinləri
Uşaq kraliça ilə belə zarafatlaşdı-VİDEO
Bahalaşmaya qəti yox
Günün qoroskopu: Sparta çarı Leonid demişdi...
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Bu həftə sosial mediada diqqət çəkən 5 xəbər
Bağışlanan əmlak hansı hallarda geri alına bilər?- AÇIQLAMA
Ovulyasiya gününü ozünüz müəyyənləşdirin
Dəniz duzunun faydası
Azərbaycanda sürücülərə bəd xəbər
Dünyanın ən yaxşı tennisçiləri
Marsda canlı tapılıb
Hava haqqında - 15.10.2013
"Spam"lardan necə yaxa qurtaraq?
Qardaşını xilas etmək üçün imtahana girmədi-FOTO
""Bavariya"nı udmağa gücümüz çatır"
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Hamiləlik zamanı kosmetika məhsullarının zərərləri
Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO
Qışın sərtliyi
Südlü biskivit (foto resept)
Qadın ərini 18 avroya satışa çıxartdı-FOTO
Ordumuz ermənilərdən kənd alıb?
Hər növ saç düzümü
Hava haqqında - 18.11.2013
Çexiya ermənilərə rədd cavabı verdi
Azərbaycanda yeni informasiya sistemi
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Bəlkə də "Qərar Yorğunluğu" yaşayırsınız!
Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək
Sözlə ifadə edilə bilməyən düşüncələr
Limonun ən faydalı beş cəhəti.
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Qəlb hüzuru üçün namaz
Toy üçün "həzin rəqs" musiqiləri
O şəkildəki cüt bacı 24 il sonra tapıldı - FOTO
“Taxt oyunları”nın sonuncu mövsümündən FOTO
Ailə daxilində baş verən cinsi zorakılıq hallarına görə cəzalar sərtləşdirilə bilər
Münasibətləri bu dəfə tam fərqli davam edir - FOTO
Dərinizi yaya hazırlayın
Çörək pəhrizi ilə 3 gündə 2 kilo arıqla
HAVA necə olacaq? 8 İyul
Azərbaycan “Eurovision” finalında
İdeal kişidə olan 6 xüsusiyyət
- ŞƏRHLƏR