
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Son illərdə Azərbaycan Respublikasının tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilmişdir. Belə ki, Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başlamış, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası reallaşmaqdadır.
Azərbaycanda bir neçə beynəlxalq hava limanının tikintisi, yeni təyyarə və gəmilərin alınması, müasir avtomobil yolları şəbəkəsinin yaradılması ölkəmizin nəqliyyat infrastrukturunun güclənməsində mühüm rol oynamış və tranzit daşımalarda iştirak imkanlarını genişləndirmişdir.
Ölkənin nəqliyyat sektorunda icra edilən layihələrlə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək istiqamətində bir sıra tədbirlərin görülməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin və nəqliyyat xərclərinin azaldılması da vacibdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılsın.
2. "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
3. "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibi" təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipi tətbiq olunsun.
5. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasına həvalə edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
7.1. dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birlikdə ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı özündə yükdaşımaların vahid tariflərini, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilələrin şərtlərini və bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirən elektron portalın yaradılmasını təmin etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
9. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilir.
10. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycan Respublikasında dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat təqdim olunmasını təmin etsin".
Mənbə:Milli.AZ
XƏBƏR LENTİ
Müasir dizayınlı güzgü modelləri
Heydər Əliyevin rəsmi olan qızıl iPhone-lar
Şakiradan gözlənilməz addım
Bitki çayları ilə arıqlama tədbiri
90 kq arıqlayan qadın: "Çox pis vəziyyətdəyəm"
Hamiləlikdə baş ağrısı və miqren
Dəri rənginə görə pomada seçimi necə olmalıdır?
Şahzadə körpənin adı bilindi
Belə də nəqliyyat olur
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Günün ulduz falı
Günün ulduz falı
Nogay çayı (foto resept)
İŞİD Bakının neft yataqlarını vurmaqla hədələdi
Azərbaycanda mənzillərin qiyməti artıb
Xoşbəxt evliliyin qızıl qaydaları
Dəbli ayaqqabı modelləri
Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağan edildi - RƏSMİ
Türkiyədə terror: 3 ölü, 45 yaralı
Donmuş vaxtın şəhəri
Günəşin enerjisi ilə dünya səyahətinə
Prezidentdən yeni təyinatlar
Memar sahəsi 7,5 kvadratmetr olan mikro ev tikib - FOTO
Dəbli boyunbağı hazırlayaq
Xərçəngin yarandığını göstərən əsas əlamət açıqlandı
Günəş sistemindən kənarda 715 yeni planet kəşf edilib
Bu insan 25 ildir ancaq pizza yeyir
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Beren Saatdan qeyri-adi -FOTO
95 milyona ev aldı-FOTO
Əl işlərim (2)
Dörd "virtual Madonna" bir səhnədə-VİDEO
Üzən meşə
Heyvansevərlər üçün maraqlı şəkilər
ÜST rəsmisindən sərt karantin rejiminə yenidən qayıtmaqla bağlı VACİB AÇIQLAMA
Bu qidalar sızanaq yaradır
Murad və Aslı barışıb?
Ingilis dili- XXX dərs
Bəziləri şanslı doğulur
"Milan" satıldı - 1,5 milyarda
30 dəqiqədə ev təmizliyi
Buraxılış imtahanlarının vaxtı bilindi
Lavanda yağı necə hazırlanır?
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Təzyiqin artmasına səbəb olan gündəlik vərdişlər
Məşhur gözəl bir gecədə 50 il qocaldı
Fransız qadınları kimi geyinməyin sirri
Kəsmikli, xurmalı toplar (foto resept)
Tatlısesin oğlu evlənir - FOTO
Əcnəbi şəxs Azərbaycan vətəndaşı olmaq istəyərsə














