Azərbaycan Tibb Universitetinin Mamaginekologiya kefedrasının müdiri Elmira Əliyeva ötən gün keçirilən mətbuat konfransında Bakıda yaşayan qızların gec ailə qurduğunu deyib. Onun sözlərinə görə, Bakıda qızlar əsasən 30 yaşdan sonra ailə qururlar və bu da onların ana olmasında ciddi problemlərə yol açır.
Bakıda qızların niyə gec ailə qurması diqqət çəkir. Bunun səbəbi nədir?
Milli,Az bildiir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininİnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov mövzu ilə bağlı azvision.az-a açıqlamasında deyib ki, Azərbaycanda nikah yaşı son 10-15 il ərzində dəyişib. Belə ki, 90-ci illərdə qadınlar üçün ortalama nikah yaşı 22-24, kişilər üçün isə 24-26 idi. Hazırda qızlar üçün ortalama nikah yaşı 25-26, kişilər üçün isə nikah yaşı 29-a çatır.
Komitə rəsmisi qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatına daxil olub, həm də beynəlxalq inteqrasiya proseslərində inkişaf edib. "Eyni zamanda gender bərabərliyi ilə bağlı qanunun qəbul edilməsi, bu prinsiplərin həyata keçirilməsi, qadınların məşğulluqda sayının çoxalmasına, xüsusilə təhsil, səhiyyə sahələrində, müxtəlif vəzifələrdə işləyən qadınların sayının artmasına təsir edib. Bu gün qadınlarımız bütün sahələrdə işləyirlər. Ali təhsil alan qızların sayı son 20 il ərzində xeyli çoxalıb. Qızlarımız nəinki hümanitar fənlər, eyni zamanda texniki fənlər, iqtisadiyyat, neft sahələrində də aktivdirlər".
E.Səfərov vurğulayıb ki, ölkəmizdə müxtəlif vəzifələrdə çalışan qadınların sayı günü-gündən artır: "Məsələn, icra başçılarının müavinləri səviyyəsində qadınların sayı 75 nəfərə çatıb. Bələdiyyələrdə isə qadınlar 35 faiz təşkil edir. Bu, Avropa Şurası dövlətləri çərçivəsində ən yüksək səviyyədə göstəricidir. Bütün proseslər, təminat məsələləri, daha yaxşı şəraitdə ailə qurmaq qayğıları nikah yaşını artırır. Buna görə qızlarımız gec yaşlarda ailə qururlar".
Komitə nümayəndəsi bildirib ki, əvvəllər Azərbaycanda erkən nikahların sayı 5000-6000 idisə, hazırda bu göstərici 400-500 civarındadır. "Burada söhbət 17 yaşında qeydiyyata alınan nikahlardan gedir. Bunların sayının azalması birbaşa qadınların - həm ali təhsil alanlarının, həm vəzifədə çalışanlarının sayının artmasıdır. Qızların gec yaşlarda ailə qurması problem deyil. Bu qloballaşma və inteqrasiya proseslərində özünü biruzə verir".
Qızların gec ailə qurmasının müsbət və mənfi tərəflərinin olduğunu deyən şöbə müdiri ilk olaraq müsbət məqamlardan söz açıb: "Müsbət tərəfləri odur ki, onlar daha çox öz hüquqlarını bilir, bərabər şəkildə çıxış edir, müstəqil şəkildə qərar verirlər. Əvvəllər qızların yerinə valideynlər qərar qəbul edir. Mənfi təsirləri ondan ibarətdir ki, nikah yaşı çoxalır və birinci uşağın doğulma sayının əmalında azalma müşahidə edirik. Əvvəllər qızlar 20-24 yaş aralığına birinci uşağı dünyaya gətirirdisə, indi nikah 25 yaşdan sonra olur və bu, ilk uşağın doğulmasına təsir göstərir. Bu da əhalinin sayının artım templərinin azalmasına gətirib çıxardan amillərdən biridir. Erkən nikahlarda hamiləlik qadının sağlamlığına təsir göstərdiyi kimi, gec nikahlarda da uşağın doğulması problemli olur, hamiləlik ağır keçir və tənzimlənməsi çətin olur. Lakin unutmamalıyıq ki, bütün bu proseslər, qızların gec yaşlarda evlənməsi cəmiyyətə təsir göstərən amillərdən asılıdır. Bu gün təkcə Azərbaycanda deyil, regiondakı bütün dövlətlərdə nikah yaşı artıb. Azərbaycanda regionda olan bu məsələlərlə qarşılaşır. Gec yaşlarda qurulan ailələrdə qadınlarda problemlərin olmaması üçün tibbi xidmətlərin gücləndirilməsinə ehtiyac var. Nəticədə, gec qurulan ailələrdə uşaq olması problemləri süni mayalanma məsələsini gündəmə gətirir".
Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan insan kapitalı indeksinə görə MDB ölkələri arasında üçüncü yeri tutdu
Bir oğlanın sevdiyini necə bilmək olar?
Erməni gülləsinə tuş gələn 3 yaşlı Zəhra: "Onların hamısını öldürəcəm"
Yaşa görə estetik əməliyyat
Körpələrdə sarılığın müalicəsində yeni metod
Mobildən biznesə: pul və qənaət
Azərbaycanın cənubunda evlər su altında qaldı
Sevgilisi olmayan qızlara müjdə
Aslan tortu
Burma kartof (foto resept)
Kişilər Ticarət Mərkəzi
Qadınlığın uzun və dolanbac yolu
Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək
Bu ölkə NATO-nun üzvü oldu
Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin nəticələri açıqlandı
Ağız sağlığını qoruyan 10 məsləhət
Bu insanlar FEYXOA yeməməlidir!
Balın müalicəvi əhəmiyyəti
“Yalnızlığın bal ayı” Polşada
Bülent Ersoya 100 minlik üzük bağışlayan xanım-FOTO
Bu şəxslər təhsil haqqından azad olunur
Bu yazı gözü zəif olanlar üçündür
Ermənistan ordusu atəşkəsi bir gündə 196 dəfə pozdu
Pəhrizə necə başlamalı?
"Azərbaycan Dəmir Yolları" yeni tədris ili ilə əlaqədar vaqonların sayını artırır
"Azərbaycanda etnik və dini tolerantlıq dövlət səviyyəsində təbliğ edilir"
Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub
Azərbaycanı heç bir ölkəyə dəyişmədi
Azra Akın ana oldu
Sabah çox isti olacaq
Hadise tətilə çıxır
Günün qoroskopu: hədər yerə pul xərcləməyin
Astronomlardan xəbərdarlıq: Planetimizi qara dəlik uda bilər
Magistral yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb
Barbekü souslu toyuq (foto resept)
Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan əhaliyə XƏBƏRDARLIQ - FOTO
Bakı Bulvarında konsert və Novruz atəşfəşanlığı
Festivalda virusa yoluxdular
Hava haqqında - 26.10.2013
Dilarə Kazımova 3-cü oxuyacaq
Microsoft planşetləri ucuzlaşır
Kişilər qarın piylərini əritmək üçün nə etməlidir?
Ayaqqabı modelləri
Səhər yeməyi üçün bulka ( foto resept)
Selfi həvəskarlarına Göygöldən şad xəbər
Qadın.Net yazılı avatarlar
5 əsas fitness hərəkətinin doğru və səhvləri
Ali məktəbə qəbul olmaq üçün bunları etməlisiz!
Bağda ərik var idi...
Məşhur aparıcının paltarı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
- ŞƏRHLƏR