“Məktəblərdəki vakant yerlərin toplanılması zamanı aparılan araşdırmalarla məlum oldu ki, müəyyən yerlərin gizlədilməsi halları var idi”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
O deyib ki, bu fakt məlum olduqdan sonra mümkün olan yerlər müəllimlərin yerdəyişməsi müsabiqəsinə çıxarılıb:
“Qalan yerlər isə müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim olunacaq”.
Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.
Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənləri, rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir.