Hər gün biz cəmiyyət daxilində böyük sayda – utancaq, özünə bir güvəni, inamı olmayan şəxsləri görürük. Psixoloqlar qeyd edir ki, demək olar ki, dərəcəsindən asılı olaraq bütün insanlar utancaqlıqdan əziyyət çəkirlər.
Bu barədə ən yaxşı kitab – amerikalı psixoloq F. Zimbardonun “Utancaqlıq: nədir və öhdəsindən necə gəlmək olar?” adlı işidir ki, o, Uebsterin məşhur lüğətinə müraciət etməyi təklif edir ki, orada utancaq olmaq – yəni “ürəksizlik, ehtiyat və inamsızlıq səbəbilə yaxınlığa qorxulu (çətin) olmaq.” – deyə qeyd edilmişdir.
Əgər həqiqətən siz utancaqlıqdan qurtulmaq və həmişə inamlı, həmçinin müdafiə olunmuş olmaq istəyirsinizsə, aşağıda qeyd edilən bir neçə addımı ata bilərsiniz:
1. Utancaqlığınız, inamsızlığınızı diqqətlə müşahidə edin və onun mənbəyini anlamağa çalışın. Bu xüsusiyyət sizdə haradan yaranıb? Bu xüsusiyyət anadangəlmədirmi,ya sonradan yaranıb? Əgər bu xüsusiyyətə sonradan yiyələnməsinizsə, buna səbəb nə olmuşdur? Uğursuzluqmu, ələ salmalarmı, istehzamı, tənqidmi, ağır öhdəçiliklərmi, yoxsa başqa şeylərdir? Həmçinin belə bir suala cavab verin – bunu ixtiyari surətdə bərtərəf etmək mümkündürmü, yoxsa üzərində zəhmət çəkmək lazımdır?
2. Emosional gərginlik və sıxma durumuna sizi gətirib çıxaran amillə müqayisədə daxili inam etalonunuzu da görməyə çalışın. Nə üçün ona oxşaya bilmədiyinizə görə bu qədər ürəyinizi yeyirsiniz? Həmin bu daxili etalon və obraz haradan peyda olmuşdur? Bunu sizin şüurunuzun altına kim yeritmişdir? Bir düşünün, görəsən siz özünüzü heç kimlə və heç nə ilə müqayisə etmədən – özünüzü, yalnız olduğunuz kimi qəbul edərək yaşa bilməzmisinizmi?
3. Anlamağa çalışın ki, özünüzdə olan hansı cəhəti sevmirsiniz? Nə üçün bu cəhəti rədd edirsiniz? Bu xüsusiyyət və cəhətinizi digər insanlardan gizlətməyə sizi vadar edən nədir? Əksinə, əvvəlcə bunu özünüz üçün qəbul edib, daha sonra onu başqalarına açsanız, görəsən nə baş verər? Utancaqlıqdan xilas olmağınız üçün, əvvəlcə bunu təxəyyül edin, sonra isə tədricən təsəvvürünüzə gətirin və reallıqda onu nizamlamağa çalışın.
4. Özünüzü kənardan – qiymətləndirmədən, müahkimə etmədən obyektiv və soyuqqanlı müşahidə etməyi bacarmağı öyrənin. Belə bir neytral zahiri görükmə tədricən sizin müsbət emosiyalarınızı, şən hisslərinizi və dünyaya, həmçinin özünüzə qarşı sevginizi oyadacaq. Belə bir sevgini sevmədiyiniz və başqalarının baxışlarından gizlətməyə çalışdığınız daxili qaranlıq xüsusiyyətinizə yönləndirin.
5. Özünüzlə münasibətdə yüngül vecsizlik və yumşaq yumor qatın. Utancaqlığınız və inamsızlığınızı lağa qoyun. Onları yüngül, gərginlik keçirtmədən, uyğun keyfiyyətə görə özünüzü mühakimə etmədən, əksinə, mövcudluğunu qəbul edərək, növbəti mərhələyə bir tramplin kimi qəbul edin.
