
Psixoloq-həkim Məmməd Şakiroğlu hirsin səbəblərini və hirslə başa çıxmaq üsullarını açıqlayıb. "Hirs" adlı kitabın müəllifi olan Şakiroğlu "Kişilər və uşaqlar niyə hirslənir, bu zaman nə edilməlidir" kimi bir çox sualları cavablandırıb.
Hirslənən birinin hirsi ən çox 20 dəqiqədir .Bu səbəblə hirslənən adamın qarşısında 20 dəqiqə səbr etmək böyük bir mübahisənin, ya da hadisənin qarşısını ala bilər. Qarşımızda hirslənən biri varsa, " Sənin hirsini anlayıram, bu keçicidir və mən sənin hirsin keçənə qədər geridə qalmağı seçirəm", deməliyik. Ümumiyyətlə, bizlər anlamağı haqq vermək olaraq anlarıq. Bu çox səhvdir. Anlamaq haqq vermək demək deyil, bunu heç unutmayaq. Qarşımızdakı insan haqsız belə olsa onun niyə hirsləndiyini anlamağa çalışmaq və hirsi keçdikdən sonra mövzunu sakitcə danışmaq ən yaxşısıdır.
Hirslənməyin bizə çox zərər verdiyi tibb tərəfindən açıqlanmışdır. Hirsləndiyimiz anda damarlarımızdakı qan axışı qat-qat artar və bu da bizi yaşlandırar. Bunu heç unutmazsaq sağlamlığımızı itirməmək və erkən yaşlanmamaq üçün hirsimizə sahib olmağa çalışa bilərik. Bu xüsusilə, qadınlar üçün hirsdən uzaq dayanma səbəbi ola bilər.
Uşaqlar niyə hirslənir?
Uşaqlarda da hirs ola bilir. Həkim Məmməd Şakiroğlu uşaqlardakı hirsi bu şəkildə açıqlayır. Körpə ağlayaraq ehtiyacını bizə izah etməyə çalışar. Analar körpə ağladığında qarnımı ac ya da altımı çirkli anlayıb ehtiyacını aradan qaldırar və uşağı asanca susdurar. Lakin atalarda vəziyyət daha fərqlidir. Ata körpə ağlayarkən onu çox vaxt anlamaz və uşağı hoppandırar, tullandırar, yelləyər və s.Lakin körpə susmaz, çünki ehtiyacı aradan qaldırılmamışdır. Həkim Şakiroğlu , atalara uşaqlarınız hirsləndiyində analar kimi olun deyir. Onu susdurub hirsini basdırmağa çalışmaq yerinə niyə hirsləndiyini anlayıb, hirsin qaynağını öyrənin.Uşaq hirsləndiyində əlini tutub yanında olduğunuzu hiss etdirin. O anda uşaqla ünsiyyət qurmaq və diqqətini başqa bir nöqtəyə çəkmək üçün bir oyun qurun. Uşaq hirslənib ağladığında əslində həmişə yanımda olacaqsanmı demək istər. Bu səbəblə hər vaxt yanında olduğumuzu hiss etdirməliyik.

Kişilər niyə hirslənir?
Həkim Məmməd Şakiroğlu, kişilər ən çox "sən çox dəyişdin" sözünə hirslənərlər deyir. Kişilərin zehni hirsə daha tez qapılar. Kişi hirsləndiyində bir müddət susmaq yaxşıdır. Ancaq duyğularımızı təzyiq etmədən hirsi keçdiyində söyləmək istədiklərimizi söyləməliyik. Haqsızlığa uğramaq düşüncəsi hirsin başlıca səbəblərindəndir. Bu səbəblə haqsızlığa uğramadım, lakin yoldaşımı anlayıram deyə düşünün. Mənim həyat yoldaşımla hirsə deyil, dincliyə və xoşbəxtliyə ehtiyacım var düşüncəsini zehinimizə yazaq. Hirsdən qaçmaq yerinə hirsi necə istifadə edəcəyimizi yaxşı bilməliyik. Hirsi idarə edə bilmək çox əhəmiyyətlidir.
Sağlam və sakit günlər diləyi ilə....
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni ata olacaq
Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?
Damla şokoladlı keks (foto resept)
Taksi sürücülərinin nəzərinə!
Pakistanın birinci xanımı Milli Azərbaycan Tarixi Muzeyində olub
Ancelina və Bred rəsmən boşandı
Dünyada ilk 40 ölkə arasındayıq
Çindən Rusiyaya ümid vədi: hər şey yaxşı olacaq
MakSim ərə gedir-FOTO
İranı zəlzələ silkələdi
Süd verən analar üçün arıqlama üsulu
Bill Qeyts koronavirus testləri barədə: “Boş yerə pul itkisidir”
Əhvalınızı yüksəldəcək 9 qida
Kim deyir, gecələr yatmaq üçündür?
Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edildi
HAVA necə olacaq?-3 Sentyabr
HAVA necə olacaq?
Orxideya gülünün hazırlanması
Körpələri tez-tez öpmək zərərlidirmi?
Koronaya yoluxma ehtimalı olanları müəyyən edən qurğu
Kredit kartları cibimizə zərər, yoxsa fayda verir?
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Ən az qoyulan adlar
Türkiyədə Afroditanın 2500 illik məbədi aşkarlandı
İdmandan əvvəl içə biləcəyiniz enerji verən 3 içki
Vaxtından əvvəl ərə verilən qızlar hansı ailələrdə böyüyənlərdir?
Keyt Holmsun metro "səyahəti"-FOTO
Günün tövsiyəsi: film, musiqi, kitab
Kreditə görə zaminin maaş kartından pul tutulması dayandırıldı
Prezident və xanımı açılışda
Tənbəl heyvan necə bir heyvandır?
Sənubər İsgəndərli güclü qadınları başına yığdı
Ermənilər Kəlbəcəri boşaldır - VİDEO
90 min uşağın həyatını xilas edən qadın
Bəyin bu hərəkəti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Voronejdən Bakıya uçuşlar dayandırıldı
Cəbhədə erməni təxribatının qarşısı alındı
Somada son ümid də bitdi
Daha iki məşhur koronavirusa yoluxdu-FOTO
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Ermənistan Azərbaycanı su ilə sınağa çəkmək istəyir
Mağazalara yararsız yumurta satan şəxs saxlanıldı
Körpü altında studiya tikdi
Bakıda yardıma ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi keçirildi
Misirdə Nizami Gəncəvinin əlyazmaları tapıldı
Qızıl niyə bahalaşır?
Hava haqqında
Uşaqlarına Keykül, Qirəndə kimi adlar qoymaq istədilər
Dəfnindən 5 gün sonra evə qayıtdı
Prezident: “Dövlətin gücü bölgələrin gücündən qaynaqlanır”















- ŞƏRHLƏR