Bu gün Azərbaycanın tanınmış yazıçı, jurnalist, siyasətçi, pedaqoq, filosof və s. bu kimi sahələrdə özünü inkişaf etdirmiş Əhməd bəy Ağaoğlunun vəfatından 76 il ötür. Hələ Sankt-Peterburqda təhsil aldığı dövrlərdə dostları Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycan və Türkiyədə müasirləşmə və millətçilik fikirlərinin oyanmasında böyük işlər görmüş Əhməd bəy Ağaoğlu təəssüf ki, sovet dövründə məqsədli olaraq unutdurulub və bu gün kifayət qədər tanınmır.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov bu mühim şəxsiyyət barədə həqiqətləri ANS PRESS oxucularına təqdim edir.
Fikirləri ilə dərin izlər qoymuş dəyərli ziyalımız, Əhməd bəy Ağayev
20-ci əsrin əvvəllərində, Azərbaycan və Türkiyədə, Qərbliləşmə və millətçilik fikirlərinin oyanmasında böyük işlər görmüş mühüm bir simadır Əhməd bəy Ağayev. Əsilzadə bir ailədən gələn Ağayev, bütün həyatını Türk dünyasının inkişafına, Azərbaycan xalqının öz milli şüuruna və tarixinə sahib çıxmasına həsr edib.
Hələ kiçik yaşlarından oxumağa, öyrənməyə həvəsli olan Əhməd bəy, təhsilini Fransada Sorbonna Universitetində davam etdirib. Ərəb, Fars, Fransız dillərini çox yaxşı öyrənib, 1890-cı ildən etibarən Şərq fəlsəfəsinə və ədəbiyyatına aid ilk məqalələrini dərc etdirib. Bu arada Parisdə ikən “Gənc Türklər” təşkilatının nümayəndələri ilə tanışıb, onlarla görüşmələrində Rusiya Türklərinin milli problemləri ətrafında müzakirələr aparıb. Eyni zamanda vətən ilə də əlaqəsini kəsməyib, bəzən Tiflisdə Rus dilində nəşr olunan “Kavkaz” qəzetində məqalələr nəşr etdirib.
Avropadan qayıtdıqdan sonra Azərbaycanda Məşriq adlı qəzeti çıxartmaq üçün hökümətdən icazə ala bilməyən Əhməd bəy Ağayev, 1896-cı ildə Şuşaya gedərək realnı məktəbdə Fransız dili müəllimi işləməyə başladı. Bu dönəmdə Kaspi qəzetində dərc etdirdiyi bir sıra məqalələrində əsasən müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edirdi.
Əhməd bəy Ağayev, Azərbaycan və ümumən bütün Rusiya türklərinin çar istibdadı altında milli varlıqlarını itirmək təhlükəsi altında qaldıqlarını düşünürdü. Buna görə də hesab edirdi ki, Türklər öz varlıqlarını qorumaq üçün Türklüklərinə sahib çıxmalıdırlar. Bu arada o, Rusiyanın deyil, qərbin örnək alınmasını da tövsiyyə edirdi. Bu səbəblə ona Azərbaycanda qərbliləşmə hərəkətini başladan ilk ziyalı da demək mümkündür.
Şübhəsiz 1905-ci ildə ermənilərin dinc Azərbaycan xalqına qarşı törətdiyi cinayət və qətliamlar Əhməd bəy Ağayevi çox kədərləndirirdi. Fəqət o sadəcə kədərlənməklə qalmır, çar məmurlarının «fitvası» ilə cəsarət alan ermənilərə qarşı elə özlərinin anladığı şəkildə cavab verilməsini tövsiyyə edirdi. Hətta o bu fikirlərini milli qırğınların kəskinləşməsi ilə əlaqədar 1906-cı ilin Fevralın 20-də Qafqaz canişinliyinin Tiflisdə çağırdığı “barışdırıcı qurultay”ında da açıqlamışdı. Ağayev orada Azərbaycan tərəfinin proqramını təqdim etmiş, Azərbaycan xalqına qarşı erməni vəhşətinin dayandırılmasını, Daşnaqsütun partiyasının və digər erməni təşkilatlarının buraxılmasını, əks halda Azərbaycan tərəfinə də müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini söyləнши, gətirdiyi tutarlı dəlillərlə erməni rəhbərlərini susdurmuşdu.
