Nüfuzlu “Associated Press” nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, Kəlbəcər və nəhayət Laçın rayonlarının Azərbaycana təhvil verilməsi prosesinin başa çatmasını işıqlandırıb.
Nəşr qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilər üzərində nəzarətin bərpasını “tarixi qələbə” adlandırıb və həmin ərazilərin dirçəldiləcəyinə söz verib.
“Biz hər birimiz bir arzu ilə yaşamışıq, indi biz bu arzunu həyata keçirdik. Biz döyüş meydanında və siyasi arenada qələbə qazandıq”, - ölkə başçısının bu fikirləri məqalələrdə yer alıb.
Nəşr həmçinin Azərbaycanın işğal illərində dağıdılmış şəhərləri və kəndləri bərpa etmək əzmində olduğunu və bu fikrin şəxsən ölkə başçısı İlham Əliyevin dilindən dəfələrlə söyləndiyini qeyd edib.
“Associated Press” eyni zamanda üçtərəfli bəyanatın Azərbaycan və Ermənistan cəmiyyətində necə qarşılandığına da diqqət yetirib. Nəşr qeyd edib ki, Azərbaycan xalqı üçtərəfli bəyanatı qələbə kimi bayram etdiyi halda, Ermənistanda çoxsaylı iğtişaşlar və etirazlar yaşanıb.
Ermənistan tərəfinin Kəlbəcəri qaytarmaq üçün əlavə 10 gün vaxt istəməsindən sonra Azərbaycana təhvil verilən ilk rayonun Ağdam olduğuna diqqət çəkən nəşr, xalqımızın bu ərazilərə qayıtmağa, dövlətin isə bu regionları bərpa etməyə hazır olduğunu qeyd edib.
“Biz tarixi ədaləti bərpa etmişik. Azərbaycan xalqı dağıdılmış şəhər və kəndləri bərpa etmək üçün hər şeyi edəcək”, - deyə “Associated Press” dövlət başçısı İlham Əliyevin fikirlərindən sitat gətirib.
Nəşrin dərc etdiyi məqalələrdə həmçinin Ağdam, Kəlbəcər və Laçını tərk edən ermənilərin yaşadıqları evlərdə və meşələrdə yanğın törətdiklərinə də diqqət çəkilib.
Həmçinin, işğaldan azad olunan rayonlardan olan azərbaycanlıların öz doğma torpaqlarına qayıtmağa can atmasına dair fikirləri əks olunub.
XƏBƏR LENTİ
Hadise bacısı ilə barışdı-FOTO
Mənzillərin qiyməti sürətlə ucuzlaşır
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Məşhurların uşaqlıq şəkilləri
Dinlə! Dinləyirəm!
Şimşək çağacaq, yağış yağacaq - İstirahət gününün HAVAsı
Bakı Kərbəlası unudulmayacaq!
Üzü qardan qorumağın yolları
Hülya Avşar Çiçək adasını ala bilmədi-SƏBƏB
Britaniyalı kardioloq dünyanı TƏƏCCÜBLƏNDİRDİ
Yalnızlıq hissindən necə xilas olmalı?
Kakaolu un halvası (foto-resept)
Mehriban Əliyeva qızı ilə konsertdə - FOTO
Ramazan ayı - 2-ci günün duası
Xına ilə vurulan bəzəklər
Yataq geyimləri
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Günün ulduz falı
Hülyanın fikirləri Can Yamana təsir etməyib
Canlı yayımda qəribə hadisə-FOTO
Təmizlik zamanı edilən səhvlər
Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - VİDEO
Saqqal və bığ çempionatı
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Dünyanın ən varlısı yenə o oldu
Kremldən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA
PKK-nın xain Ermənistan planı
İnsan skeleti ilə bəzədilmiş vahiməli kilsə
Utancaqlıqdan necə xilas olmaq olar?
"ASAN xidmət"də yenilik
Ağıza toz getməsi orucu batil edirmi?
58 yaşlı Aliza Reger gənclik sirrini paylaşdı-FOTO
Körpə uşağı qurban kəsmək istəyirdi
Əmizdirdiyiniz süd burnunuzdan gəlməsin
Yengəci hərracda 2 milyona satıldı
Azərbaycanda bu "həzzi" qadağan edəcəklər?
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
Podiumda yıxılanlar
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
Kralların xəstəliyi nədir?
Toxumaq dərsi-8
Hava haqqında - 15.10.2013
Günün qoroskopu: sözlərinizdə sərt, aqressiv olmayın
Dünyanın ən balaca iti odur
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş dövlət başçısını təbrik edib
Planetin ən böyük aysberqi Antarktikadan ayrılıb
Bu şəhərdə daha çox qadınlar yaşayır
Balıq ətli tərəvəz kotleti (foto resept)