6. Keçmiş qalibiyyət, müxtəlif durumlarda uğurlu ünsiyyət ssenarilərinizlə əlaqədar resurslarınızı toplayın. Toplum içindəki sərbəstliyinizi və inamlı olmağınızı xatırlayın. Bunu yaddaşınıza yenidən gətirin və müsbət emosiyalarınızı bir daha yaşamağa çalışın. Daha sonra bütün bu emosiyaları özünüzə qarşı tam inamla bir yerə yığın və onun bundan sonrakı inkişafı yolunda özünüzü nizamlayın. Bu hisslə bütün varlığınızı – cisminizi, orqanizminizi, sinir sisteminizi, pisixi durumunuzu, şüuraltınızı və şəxsi “mən”inizi qidalandırın.
7. Xəyali surətdə özünzü güdün və inamsızlığa səbəb olan, utancaqlığa gətirib çıxaran enerji bloklarınızı, daxilinizdə olan tutqunluqları aşkar etməyə çalışın. Daha sonra bu hissi və durumu şüurunuzdan tutmuş cizminizə qədər – varlığınızın bütün mərtəbələrində əritməyə başlayın, onu əminlik durumu ilə əvəzləyn.
8. Özünə inamı olan insanları diqqətlə nəzərdən keçirin. Anlamağa çalışın ki, görəsən onların uğur sirləri nədədir və nəyin hesabına onlar özlərini rahat saxlaya bilir, özlərinə qarşı bu qədər inamlıdırlar. Onların daxili aləmlərinin necə qurulmasını gözünüzün önünə gətirin. Düşünün, sizin də daxilinizdə, az da olsa, uyğun inam və rahatlıq əlamətləri vardırmı? Əgər varsa, o zaman özünüzü yenidən və yenidən bu vəziyyət üzərində nizamlayın. Bunu əldə tutub özünüzdə möhkəmlətməyə çalışın. Bu insanların davranış və əməllərini siz də reallaşdarıb, reallaşdıra bilmədiyiniz barədə düşünün.
9. Siz də özünüzü bu cür insanlar kimi aparmağa çalışın – rahat, arxayın, sərbəst, sevdiyini edən, ətraf mühütün nəzərlərinə əhəmiyyət göstərməyən... Azadlıq impulslarını və sərbəstliyi öz həyatınıza – jestlərinizə, hərəkətlərinizə, baxışınıza, yerişinizə, intonasiyanıza, üz cizgilərinizə, qərarınıza daxil edin.
10. Əgər yuxarıda qeyd edilən fərdi surətdə inam əldə etməklə bağlı üsul və metodlar kifayət qədər deyilsə, o zaman Ali Qüvvəyə öz dualarınız və xahişinizlə müraciət edin ki, belə bir durum və xüsusiyyətə yiyələnəsiz. Duaya emosional səmimiyyət enerjisi, məqsəd qataraq ürəkdən və tam varlığınızla istəyin. Bir müddət sonra siz cavab və dəstək alacaqsınız.
11. Əzələ sıxmalarından yaxa qurtarmağa ciddi yer ayırın. İnsan bədənini aramlaşdırmağı öyrəndiyi zaman utancaqlıq bir xüsusiyyət kimi var olmağını dayandırır. Utancaqlığın hər bir sərhədinin özünəməxsus əzələvi aşkar olmaqlığı vardır. Utancaqlığınızın əzələ rəsmini öyrənin. Hansı əzələlərin əsas qüvvə olduğunu və belə bir mənfi emosional durumu dəstəklədiyini öyrənin.
12. Zərbə və ya durumların təzyiqi zamanı onlara - inam substansiyasından toxunmuş enerji qalaxanı ilə qarşısında durmaqla cavab verin. İnanın ki, siz problemlərin öhdəsindən gələ bilərsiniz.