Bu hadisələrdən sonra çar hökümətindən Azərbaycan xalqının xeyrinə müsbət bir cavab alınacağına ümidi qalmayan Ağayev, 1906-cı ildə Şuşaya gəldi, şəhərin nüfuzlu sakinləri ilə məsləhətləşmələr apardıqdan sonra “Difai” partiyasını qurdu. Partiyanın mərkəzi Bakıda yerləşsə də, fəaliyyətləri əsasən şimal-qərb bölgələrində idi. Üzvlərinin sayı 1000 nəfərə çatan Difaiyə xalq arasında böyük rəğbət vardı.
Difai Partiyası erməni terroruna qarşı silahlı mübarizəni məcburi bir yol kimi seçmişdi. Çünkü çar höküməti və onun məmurları dinc Azərbaycan xalqının öldürülməsinə, evlərinin və mallarının talan edilməsinə açıqca göz yumurdular. Bu isə Difaiçiləri daha ciddi addımlar atmağa sövq edirdi. Bu addımlardan ən mühümü erməni vəhşiliyinə göz yuman çar məmurlarını cəzalandırmaq idi. 1906-cı ilin sonuna doğru Difaiçilər Şuşa general-qubernatoru V. N. Qoloşapovu və onun dəftərxana müdiri Kleşinskini qətlə yetirdilər. 1907-ci ildə bu dəfə Naxçıvan qəza rəisi podpolkovnik Engel də öldürüldü. Maraqlı cəhət orasıdır ki, Difaiçilər hər bir aksiyadan sonra özlərini gizlətmir, açıq bir şəkildə bütün məsuliyyəti öz üzərilərinə götürürdülər. Üstəlik qəzetlərə göndərdikləri bəyanatlarda qətllərin səbəblərini izah edir, dinc Azərbaycan xalqına qarşı bu cür siyasət yeridənlərin hamısını bu cür aqibətin gözlədiyini açıqlayırdılar.
1908-ci ildə Çar hökümətinin Difaiçilər və Əhməd bəy Ağayevə qarşı təzyiqləri artdı. Onun qəzetləri bağlandı, özü təqib edilməyə başlandı. Nəticədə Ağayev, Türkiyəyə getməyə məcbur qaldı. Difaiçilər isə kültəvi şəkildə həbs edildilər.
Türkiyəyə mühacirət edən Ağayev, daha öncə Fransada tanış olduğu Gənc Türklərlərə yaxınlaşdı, İttihad Tərəqqi partiyasına daxil oldu. Eyni zamanda Türkiyədə elmi, publisistik fəaliyyətlərini də davam etdirərək “Tərcüman-ı Həqiqət” qəzetinin redaktoru vəzifəsində işləməyə başladı. Bu arada qeyd etmək lazımdır ki, “Türk Yurdu” jurnalının yaradıcılarından biri olan Ağayev, Türkçülük hərəkatının məşhur ideoloqlarından biri kimi Əlibəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Həmdullah Subhi və başqaları ilə çiyin çiyinə çalışmış, Afyonqarahisardan Osmanlı məclisinə deputat seçilmişdi.
1918-ci ilin may ayının 28-də Azərbaycan Cumhuriyyəti elan olunduqdan sonra Osmanlı və Azərbaycan arasındakı müqaviləyə əsasən Nuri Paşa rəhbərliyindəki Qafqaz İslam ordusu ölkəmizə gəldi. Bu sırada Ə. Ağayev də Nuri Paşanın siyasi müşaviri kimi muhacirətdən Azərbaycana qayıtdı. Xüsusən “İyun böhranı” dövründə Nuri Paşa ilə Milli hökümət arasında anlaşmazlıq yarananda, iki tərəf arasındakı ümumi razılığa gəlinməsində vasitəçilik etdi.
Əhməd bəy Azərbaycan Cumhuriyyəti parlamentinə üzv seçilmişdi. Ayrıca Paris sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə qatılmış, lakin İstanbulda “Türk jurnalisti və Osmanlı parlamenti üzvü” kimi təqdim olunaraq İngilislər tərəfindən həbs edilmişdi. 26 aylıq Maltada sürgün həyatı yaşadıqdan sonra Atatürkün təşəbbüsü ilə azadlığa buraxılıb və 1921-ci il mayın 28-də İstanbula qayıdıb.
