Heç düşündünüzmü, niyə iki qulağımız, bir ağzımız var? Şəms Təbrizi düşünüb, düşünməklə kifayətlənməyib “Çox düşünüb az danışmaq lazımdır” deyərək mövzuya münasibət bildirmişdir. Çox danışmaq faydalı olsaydı Allah bizə iki ağız, sadəcə bir qulaq verərdi. “ bu fikirlərlə əslində əsl lazım olanın qısa xülasəsini vermişdir.
Zarafat bir yana, görəsən ətrafımızdakı insanları və əslində bizə nələr demək istədiklərini heç tam olaraq dinlədiyinizi düşünürsünüzmü?ya da həssaslıqla dinləməyin bizə nələr verə biləcəyi haqqında bir fikriniz varmı? Yaxşı bəs onlar danışarkən, əslində nə demək istədiklərini anlaya bilirikmi? Dinləmək sadəcə söylənən sözlərin dəqiqliklə yaddaşa həkk olunması demək deyil. Danışılanı dinləmək əməliyyatı eyni zamanda, qarşımızda olan insanın nə demək istədiyini anlaya bilmək sənətidir. Bunu yüksək səviyyədə edə bildiyinizi düşünürsünüzsə gözəl!
“Bir danış, min eşit” deyib atalarımız. Bizlərsə adətən tam tərsini edib, min danışıb, bir dinləyirik. Halbuki, münasibətlərdə dinləməyin əhəmiyyəti olduqca böyükdür. Diqqətli dinləmək, sadəcə dinləmək kimi başa düşülməməlidir. Bu eyni zamanda qarşı tərəfi anlamaq, ona dəyərlərini mənimsəmək kimi də qavralına bilər. Müasir zamanımızda problemlərin bir çoxu diqqətli dinləməməyimizdən yaranır. Dinləmək asan bir iş kimi görünsə də olduqca çətin və iradə tələb edən bir məsələdir. Əksinə, danışmaq daha sərbəstir. Bəsit bir oyun var- qulaqdan-qulağa. Aranızda bu oyunu bilməyən olmaz məncə. “X” adamın söylədiyi kəlmə, “Y” adama çatana qədər şəkildən-şəkilə düşür, dəyişir. Məsələn, “X”adam yanındakına “Şaftalı” deyər, kəlməmiz qulaqdan-qulağa getdikcə dəyişib, “Şəlalə”, “Gavalı” “Albalı” və s formaya düşür. Vəziyyətdən də göründüyü kimi, bir kəlmə sadəcə səhv deyilməsinə görə ilkin mənasından tamamilə dəyişir. Çox riskli bir sağlamlıq məlumatının yanlış başa düşülməsinin nəticəsində yarana biləcək problemləri heç düşündünüzmü? Beləcə həssas dinləmək bu və bənzər vəziyyətlərdə daha çox əhəmiyyət kəsb edir. Ünsiyyət prossesinin ən həssas yanıdır diqqətli dinləmək. Dinləmək öyrənilməsi lazım və inkişaf edilməsi vacib bir məsələdir. Dinləmək diqqətli şəkildə edilməzsə sağlam münasibət qurula bilməz. Diqqətli dinləmək, ünsiyyətdə olduğumuz insandan məlumtı doğru aldığımıza dair bir işarədir.
Aşağıda yer alan və dinləmək mövzusunda sizə bəlkə də faydalı ola biləcək 5 fərqli baxış açısına diqqət etməyinizi tövsiyyə edirik.
1.Qulağınız eşitsin, amma ağlınız da dinləsin.
Qarşınızda olan insana onu dinlədiyinizi isbat etməyə çalışsanız da, əhəmiyyətli olan beyninizin onu dinləməyi və anlamağıdır. Əzbərləmək qabliyyətiniz yaxşıdırsa beyninizin bir küncündə onun dediklərini saxlaya bilərsiniz, amma dərk etmək, fikir bildirmək, və arada sizə qurula bilinəcək tələli suallara cavab vermək üçün diqqətli dinləməyiniz vacibdir.
2.Mövzunu mövzuya qatmayın.
Diqqətli dinləmək bir istedad olsa da , sonradan əziyyət çəkib qazanıla bilinəcək bir xasiyyətdir də. Insanları dinləyərkən danışdığınız mövzuya hipnoz olmağınız da diqqətli dinləməyin qızıl qanunlarından biridir. Danışanın sürətini kəsib ağlınıza gələni dediyiniz vaxt , nə demək istədiyiniz başa düşülər, nə də araya qarışdırdığınız digər mövzular həll olunar. Vaxtı idarə eləmək sizə qalıb. Amma onu boşa xərcləmək istəmirsinizsə fərqli mövzulara girərək qarşınızdakını yavaşlatmaq və həvəsini qaçırmaq əvəzinə davam etməyini təşkil etmək ən doğru və etibarlı hərəkətdir.
3.Qarşınızdakı danışarkən ona müdaxilə etməyin.
