“Azərbaycanda təkcə türk silahları yox, rus, İsrail, Belarus, Ukrayna silahları var. Çünki bu gün bizdə hərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və biz bunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradan əldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlara görə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarla dollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar öz müttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlara ödəniş edərək onları alırıq”.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “CNN International” televiziya kanalına müsahibəsində danışıb.
Dövlətimizin başçısı daha sonra aparıcının F-16 qırıcı təyyarələri ilə bağlı sualını cavablandıraraq deyib:
“F-16 qırıcı təyyarələri Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər”.
Hərbi əməliyyatlarda F-16 təyyarələrinin istifadə olunmamasını birmənalı şəkildə təsdiqləyən Azərbaycan Prezidenti müsahibəsində bununla bağlı bir erməni feyk xəbərindən də danışıb. “Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələri buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyev “CNN International” televiziya kanalına müsahibəsində aparıcının “Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?” sualına cavabında bildirib:
“Azərbaycanda türk avadanlığı var, türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır”.
Türkiyənin Azərbaycana siyasi və diplomatik dəstək göstərdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir” demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik”.
XƏBƏR LENTİ
Gülben Ergen ilk dəfə onunla-FOTO
Demet Şenerdən AÇIQLAMA-FOTO
Bu telefonlarda "WhatsApp" işləməyəcək
Gözmuncuqlu bəzək əşyaları
Pulqabılar
Xarab lampaları necə istifadə etməli?
Yol polisi Hillari Klintonu cərimələdi
Dünyanın ən varlı qadını 37 milyardı necə xərcləyəcəyini açıqladı
Nazlı qızlarımız üçün gəlinliklər
Bu il “Nokia” 4 yeni smartfon təqdim edəcək
"Sədərək" bağlandı
Bakıya böyük rus axını
Google istifadəçiləri izləyir
İsti ciyər salatı (foto resept)
Ayrılıq xəbərindən sonra ilk dəfə birlikdə görüntüləndilər - FOTO
Rusiyaya getmək istəyənlər mütləq oxusunlar
“İmamzadə” ilə bağlı sərəncam
Kainatın kiçik modeli tapıldı - FOTO
Kinomuzun “Ulduz”u vəfat etdi
Uşağınızın yaddaşını göz qabağında oğurlayırlar...
2012-ci il yataq otağı modelləri
İyul ayında HAVA necə olacaq?
Məktəbli uşaqlar mobil telefonlardan istifadə etməlidirlərmi?
İlin ən çox qazanan yazıçıları - SİYAHI
Mətbəx zövqü
MN: "Tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun"
Günün qoroskopu: qarışıq, laübəli gündür
Aclıq hissini yox edin
Yeni peyvəndin sınaqlarında yaşlıların iştirakı tövsiyə olunur
Qar salatı (foto resept)
Tərzinizi düzgün seçin
Komplekslərinizdən azad olun
Hansı bədən temperaturu normal hesab edilməlidir?
İlham Əliyev: “Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir”
Günün qoroskopu:Sizi xoş anlar gözləyir
Cəfəri, Kərəviz, Şüyüd
Melaniya Tramp "millət anası" obrazını sınayır - FOTO
Zərif yaxalığıın hazırlanması
Payız geyimləri
Böyük hərbi təlim başladı
8 marta özəl üzüklər
Ürək xəstəliklərindən qaynaqlanan nəfəs darlığı
HAVA necə olacaq?
Apple Yaponiyada hökmranlıq edir
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Erməni uşağını xilas edib, 38 düşməni öldürən komandir: “Qorxdum ki, uşağın altına bomba qoyublar” - VİDEO
Qar bu şəhəri “basdı”
Yayda koronavirusla mübarizədə yol verilən səhvlər
Bakıda məktəbli formalarını haradan, neçəyə və necə almalı?
DİM 29-30 iyulda keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafikini açıqlayıb - CƏDVƏL