Türkiyəyə döndükdən sonra Atatürk rəhbərliyində davam edən Milli Qurtuluş müharibəsinin fəallarından biri olub. Türkiyə Böyük millət məclisi açıldıqdan sonra Qarsdan iki dəfə millətvəkili seçilib. Eyni zamanda Ankara Universitetində professor və Hakimiyyəti Milliyə qəzetində redaktor işləyib.
Əhməd bəy Ağayev bütün həyatı boyunca Qərb mədəniyyətinin öyrənilməsi və tətbiqini tövsiyyə edib. Onun, Azərbaycan, Türkiyə və ümumiyyətlə Rusiya türkləri arasında millətçilik düşüncələrinin oyanmasında misilsiz rolu olub. Sovet dövründə “Panislamist”, “Pantürkist” adlandırılaraq adı və əsərləri unutdurulmağa çalışılıb. Lakin son dönəmlərdə onun haqqında ölkəmizdə geniş tədqiqatlar aparılmaqda, 20-ci əsrin əvvəllərində fikir və fəaliyyətləri ilə Azərbaycan xalqının rəğbətini qazanmış bu dahi insanın həyatı öyrənilməkdədir.
Ramin Sadıqov tarix üzrə fəlsəfə doktoru
Azərbaycan Müəllimlər İnstitutu
Şəki filialının tarix müəllimi
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Xəzərdə zəlzələ oldu
"Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək"
Hava haqqında - 10.10.2013
Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur
Facebook-da pulsuz ESET olacaq
Yeni trend: yandan düyməli
İnsanlar daha qocalmayacaqlar?
Azərbaycanlı rəssam Merilin Monronun portretini elə yaratdı ki... - VİDEO - FOTO
Məşhurların şəxsiyyət vəsiqələri-FOTO
İşğaldan azad edilən ərazilərimizin nə qədər sakini var? - SİYAHI
Ana olmaq şəkillərlə ifadə edilərsə
Evdə qaş necə boyanır?
Krediti qaytarmasan, bank nə edə bilər?
“Victoria’s Secret” ənənəvi şousunu ləğv etdi - 25 ildə ilk dəfə
Obamadan Putinə zərbə
"Biz gərgin çalışıb yaddaşlarda qalacaq səviyyədə Oyunları təşkil etdik"
Azərbaycan tarixindən yüz şəxsiyyət-100 (son)
Prezidentin ailəsi Moskvada
Filmlərə görə yaşlarından daha gənc obraza çevrilənlər
“Facebook”da “bəyənmirəm” düyməsi nə ilə əvəzlənəcək?
Nazirlik gecikən pulları ödətdirdi
Bədən tipinə uyğun ətək seçimi
Cəbhədə ermənilərin təxribatı bitmir
Çin alimi geni dəyişdirilmiş körpə "yaratdı" -FOTO
"Oversize" köynək dəbi
Toyuq ilə yay ləvəngisi
Dato Bakıya gəlir-VİDEO
Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR
Rənglər və sağlamlıq
Şadlıq evlərində vəziyyət necədir?
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "İÇV infeksiyasının profilaktikası" mövzusunda maarifləndirmə aksiyasına başlanıb
Monika gözəlliyi ilə diqqət çəkdi-FOTO
Uşaqlarımız itəndə nə etməlidirlər
Azərbaycana 4G şəbəkəsi gəldi!
Britni Spirs psixiatrik xəstəxanaya yerləşdirildi-SƏBƏB
Dünyanın ən kiçik qızıl sikkəsi buraxılıb - FOTO
14 ildə 10 uşaq doğan vətəndaşımız-FOTO
Sofi Loren kinoya qayıdır
Övladınızın ağıllı olmasını istəyirsinizsə, bunları edin
Filippində güclü zəlzələ ölüb, ölənlər var
Tülkü ilə dovşanın nağılı
Bambuk gülünə qulluq
ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI: İkinci dalğa olmayacaq, amma...
İlham Əliyev Qarabağdakı PKK düşərgələrindən danışdı: “Məhv edəcəyik”
Manatın məzənnəsində ciddi dəyişiklik
Co Baydenin vitse-prezident postuna namizədinin adı açıqlandı
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Murat və Aslının ayrılıq günü nə baş verib-FOTO
Erkən yaşlarda qeydə alınan abortlar
Hicablı xanımlar üçün















- ŞƏRHLƏR