Müqəddəs Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvanların satış yarmarkaları hələ fəaliyyətə başlamasa da, paytaxtın bəzi rayonlarında fərdi ət-kəsim məntəqələrində qurbanlıq qoyun satışı yerləri var.
Qadin.Net bildirir ki, lent.az-ın əməkdaşı bayram öncəsi qurbanlıq heyvanların qiyməti və bazarın ümumi vəziyyətini öyrənmək üçün Bakının Xətai rayonunda yerləşən ət-kəsim məntəqəsinə baş çəkib. Məntəqənin sahibi Həsənov Novruz qoyunların əsasən İmişli, Beyləqan və Füzuli rayonundan gətirildiyini deyir.
Məntəqədə 11-12 kiloluq əti olan quzuların diri çəkisi 6 manatdan, 20-25 kiloluq qoyunların diri çəkisi isə 5 manatdan satılır.
Məntəqə sahibinin sözlərinə görə, qoyunların qiymətində artım yoxdur. 3 ay əvvəl necə idisə, bu gün də o qiymətə satırlar. Satışa çıxarılan qoyunların hər biri Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən müayinə edilib: "Fərdi satış zəifdir. Hətta 1-2 gündür kilo ilə ət alan da yoxdur. Hamı bayramı gözləyir ki, kimsə qurban kəsəndə onlara da pay verəcək. Əsasən xeyriyyə cəmiyyətləri alır" - deyə məntəqə sahibi əlavə edir.
N. Həsənov qurbanlıq qoyun seçəcəklər üçün faydalı olacaq məlumat da verir. Deyir, alıcılar qurbanlıq qoyun alarkən gözəlliyə üstünlük verirlər. Tükləri ağ olan qoyunlar seçməyə çalışırlar. Lakin tükləri qara olan qoyunların əti daha dadlı olur. Çünki tünd rəngli qoyunlar daha çox günəş şüası alır. Bu da onun ətinin dadlı edir.
Bakıdan fərqli olaraq Gəncə bazarında Qurban bayramı ilə əlaqədar qurbanıq qoyunların qiymətində artım var. Sakinlərin sözlərinə görə, 10-11 kiloluq qoyun əvvəl 120-130 manata satılırdısa, bayram ərəfəsində 140-150 manata satılır.
Heyvanların topdan satış bazarı sayılan Beyləqan bazarlarında qiymət artımı yoxdur. 10-11 kiloluq qoyunu əldən 80-100 manata almaq olar.
Qeyd edək ki, sentyabrın 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Yarmarkalarda ilk dəfə olaraq Nazirliyin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisələri MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
195 kq arıqlayan qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Meqan Marklın gizli Hollivud planı ortaya çıxdı
Bu 9 qida arıqladır!
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB
Gəlin gözəldir, yoxsa tort?
Dua Lipa geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”
Yeni türk nəsilini necə yetişdirməli?
Balaca uşaqlar üçün papışın toxunması
Qaynananın və gəlinin şikayətləri
Ailənizlə səyahət edə biləcəyiniz 4 ölkə
Dünya tibb elmində ilk
Milyonlarla insanın həyatı belə dəyişdi
Bakıda bu şəxslər üçün avtobuslar pulsuz olacaq
Paşinyan məğlubiyyətin məsuliyyətini üzərində olduğunu bildirib
Koronavirusun simptomları dəyişdi
Ətrafa atılan maskalar: Ən böyük təhlükə mənbəyi - VİDEO
Bu makiyaj səhvlərini etməyin!
Çörək yeyərək arıqlamaq olarmı?
Varikozdan qorunmaq üçün 15 dəyərli addım
Azərbaycanın futbol hakimi AÇ-nin final mərhələsində
Yaylıq və şərflər
Dünyada hansı ölkənin pasportu daha etibarlı və güclüdür?
Parkinson xəstəliyinə tutulmuş sənətçinin görünüşü pərəstişkarlarını məyus etdi - VİDEO
Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı
Azərbaycanda Avro-4 normalarının qəbulu nə ilə bağlıdır?
Möhtəşəm rekord: dünyanı qaçaraq dolaşdı
Möhtəşəm mənzərələr
Bürclərin mənfi xüsusiyyətləri (2)
5 gündə 5 kilo arıqladan MÖCÜZƏVİ DARÇIN SUYU
At şabalıdı
Ukraynanın “Obezrevatel” kanalı Dağlıq Qarabağ münaqişəsi haqda film hazırlayıb - VİDEO
Gürcüstan Azərbaycana başsağlığı verdi
2014-cü ilin şərf və şal modelləri
Dövlət xəstəxanalarında tibb fakültələri açılacaq - RƏSMİ
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Qarışıq geyimlər
Gözəllik kraliçası küçədə, dilənçi kimi öldü
Qızılı sevən, siyasətdən qaçan, vətəni olmayan adamlar...
Bəhram Bağırzadə həftələr sonra şəkil paylaşdı-FOTO
Koronavirusa görə “Eurovision”da problemlər başladı
Son 14 gün ərzində virusa yoluxma halları artıb - RƏSMİ
Edamdan 18 il sonra bəraət aldı
Hamilə olduğunu düşünürdü 9 ay sonra ...-FOTO
Hər səhər tıxacda qalanlar üçün xoş xəbər - FOTO
Böyük Dostoyevski 192 yaşında
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Paşinyan Şuşanı qaytarmaq üçün edilmiş uğursuz cəhdlərindən danışdı














