Soyulmuş "Bizim Tarla" pomidorları - Hər mövsüm sizinlədir
Pomidorun vətəni Cənubi Amerika olsa da, bu tərəvəz artıq bir neçə əsrdir ki, Azərbaycan mətbəxində zəruri qida məhsuluna çevrilib Milli xörəklərimizin çoxunda pomidordan istifadə olunur. İstər xörəyə xoş-qırmızımtıl rəng verməkdə, istər dadını təravətləndirməkdə, istər menyu müxtəlifliyini təmin etməkdə pomidorun rolu əvəzsizdir. Pomidor iştahanı artırır, Azərbaycan mətbəxi üçün xarakterik olan yağlı yeməklərin asan həzm olunmasına kömək edir. Pomidordan həm ətli, həm ətsiz xörəklərdə, eləcə də müxtəlif salatlarda geniş istifadə olunur. Badımcançiçəklilər fəsiləsindən olan bu bitki cinsi ispan dilindən tərcümədə- qızıl alma deməkdir. Pomidor isti sevən bitki olduğundan, əsasən orta və cənub rayonlarda becərilir.
Pomidor insan orqanizmi üçün zəruri olan vitaminlərlə, xüsusən immun qabiliyyətini artıran C vitamini ilə zəngindir, tərkibində bir çox faydalı minerallar və metallar var. Son illərin araşdırmalarına görə, pomidor xərçəng xəstəliyinin qarşısını ala biləcək qida məhsulları arasında ən əhəmiyyətlisi hesab olunur.
Yay mövsümündə pomidor bol olduğundan onu əldə etmək heç bir çətinlik yaratmır. Qış mövsümündə satışda olan pomidorlar həm qiymətin yüksək olması baxımından, həm də dad keyfiyyətinə görə sərfəli olmur. Üstəlik, təbii şəraitdə yetişdirilmədiyinə görə, orqanizm üçün faydalı olan maddələrlə zəngin deyil. Bəs nə etməli? Qış mövsümündə çox az miqdarda vitamin alan orqanizmimizi zəruri maddələrlə necə təmin etmək olar?
Narahat olmayın! "Bizim tarla" sizi darda qoymaz! "Bizim tarla"nın soyulmuş pomidorları mətbəxdə sizin yardımçınız olacaq. Tarlalardan yay mövsümündə toplanaraq konservləşdirilən qabığı soyulmuş pomidorlar təzə pomidorlara xas olan bütün keyfiyyətləri özündə saxlayır. Öz suyunda konservləşdirildiyinə görə dadını itirmir, ləzzətli suyunu pomidor şirəsi əvəzinə içmək də olar. Soyulmuş pomidordan istifadə etməklə xanımlarımız həm ailə büdcəsinə, həm də vaxtlarına qənaət etmiş olurlar. Xörəkdə tomatdan istifadə etmək mədə turşuluğu çox olan insanlarda qıcqırma və narahatlıq yaradır. Soyulmuş pomidorlardan istifadə etməklə mədənizi bu problemdən azad etmiş olursunuz.
Soyulmuş pomidorlardan ləzzətli pomidor-yumurta hazırlamaq, müxtəlif salatlarda və soyuq yeməklərdə istifadə etmək olar. Meyliniz çəkirsə, ayrıca təzə pomidor əvəzinə ağız ləzzəti ilə yeyə bilərsiniz. Soyulmuş pomidorların qiyməti də cibinizə uyğundur. Belə ki, Qışda parnik pomidorları 2-3 azn olmasına baxmayaraq yay təravətli pomidorları qablaşdırılaraq təravətini itirmədən hər mövsümdə ucuz qiymətə almaq mümkündür. "Bizim Tarla"nın soyulmuş pomidorları əl dəyilmədən gigiyenik şəraitdə yuyulur, soyulur.
Bir sözlə, pomidor yaz tərəvəzi olsa da "Bizim tarla"nın sayəsində qışda da rahatlıqla soyulmuş pomidorlarından istifadə edə bilərsiniz. Hətta bu pomidorlar o qədər təravətlidir ki, doğrayıb yay salatı belə hazırlaya bilərsiniz.
Qeyd edək ki, Soyulmuş pomidorlar Biləsuvar tarlalarından yığılmış pomidorlardır və yığılan kimi istehsala gedir, təzəliyini itirmir. "Azərsun Holding"in Biləsuvardakı "Natural Greenland" konserv zavodunda xüsusi texnalogiya ilə əl dəymədən soyulub öz şirəsində qablaşdırılır.
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR