Ən ümdə vəzifəsi Azərbaycan istiqlaliyyəti, ən böyük arzusu bütün türk dünyasının birliyi olan Əhməd Cavadı anmaq, bəlkə də, bu gün daha çox onun haqqıdır. Qələmi özünə yoldaş seçib, vətən sevgisini, azadlıq həsrətini ən ibarəli fikirlərlə ifadə edən Əhməd Cavad şəxsiyyətinin formalaşmasında Gəncə dövrü əvəzolunmazdır. Baxmayaraq ki, bu onun uşaqlıq illərinə təsadüf edir, fəqət elə ən mənalı çağlar da uşaqlıqdır. 1906-cı ildə anası Yaxşı xanımla balaca Əhməd Gəncəyə köçürlər. Şairin Gəncə dövrü isə bu evlə birbaşa bağlıdır. Zamanında Əlirzayevlərin mülkü sayılan bu bina Əhməd Cavad qələmindən süzülən şeirlərin şahidi olub. Xüsusən ilk şeirlərin. Özünün də dediyi kimi, şairin mənalı ömrünün tarixi, doğrudan da, Gəncəyə köçdüyü vaxtlardan başlayır. Az əvvəl də Əhməd Cavadın şair, ən əsası bir şəxsiyyət kimi formalaşmasında Gəncə dövrünün əvəzolunmazlığını vurğuladım. Amma bir də mühit fərqi var. Daha doğrusu, mühiti formalaşdıran insanlar. Bax bu mühit məsələsinə gələndə, o, yaradıcı insanlar üçün çox vacibdir. Əhməd Cavad mühitinin sakinləri Abdulla Sur, Əli Rza, Əli Nəzmi kimi ziyalılar idisə, demək ki, həmin mühitdə yazılacaq şah əsər də ancaq Azərbaycan marşı ola bilərdi...Səndən ötrü can verməyə cümlə hazırız... Səndən ötrü qan tökməyə cümlə qadiriz... Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi sayılan dövlət himnimizin sözləri də məhz bu evdə yazılıb. Beləliklə, sıradan bir ev deyil, tarix yazan binaya çevrilib. Tarix yazmağı bacaran şəxsiyyət, dilindən səslənib, qələmindən süzülən sözlər bu gün dilimizdən səslənir, həm də qorxmadan, çəkinmədən. Sənin marşın dövlətimizin himni olub, ən yüksək arenalarda, ən böyük zəfərlərdə səslənir. Yazdığın sözlər qürurumuzdur. İstiqlaliyyətin həsrətini çəkib, doğru sözün qurbanı olan şəxsiyyət, bu gün ölkən istiqlaliyyət zəfərini qeyd edir, həm də böyük sevinc və qürurla. Yəqin ki, ruhun şaddır. Çünki Azərbaycan adlı vətən marşı yazan insanın ruhu yalnız müstəqillik təntənəsindən şad ola bilər.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Portağallı islak keks (video-resept)
“Jazz”-ın yaranması
SON DƏQİQƏ: Azərbaycana qar yağdı - VİDEO
Türkiyənin məşhur müğənnisindən Qarabağ mesajı
İki ay əvvəl oğurlanan uşaq evinin 20 kilometrliyində zirzəmidə tapıldı
Bu ərazilərdə qaz olmayacaq
1 qramı 2 milyard dollara olan daş
Nogay çayı (foto resept)
Azərbaycanın azad edilmiş torpaqlarını tərk edən erməni ailəsi evini özü ilə apardı
İş yerində hədiyyələr: nə olar, nə olmaz?
Güclü külək gözlənilir
COVID-19-un iki müxtəlif növü barədə məlumat verildi
Obezofobiya
Maqnit qasırğaları yaxın aylarda da tüğyan edəcək - XƏBƏRDARLIQ
Yeni trend: təbii çillər
Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO
Süni mayalanmanın mərhələləri
1 milyon 223 min nəfərin pensiyası artır
Qurbanlıq qoyunların qiyməti neçəyədir?
Rus tankları Bakıya girdi
Bakıda 3G mobil internet niyə bahadır?
ABŞ-da koronavirus qurbanları maraqlı tərzdə anıldı - VİDEO
Ajda Pekkan 46 illik FOTO paylaşdı
Fındıq qabığındakı möcüzə
Bakı qarın əsarətində
Bahalı geyimlərin zərərləri nədir?
İlham Əliyev: "Qalib çıxacağıq"
Tarixin ən nadir oğurluğu: belə iş olar?
Magistraturada boş yerlər qalıb
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb
WhatsApp-a girişə qadağa qoyuldu
Əlillərin nəzərinə!
Tornado Amerikanı qəfil yaxaladı
Neft daha da ucuzlaşacaq
Yuxuya rahat getmək üçün nə etməli?
Qarpız bazarlarda niyə ucuzlaşmır?
Sərt karantin rejimi Lənkəranın kəndlərinə də aiddir? - Açıqlama
“Survivor” tarixinin ən böyük mükafatı-VİDEO
Özəl klinikalarda koronavirus testinin qiyməti necə müəyyən olunur?
Yeni asmada BMW M6
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: Üç nəfər öldü
İtalyan Omleti - Frittata (foto-resepti)
Başqası üçün sən
Vərdişlərimizi Ramazan ayı dəyişəcək, ya özümüz?
Seks ürəyi qoruyur
Olimpiya oyunlarından YENİLİK
Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?
Koronavirusa yoluxan Ayşvariya Rayın vəziyyəti ağırlaşdı
Kabusların öhdəsindən necə gələk?
Özcanın tərəf müqabili o olacaq - FOTO















- ŞƏRHLƏR