Vacib bir mövzuya qulaq asarkən sağınıza, solunuza salam vermək, ya da gözünüzü televizora dikmək , bunlar bəs deyilmiş kimi hansısa dostunuza zəng etmək kimi qarşınızdakı insana özünü lazımsız hiss etdirə biləcək hərəkətlər etməyin. Bəzi insanlar başqası danışarkən onun diqqətini müxtəlif səbəblərdən dağıdır. Siz siz olun, başa düşmək istəyirsinizsə danışanın diqqətini dağıtmayın.
4.Danışanın və sizin vücüd dilinizə diqqət.
Vücüd diliniz susmaz! Sizin, danışanı dinləyib, dinləmədiyinizi bariz şəkildə hər vaxt ələ verir. Anlamağa çalışmaq cəhdinizin uğurlu olmağı üçün sizinlə danışan insanın hər şeydən əvvəl ona dəyər verdiyinizi bilməyi lazımdır. Ağlınız bədən dilinizlə vəhdəddə olmalıdır ki, dinlədiyiniz insan da özünə güvən hissini itirməsin. Digər tərəfdən, sizin də gözünüz danışanın üzündə olmalıdır ki, söhbətlə bağlı tərəddüddə qaldığınız vaxt onun vücüd dilini izləməyiniz həqiqəti ortaya çxarmağa kömək olsun.
5.Davakar və əsəbi davranışlardan uzaq durun.
Dinlədiyiniz mövzu sizi əsəbləndirəcək bir şey olsa belə, bunu göstərməkdən qaçın. Əks halda, əsəbləşdiyinizi, hiddətləndiyinizi görən müsahibiniz danışmaz, mövzunu dəyişməyə cəhd edəcək. Daha pis tərəfi, sizin zəif nöqtənizi tutar və ora zərbə endirmək ehtimalı hər zaman olar.
Unutmayın! Sadəcə həqiqətən dinlədiyiniz zamanlarda işinizə yaraya biləcək bir şeyləri öyrənmək imkanınız ola bilər. Öyrənilən hər bir məlumat, həyat yolunda bir addımın daha, asan atılmasına kömək edəcək. Həqiqətən yaxşı bir dinləyici olduğunuz halda, dinlədiklərinizdən yaxşı bir şey çıxarda bilərsiniz ortaya. Əslində baxarsanız həyat o qədər qısa və mürəkkəbdir ki, əgər asan tərəfindən yanaşmağı və yorulmamağı seçim edirsinizsə nə edirsinizsə ona hakim olmağa çalışın. Bu zaman hər şeyin mürəkkəbliyinin azaldığının fərqinə varacaqsınız.
XƏBƏR LENTİ
Birce Akalay yeni imicdə-FOTO
Zakir Həsənov silahlandı
Kəlağayıların əsil qiyməti
Lobyalı şorba
Nescafeli Muffin (foto-resept)
Qadınların hamilə qala bilməməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI
Nərmini öldürən İlkinlə bağlı DƏHŞƏTLİ FAKTLAR
Mənfi düşüncələrə vida edin
Rəqəmli tortların hazırlanma qaydası
Azərbaycanda İİV-ə yoluxanların statistikası açıqlandı
Teflon örtüyü olan qablarda təhlükə
Yer kürəsi bu tarixdə məhv olacaq: Sayılı günlər qaldı - DƏHŞƏTLİ PROQNOZ
Məşhur futbolçu bu gün evlənir
Günün ulduz falı - 31.01.2014
Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq
Dəbli geyimlər - 1-ci hissə
Azərbaycanda rekord koronavirusa yoluxma: Yeddi nəfər öldü
Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu
Dünya gəlinləri
Milyarder Ukrayna gözəli ilə evləndi-FOTO
Hündürdaban ayaqqabılar
Alim: 1000 il sonra...
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
“WhatsApp”da YENİLİK
Beyni ölmüş ana sağlam uşaq dünyaya gətirdi
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
"Çukur"un yeni mövsüm tizeri - Video
Şəki bazarı "od tutub yanır"
Bakıya ilk qar yağdı
“Palmali” böyük layihəyə start verdi
Gözəl xanımlar üçün
Sertab Erener onları məhkəməyə verdi
​Yevlaxda 13 yaşlı bəylə 14 yaşlı gəlin evləndi - FOTO
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
Qırmızı şərabla bağlı böyük yalan ortaya çıxdı
Beren Saat yeni layihə ilə hər kəsi sevindirdi-FOTO
Qadınların hislərini ələ verən 9 vəziyyət
İstədiyinizdə deyil, acdığınızda yeyin!
Metroda mahnı oxudu, həyatı dəyişdi - VİDEO
Bakının bu marşrutları da kartla ödəniş sisteminə keçir - SİYAHI
Pəhrizdən sonra sinənin görünüşünü necə saxlamalı?
Jirinovski SSRİ-i yaratmağa çağırdı, Azərbaycanı da ora qatdı
Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq
Putin bu uşağın ən böyük arzusunu reallaşdırdı-FOTO
Həftənin ilk iş günü üçün hava necə olacaq
Qeyri-adi üzüklər
"WhatsApp"dakı şəkilləriniz təhlükədədir
Rayonlara qar yağacaq
Tüklənən geyimlər necə təmizlənməlidir?
Cavanlıq sirri qulaq arxasında gizlənib















- ŞƏRHLƏR