1.“Rosemary’s baby” – ” Rozmarinin körpəsi”
Məşhur rejissor Roman Polanski tərəfindən çəkilən Rosmars baby İra Levinin eyni adlı kitabı əsasında ekranlaşdırılmışdır. Baş rollarında Mia Farrow və John Cassavetesin rol aldığı film 1968-ci ildə çəkilmişdir.
Tanınmış bir aktyor olmaq üçün çabalayan Guy və gözəllər gözəli Rosemarya New Yorkdakı yeni həyatlarına başlamaq üçün köhnə bir binada bir otaq kirayələyirlər. Qonşu evlərdən qəribə səslər gəldiyin eşidən Rosemariya yeni yaşam tərzindən narahatlıq və qorxu keçirdir. Yuxusunda şeytanvari bir canlı tərəfindən təcavüzə uğradığını görən qadın hamilə qalır. Hamiləliyi müddətini ağrılı keçirən Rosemarya süretli kilo itirir və çiy ət yeməyə başlayır. Bütün bunlarla yanaşı Guy yaxşı bir rol təklifi alır və kariyerasında yüksəlməyə başlayır.
2. ” Wild at hearts”- ” Vəhşi duyğular”
wild-at-heart1989-cu ildə eyni adı daşıyan Barry Giffordun romanı əsasında çəkilən filmin rejissorluğunu David Lynch etmişdir. Filmdə Lula rolunu Laura Dern Sailor rolunu isə məşhur aktyor Nicholas Cage canlandırmışdır.
Lula və Sailor bir-birinə dəlicəsinə aşiq olan cütlükdür. Lakin Lulanın anası Sailora nifrət edir və cütlüyü ayırmaq məqsədilə Sailora zərər verməsi üçün adam tutur. Sailor isə həmin adamı öldürənə qədər döyür və ölümünə səbəb olar. Cinayət səbəbi ilə həbsxanaya atılan Sailor həbsdən çıxdıqdan sonra Lulayla birlikdə Kaliforniyaya yola düşür. Bu dəfə isə onları bir dedektiv və kiralıq qatil təqib edəcəkdir.
3. “The Princess bride” – ” Şahzadə gəlin”
William Goldmanın eyniadlı romanına çəkilmiş film bir qəhrəman tərəfindən xilas edilən şahzadənin fantastik hekayəsindən bəhs edir. 1987-ci ildə Rob Reiner tərəfindən ekranlaşdırılan film babanın nəvəsinə imkansız bir eşq macərasın nəql eləməsi ilə başlayır. Hekayəyə görə Florin adlı xəyali bir ölkədə yaşayan Buttercup ilə Westley arasında güçlü eşq macərası yaşanır. Qəhrəmanımız sevdiyi qızla evlənə bilmək üçün gəmiylə səyahətə çıxır lakin piratlar tərəfindən təqibə məruz qalır. Westleyin öldüyü xəbərini alan Buttercup ümidsizliyə və kədərə qərq olur. Bütün bunlar yetməzmiş kimi çarəsizcə bir şahzadə ilə evləndirilir. Film axıcı dialoqları və döyüş səhnələri ilə yadda qalıb. Filmdə səslənən “Storybook Love” saundtraktı “ən yaxşı musiqi” nominasiyasında Oskara namizəd göstərildi.
4. “The shining” – ” Parıltı”
“The shining” – “ Parıltı” Amerikalı rejisor Stanley Kubrickin “The shining” adlı filmi, 1980-ci ildə Stephen Kingin eyniadlı kitabı əsasında çəkilmişdir. Filmdə hadisələr yazıçı Jack Torrancenin ailəsi ilə birlikdə qış sezonu səbəbi ilə bağlı olan “Overlook” otelinə nəzarətçi olaraq gəlməsindən sonra başlayır. Jackın qeyri-adi güclərə sahib olan oğlu, zamanla otelin içində yalnız olmadıqlarını, keçmiş və gələcəkdən gələn ruhlarla birlikdə yaşadıqların görür və ailəsini buna inandırmağa çalışır. Qar fırtınası səbəbiylə dağdakı kimsəsiz oteldə, ailəsi ilə birlikdə yalnız qalan Jack, filmin sonlarına yaxın dəlilik həddinə çatır. Qorxu janrının şah əsəri sayılan filmin baş rollarında Jack Nicholson və Shelley Duvall çəkilmişdir.
Rejissor bu filmi çəkərkən bir sıra əsaslı dəyişikliklərə yol vermişdir. Stephan King rejissorun bu addımını müsbət qarşılamasa da, film izləyicilər və tənqidçilər tərəfindən olduqca yüksək qiymətləndirilmişdir.
5. “The silence of the lambs” -” Quzuların səssizliyi”
Baş rollarında Anthony Hopkins və Jodie Fosterin oynadığı triller janrındakı film, 1990-cı ildə ABŞ-da istehsal edilmişdir. Thomas Harrisin eyni adlı kitabı əsasında çəkilən film, 2011-ci ildə Konqres Kitabxanası tərəfindən “mədəni tarixi və estetik olaraq mühüm film” kateqoriyasına aid edilmiş və ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmidir.