Bununla yanaşı özünüzü özünə arxayın biorobota çevirməyin. Arxayın olmaq hədəf deyil. Bu yalnız hədəfə çatmaq üçün vasitədir, insanın həyati qüvvəsinin, bir növ indikatorudur, hansı ki, qurulmuş hədəfə yetişməyə şahidlik edir. Acı, uğursuzluq və təcrübə yığınına da yer qoyun. Zimbardonun söylədiyi fikiri: “Şəxsi eqonuzu həddindən artıq müdafiə etməyin: o, təxmin etdiyinizdən daha möhkəm və şəndir. O əyilir, lakin sınmır. Yaxşı surətdə hərəkət etmədiyinizə görə zamanla qəlbdə acını hiss etmək, emosional duyğu bahasına acından qaçınmaqdan daha yaxşıdır” yadda saxlayın.
Hazırladı: Fərid Abdullah
XƏBƏR LENTİ
Gəncə mətbəxinin unudulmaqda olan yeməkləri...
Cehiz istifadəsiz qalanda nə etməli?
"Neftçi" loqosunu dəyişir
Ənənəvi Braziliya karnavalı başlayıb
Asqırmaq formanız xarakterinizdən xəbər verir
Uşaqlarınıza kitab oxuyun
Teledərslərin sabaha olan cədvəli açıqlandı - FOTO
Güllü paltar modelləri
HAVA necə olacaq?
"WhatsApp" istifadəçiləri belə aldadılıb
Sandra Bullock kimi yaşlanmağa qalib gəlin (2)
Kişiləri Yatmaq Şəkilindən Tanıyın
Məşhur aktyor hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Nikol Kidman oğlunun toyunda iştirak edə bilməyəcək_SƏBƏB
Zülal pəhrizi
Günün qoroskopu - 28.10.2013
Kişilər nə istəyir? 1-ci hissə
Azərbaycanın vulkanlarında monitorinq aparılacaq
Anomal istilər nə vaxta kimi davam edəcək?
Tələbələrin təqaüdləri bağlı YENİ QƏRAR
Aysel Q - "Heç kimə demədiyim bir sirrim var"
"Görənlər 20 yaşım olduğunu düşünür" - FOTO
Babetlər
2017-ci ilin xüsusi donları
Qarabaşağın faydaları
Rəsmi iş yerlərində necə geyinməli?
Qadının dodaqları çürüdü-SƏBƏB/FOTO
Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiniz
Qeyri-sağlam münasibətdə olduğunuzu göstərən işarələr
Dünyanın ən yaşlı “Youtuber”i vəfat etdi - 107 yaşında
“WhatsApp”da yeni layihə
ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI: İkinci dalğa olmayacaq, amma...
Canan Karataydan UŞAQLAR ÜÇÜN vacib məsləhətlər
HAVA necə olacaq?- 2 fevral
Azərbaycan milli uşaq oyunları-1
Koronavirusa qarşı yeni ixtirası ilə hər kəsi sevindirdi - FOTO/VİDEO
Beynin daha bir sirri açıldı: Niyə bizdə inkişaf edib, meymunlarda yox?
DÇ-2014: hansı oyun, hansı kanalda?
Təmas xəttini keçmək istəyən erməni əsgərə arxadan zərbə
Orta məktəblərin internetə qoşulma sürəti artırılacaq
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
Günün qoroskopu:Uğurlu gündür!
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Qız uşaqları, yoxsa "övladlığa verilmə"?
2017-ci ilin trend rəngi: Qırmızı
Türkiyənin keçmiş mədəniyyət və turizm naziri AKP-dən istefa verdi
Kəpəkli saçlar üçün maska
Qadın.Net-lilərin maraq dünyası (2-ci hissə)
Bakıya gələn nəhəng ördək cırıldı
- ŞƏRHLƏR