Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək. Dövlət komitəsindən ANS PRESS-ə verilən məlumatına görə, forum 28-29 apreldə keçiriləcək.
2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirakı nəzərdə tutulub. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçıları da var. Belə ki, tədbirdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vike Vayra-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, Qırğızıstan, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir.
Forumun gündəliyində açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılacaq. Davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında da geniş müzakirələrin aparılması planlaşdırılır.
Xatırladaq ki, II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı ötən il - 2013-cü il mayın 6-8-də Bakıda keçirilib.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
Baş ağrısı ilə həkimə gedən kişi aldığı cavaba heyrət etdi
Bakıda ən bahalı torpaq haradadır?
Azərbaycana giriş-çıxış məhdudiyyətinin müddəti uzadıldı - RƏSMİ
İçliklə doldurulmuş üçbucaq blinçiklər (foto resept)
Bir yumurtadan iki leylək balası çıxdı-FOTO
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA
Cazibədar xanımlar
Qarnımdakı piylər ərimir deyənlərin yol verdiyi səhvlər
Polina Qaqarina FOTO paylaşdı tənqid olundu
Ermənilər 16 yaşlı məktəblimizi yaraladılar
Ayaqqabıdakı qoxunu necə yox etməli?
Məşhur türk aktrisası öldü-FOTO
Gündəlik geyim üçün kombinlər
Cinsi münasibətlərdən utanırsınız?
ÜST xəbərdarlıq etdi: "Antibiotik infeksiyanı gücləndirir"
Gənclər Heydər Əliyev zirvəsinə yürüş ediblər
Zövqlü üzük modelləri
"Neftçi" ilə heç-heçə "Qəbələ"nin işinə yaradı
Merkelin sərt Rusiya mesajı
“Qızım İlham Əliyevin oğlunun xoşuna gəlib”
Ən xoşbəxt olduğumuz saat bilindi
Bazar günü Bakı heyrətləndirəcək
Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”
Qəribə, bəlkə də absurd Mini
Qadınların hislərini ələ verən 9 vəziyyət
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
HAVA necə olacaq?-28 FEVRAL
Ermənistan müharibə zamanı Bakıda enən sərnişin təyyarələrini hədəfə götürməyə cəhd edib - VİDEO
Tər xəstəni ələ verdi
Günün ulduz falı
Lənkəranda qanvermə aksiyası keçirilib
İncə telli saçları necə həcmli etmək olar?
Turistlərin ən çox axın etdiyi ŞƏHƏRLƏR
Çində Evlənmək QADAДћAN Olundu-SƏBƏB
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
İlham Əliyev Qərbi ayıltdı
Rusiya KİV: “Şuşa üç tərəfdən mühasirəyə alınıb, güclü hücum hazırlığı görülür” - FOTO
Orqanizmdə vitamin balansının pozulması
Sağlam pəhriz
Dünyada inqilab edən azərbaycanlı gənc - İXTİRA
İdman ayaqqabıları
Ştefan Füle: "Ermənistanla assosiasiya haqqında saziş təsdiq edilməyəcək"
Fitneslə düzgün məşğul olmaq
Pulu harada, nəyə və necə xərclədimiyizi bilirikmi?
Psixoloq Doğan Cüceloğlundan tövsiyələr (2)
Azərbaycanda zəlzələ oldu
Əhməd Ağayevin anım günüdür
Kolleclərə qəbulun nəticələri - Açıqlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]