
Avtomobil sığortası və uşaq məsələsinə baxan hakim
Vəkil Ceyhun Cəfərli də sözügedən layihənin qəbulundan sonra uşaq məhkəməsinin yaranacağını və bunun hər bir ölkə üçün vacib olduğunu dedi: “Bu gün Azərbaycanın məhkəmə sistemindəki mənzərəyə diqqət yetirsək, görərik ki, hakimlər vaxt çatışmazlığı ucbatından, inzibati təşkilatçılıq, maddi-texniki təchizat baxımından bəzən işlərə ötəri baxırlar. İşlər o qədər çox olur ki, hər işi dəqiqliklə, hərtərəfli araşdırmağa zamanları olmur. Qonşu mübahisələri, bir-biri ilə yumruqlaşma, hasarın, darvazanın sökülməsi işindən sonra məhkəmə bir də görürsən uşaq işinə keçir. Məsələn, uşağın kimin yanında qalması, aliment məsələsinə baxır və məsələni onca dəqiqəyə həll edir. Çünki sırada hələ başqa işlər də var. Bir sözlə, bir hakim qonşu işindən uşaq işinə, uşaq işindən kredit məsələsinə, kreditdən avtomobil sığortasına keçərək mübahisələri həll edir. Bu zaman uşağın gələcəyini həll edən ədalətli qərarın veriləcəyi bir az çətin olur”. C.Cəfərli qeyd etdi ki, uşağın gələcəkdə tərbiyəsi, maddi təminatı, düzgün qidalanması, təhsili məsələlərinə kompleks nəzər yetirmək lazımdır və hakimlərin bütün bunları nəzərə almağa zamanları olmur: “Bu cür məsələləri bir məhkəmə işinə sığışdırıb həll etmək praktiki olaraq vaxt baxımından mümkün deyil. Bir çox inkişaf etmiş ölkələrdə ayrıca ailə məhkəmələri var. Azərbaycanda da ayrıca ailə-uşaq mübahisələri ilə bağlı məhkəmələrin olması vacibdir. Bu məsələlərlə bağlı nəinki ayrıca qanunlar qəbul olunmalı, eyni zamanda struktur idarələr yaranmalıdır”. Müsahibimiz uşaqların hüquqlarına səthi yanaşılmasından narahat olduğunu bildirdi: “Əgər valideynlər boşanırsa, uşaqların hansı valideynin yanında qalma məsələsi araşdırılırsa, məhkəmədə 10 yaşına çatmış uşağın fikri öyrənilə bilər. Hansı formada öyrənilə bilər? Məhkəmədə psixoloq, uşağın müəllimi, həkim-nevropatoloq iştirak etməlidirmi? Bütün bu məsələlər yeni qəbul olunacaq “Yuvenal ədliyyə haqqqında” qanun layihəsində öz əksini tapmalıdır. Düşünürəm ki, bu cür məhkəmələrdə indikindən fərqli olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak etməlidir”. Məsələ ilə bağlı millət vəkili Çingiz Qənizadə ilə danışdıq. Ç.Qənizadə bildirdi ki, “Yuvenal ədliyyə haqqında” qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasına salınmayıb. Millət vəkili qanun layihəsinin nə vaxt qəbul ediləcəyi barədə məlumatı olmadığını bildirdi.
Mənbə: Kaspi.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günəşdə PARTLAYIŞ
Paris moda həftəsində məşhurlar
Qan donduran araşdırma - 5042 ölü
Ət qovurması (foto-resept)
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Dodaq formanıza görə xarekteriniz
Demet Akalın keçmiş əri ilə barışdı-FOTO
Bədəni və zehni rahatladan üsullar
Amansız boks: karyerasında ilk dəfə uduzdu
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Xoşbəxt ailənin sirri nədədir?
Bazarı nə inkişaf etdirəcək?
Heydər Əliyev Mərkəzində nümayiş edilən əsər sakinlərin marağına səbəb olub
Toyuq əti seçərkən nəyə diqqət yetirməli?
Birinci xanımlarla bağlı maraqlı faktlar
Bakıya duman gələcək, külək əsəcək
Sumaqlı ciyər (foto resept)
Ərəb üsulu lahmacun (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-8 Oktyabr
Günün qoroskopu: uğurlu gündür!
Pike Etirafı ilə Gündəmdədir
57 ölkədən 32 sabiq prezident Bakıya gələcək
Ermənistan Müdafiə naziri David Tonoyan general-leytenant Rüstəm Muradov ilə görüşüb
Günün qoroskopu:Aktiv olun
İri ticarət mərkəzləri açılır? - RƏSMİ
Məhəmməd Əmin Rəsulzadənin ailə faciəsi
Dünyanın ən tüklü dovşanı
İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi
Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 xəstələri barədə cinayət işi başlanıldı
Hər dörd qadından biri...
HAVA necə olacaq?
Şəxsiyyət vəsiqəsi haqqında qanun
Prezidentlərin təkbətək görüşü
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
Bakıya səs salan pulsuz mağaza
Dünyanın ən gözəl qızı başına gələnləri ETİRAF etdi
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Prezident İlham Əliyev veteranlar üçün 500 min manat ayırdı
Bakının mərkəzi küçələrindən birinin adı dəyişdirildi
Yeni müharibə xəbərdarlığı
Depressiyadan xilas olmaq üçün 13 üsul
Nazir: "Azərbaycanın suverenliyi İran üçün olduqca vacibdir"
Demet Okanın XƏYANƏTİNDƏN danışdı
Koronavirusla bağlı SON STATİSTİKA
Uşaq üçün jilet toxunuşu
İnternetdə pul qazanmağın yolları
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
Ölümündən 90 dəqiqə sonra Dilirdi-FOTO
“Atiye” üçüncü mövsümündə final edəcək















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]