Filmdə naməlum qatil qadınları oğurlayır, üç gün saxladıqdan sonra öldürür və dərilərini soyur. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları, ona “Buffalo Bill” ləqəbini verirlər. Davranışların təhlili üzrə şöbənin rəisi Cek Krouford hesab edir ki, Bufallo Billi tutmaq üçün istənilən məlumat yararlı ola bilər. Qatili tapmaq FTB üçün asan olmur və onlar keçmiş psixiatr və manyak Hannibal Lecter-ə müraciət etməyə məcbur olurlar. Lakin Lecter heç kimlə ünsiyyətə girmək istəmir. Yalnız akademiyanı ən yaxşı nəticələrlə bitirmək üzrə olan və FTB-də təcrübə keçən agent Klarissa Starling, Lecterin rəğbətini qazana bilir və Lecter onunla qarşılıqlı sazişə razı olur.
Washington Universiteti Kriminoloji professor Robert Keppel və Ted Bundy arasındakı real münasibətlərdən bəhs edən film, ardıcıl 5 həftə Us Box Office siyahısında ilk sırada qalan və premyera həftəsi gəliri xərcini ötən nadir filmlərdəndir.
6. “Anna Karenina” -” Anna Karenina”
Anna-KareninaRus yazıçısı Lev Tolstoyun 1877-ci ildə yazdığı Anna Karenina romanı ən çox ekranlaşdırılan əsərlərdən biridir. İlk dəfə Alman imperiyasında 1910-cu ildə səssiz olaraq, bütövlükdə isə otuz dəfə ekranlaşdırılmışdır. Sonuncu dəfə 2012-ci ildə Co Rayt tərəfindən ekranlaşdırılan filmdə Anna Karenina rolunu Keira Knightley canlandırmışdır.
Filmin əsas sujeti, evli və gözəl Annanın gənc zabit qraf Vronskiyə olan faciəvi sevgisi fonunda, qarşılıqlı sevgi olan və xoşbəxt ailə ilə bitən Kiti Şerbatskaya və Konstantin Levin haqqında olan hekayəsdir.
7. ”Breakfast at Tiffany’s” – ” Tifanidə səhər yeməyi”
“Breakfast Tiffany’s” adlı qısa roman 1958-ci ildə Truman Capote tərəfindən yazılmış, 1961-ci ildə Blake Edward tərəfindən ekranlaşdırılmışdır. Filmdə Holly Golighty rolunu Audrey Hepburn canlandırmışdır.
Varlı sevglisinin hesabına yaşayan yazıçı Pol Varjak yeni mənzilə köçür və burada qonşusu Holly Golighty ilə tanış olur. ikili arasında yaşanan münasibətlər filmin əsas məğzini təşkil edir. Audrey Hepburnun filmdə ifa etdiyi “Moon River” mahnısı bəstəkar Henri Manciniyə və sözlərin müəllifi Conni Mersere 1962-ci ildə “Oskar” qazandırır.
Hazırladı: Ayşən Rizvan
XƏBƏR LENTİ
Qan içmək istəyi oyadan xəstəlik
Günün qoroskopu: sadə gün deyil
Boşanmanın uşaqlar üzərində təsirləri
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda(2)
Ermənilərə zəmanət verdik
Evliliyi bitirən səbəblər
Avropadakı anomal istilərin səbəbi məlum oldu
Zəngilan rayonunun işğalından 25 il ötür
Qeyri-adi təbiət hadisəsi: Su qaya boyunca tərsinə axdı - VİDEO
Qurban bayramında geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 262 yeni yoluxma - RƏSMİ
Qəbizliyə qarşı nə etməliyik?
Bədənimizdə vitamin çatışmadığını necə bilək? - ƏLAMƏTLƏR
Bir ildə 285 kitab oxudu!
İtaliya sahillərində faciə: 300 nəfər öldü
Market sifarişini gətirən kuryer qadını öldürdü
Ermənilərin Tərtəri yenidən atəşə tutması nəticəsində bir mülki şəxs yaralanıb
"Öləcək" dedilər, milyarder oldu - FOTO
Günün ulduz falı - 12.08.2013
Hava haqqında
Hava haqqında
Berkay AÇIQLAMA VERDİ
Hava haqqında
Yerli spirtli içkilərin və tütün məmulatlarının qiyməti qalxır
Əmlakımızı niyə sığortalamırıq?
Nigar Camal Ayselin “Eurovison”da finala keçə bilməməsinin SƏBƏBİNİ açıqladı
iOS7-yə uyğunlaşırlar
COVID-19-a qarşı dünyanın ilk kağız testi hazırlanır
Azərbaycan iqtisadiyyatında artım
Aktauda "Udi mədəniyyəti günü" keçirilib
Bekhemlərin evinə oğru girdi
Tırtıl və çiçək kurabiyə (foto resept)
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Romantik evlilik
Tənhalıq
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir
Neon dırnaqlar
Azərbaycanlıların Facebook sevgisi
Əliyev Davosda çıxış etdi
Hovuza girmək üçün koronavirus karantinindən qaçdı - VİDEO
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Azərbaycanda 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə sosial-məişət xidməti göstərilir
Bir hərəkətlə piydən azad ol
Depressiya testi
Eldar Mansurov
Yeməkdən sonra nələri etməməliyik?
Adət, yoxsa qonşudan dala qalmamaq?
- ŞƏRHLƏR