Qadin.NET / Niyə hirslənərik və hirsimizi necə idarə edə bilərik?

Niyə hirslənərik və hirsimizi necə idarə edə bilərik?

Psixoloq-həkim Məmməd Şakiroğlu hirsin səbəblərini və hirslə başa çıxmaq üsullarını açıqlayıb. "Hirs" adlı kitabın müəllifi olan  Şakiroğlu "Kişilər və uşaqlar niyə  hirslənir, bu zaman nə edilməlidir" kimi bir çox sualları cavablandırıb.

Hirslənən birinin hirsi ən çox 20 dəqiqədir .Bu səbəblə hirslənən adamın qarşısında 20 dəqiqə səbr etmək böyük bir mübahisənin,  ya da hadisənin qarşısını ala bilər. Qarşımızda hirslənən biri varsa, " Sənin hirsini anlayıram, bu keçicidir və mən sənin hirsin keçənə qədər geridə qalmağı seçirəm", deməliyik. Ümumiyyətlə, bizlər anlamağı haqq vermək olaraq anlarıq. Bu çox səhvdir. Anlamaq haqq vermək demək deyil, bunu heç unutmayaq. Qarşımızdakı insan haqsız belə olsa onun niyə hirsləndiyini anlamağa çalışmaq və hirsi keçdikdən sonra mövzunu sakitcə danışmaq ən yaxşısıdır.

Hirslənməyin bizə çox zərər verdiyi tibb tərəfindən açıqlanmışdır. Hirsləndiyimiz anda damarlarımızdakı qan axışı qat-qat artar və bu da bizi yaşlandırar. Bunu heç unutmazsaq sağlamlığımızı itirməmək və erkən yaşlanmamaq üçün hirsimizə sahib olmağa çalışa bilərik. Bu xüsusilə, qadınlar üçün hirsdən uzaq dayanma səbəbi ola bilər.

Uşaqlar niyə hirslənir?

Uşaqlarda da hirs ola bilir. Həkim Məmməd Şakiroğlu uşaqlardakı hirsi bu şəkildə açıqlayır. Körpə ağlayaraq ehtiyacını bizə izah etməyə çalışar. Analar körpə ağladığında qarnımı ac ya da altımı çirkli anlayıb ehtiyacını aradan qaldırar və uşağı asanca susdurar. Lakin atalarda vəziyyət daha fərqlidir. Ata körpə ağlayarkən onu çox vaxt anlamaz və uşağı hoppandırar, tullandırar, yelləyər və s.Lakin körpə susmaz, çünki ehtiyacı aradan qaldırılmamışdır. Həkim Şakiroğlu , atalara uşaqlarınız hirsləndiyində analar kimi olun deyir. Onu susdurub hirsini basdırmağa çalışmaq yerinə niyə hirsləndiyini anlayıb, hirsin qaynağını öyrənin.Uşaq hirsləndiyində əlini tutub yanında olduğunuzu hiss etdirin. O anda uşaqla ünsiyyət qurmaq və diqqətini  başqa bir nöqtəyə çəkmək üçün bir oyun qurun. Uşaq hirslənib ağladığında əslində həmişə yanımda olacaqsanmı demək istər. Bu səbəblə hər vaxt yanında olduğumuzu hiss etdirməliyik.

 

Kişilər niyə hirslənir?

Həkim Məmməd Şakiroğlu, kişilər ən çox "sən çox dəyişdin" sözünə hirslənərlər deyir. Kişilərin zehni hirsə daha tez qapılar. Kişi hirsləndiyində bir müddət susmaq yaxşıdır. Ancaq duyğularımızı təzyiq etmədən  hirsi keçdiyində söyləmək istədiklərimizi söyləməliyik. Haqsızlığa uğramaq düşüncəsi hirsin başlıca səbəblərindəndir. Bu səbəblə haqsızlığa uğramadım, lakin yoldaşımı anlayıram deyə düşünün. Mənim  həyat yoldaşımla hirsə deyil, dincliyə və xoşbəxtliyə ehtiyacım var düşüncəsini zehinimizə yazaq. Hirsdən qaçmaq yerinə hirsi necə istifadə edəcəyimizi yaxşı bilməliyik. Hirsi idarə edə bilmək çox əhəmiyyətlidir.

Sağlam və sakit  günlər diləyi ilə....

28 yanvar 2013
GO BACK