Dövlət Statistika Komitəsi qızların erkən nikaha daxil olması ilə bağlı araşdırma aparıb.
Milli.Az portalı xəbər verir ki, Dövlət Statistika Komitəsi ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib.
Harda yaşayan qadınlar erkən ailə qururular?
Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ərə gedən qadınların təxminən üçdə biri 2009-cu ildə, qalanları isə əvvəlki illərdə nikaha daxil olublar.
Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir. 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyəti çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olublar.
Qızlar niyə tez ərə gedirlər?
Səbəblər üzrə erkən nikaha daxil olma halları şəhər yerlərində ərinin maddi cəhətdən imkanlı olmasına və hamilə olduğuna görə, digər səbəblərdən isə kənd yerlərində üstünlük təşkil edib.
Erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malik olub.
Evlənən zaman belə qadınların ərlərinin 3 faizinin yaşı 18-19, 69 faizinin 20-24, 26 faizinin 25-29 və 2 faizinin yaşı 30-dan yuxarı olub. Eyni zamanda onların 22 faizinin ali və orta ixtisas, 68 faizinin ilk peşə ixtisas və tam orta, 10 faizinin ümumi orta təhsili olub.
Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı, nəqliyyat işçisi, fəhlə, analarının - evdar qadın və kənd təsərrüfatı işçisi, ərləri isə - kənd təsərrüfatı, ticarət, nəqliyyat və tikinti sahələrində məşğul olub, eləcə də fəhlə, fermer və işsiz olub.
Cütlüklər niyə rəsmi nikaha girmir?
Müayinə zamanı sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunub ki, onların 41 faizinin müvafiq sənədləri qaydasında olmadığından, üçdə birinin vaxtı ilə yaşı nikah yaşına çatmadığından, 26 faizinin isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmamışlar. Kənd yerlərində yaşı nikah yaşına çatmayanların sayı daha çox olub.
Müayinənin nəticələrinə əsasən, sorğu olunan qadınların 90 faizinin uşaqları olub və onların 97 faizi stasionar, 3 faizi isə ev şəraitində dünyaya gəlib. Ev şəraitində doğan qadınların 54 faizi bunun səbəbini maddi çətinlik, 28 faizi isə doğum evinin uzaqda yerləşməsi ilə izah edirlər.
18 yaşa çatmayan və nikahda olan qadınların yarısından bir qədər çoxu ilk peşə-ixtisas və ya tam orta, 45 faizi isə ümumi orta təhsili olub. İbtidai təhsili olan 2 faiz qadının üçdə biri təhsilini davam etdirmək niyyətində olmayıb. Bununla belə, müayinə ilə əhatə olunan bütün qadınların 47 faizi, eləcə də 18 yaşadək qadınların 39 faizi hesab edir ki, qadınların mütləq ali və ya orta ixtisas təhsili olmalıdır.
Qızlar öz razılıqları ilə qaçırılır?
Müayinənin məlumatlarına əsasən, qadınların 89 faizi hesab edir ki, qızların qaçırılma halları öz razılığı ilə baş verir, 11 faizi isə zorakılıq yolu ilə həyata keçirilir. Sorğu olunanların 46 faizi qaçırma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39 faizi qızın ailəsində maddi çətinliklərdə, 15 faizi qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı olmasında görürlər. Respondentlərin yarısı hesab edir ki, qızlar ərə 20-24 yaşlarında getməlidir, 41 faizi - 18-19 yaşında, 6 faizi - 18 yaşa qədər. Qadınların 67 faizi hesab edir ki, ailədə nikah haqqında qərarı nikaha daxil olanların özləri qəbul etməli, 30 faizinin fikrincə isə qızların ərə getmə məsələsini valideynlər həll etməlidirlər.Qadınların 68 faizinin, o cümlədən 18 yaşa qədər olanların 56 faizinin erkən nikahın qadınların sağlamlığına ziyanı olmasından xəbərləri var.Zorla erkən nikah bağlanması problemi ilə üzləşəndə qadınların hara müraciət edilməsi barədə suala cavabında onların üçdə iki hissəsi hüquq-mühafizə orqanlarını, 18 faizi qohumlarını, 14 faizi bələdiyyə və icra hakimiyyətlərini göstəriblər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dəbli görünmək üçün 5 tövsiyə
Aspirin maskası və dəriyə faydası
Krab salatı (foto-resept)
Zövqlü ayaqqabı modelləri
Yay kimi gərilən insan...
Narlı-çuğundurlu salat (foto resept)
Yer Kürəsinin kütləsi və maqnit sahəsi
Qadın.Net-lilərin ilk körpə həyəcanı (3-cü hissə)
Cəbhədə güllə səsi eşidilməyən bir saat da olmur
Sabah 17 dərəcə isti olacaq
Bürcünüzə görə sevgiliniz necə olmalıdır?
Məşhur aktyor koronavirusdan öldü
İlham Əliyev: “Dəyən ziyan hesablanacaq, ermənilər bu dağıntılara görə cavab verəcəklər” - VİDEO
Daha bir ölkədə koronavirus mutasiyaya uğrayıb
Aşura günü münasibətilə qanvermə aksiyası keçirilib
Uşaqlarda sünnət icrası haqqında məlumat
İrqi daltonizm
Dünyada 450 milyondan çox adamın psixi və ya nevroloji problemləri var
Mebelləri silmək üçün təbii məhsul
Çağatay Ulusoyun niyə kökəldiyi məlum oldu-FOTO
Ordumuz erməniləri bu dəfə də "vurdu"
Bu günün tarixi (16.08.2014)
Məşhur aktyor üçüncü dəfə evləndi
Antarktidada Yadplanetlilərin görüntüsü yayıldı-FOTO
Artıq ünvanlar daha tez və rahat tapılacaq
Əvəlik haqqında bilmədiklərimiz
Yol hərəkəti qaydasını kimlər poza bilərlər?
Davudoğlu şərt qoydu
Kökəltməyən 7 qida
“Sədərək”dəki sahibkarlar bir müddət icarə pulu ödəməyəcək
Bakıda 3 nəfərdə KORONAVİRUS ŞÜBHƏSİ
Pekində başlayan yeni koronavirusla bağlı proqnoz açıqlandı
Məhkəmə məşhur aktyorlarla bağlı QƏRAR VERDİ
Gənc göstərən makiyaj tövsiyələri
Müxtəlif modeldə olan uşaq arabaları
Təcili inflyasiya tapşırığı verildi
Məşhur aktyor "Çukur"dan ayrıldı
Arıqlamaq istədi, ölümdən döndü - FOTO
Güləşçilərin öz dünyası olacaq
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Barak Obamadan İlham Əliyevə məktub
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir? -1 İyun
Kəsmikli pendirli xaçapuri(foto resept)
Facebook-un bu gün "axsaması"nın səbəbi bilindi
Misirdə ilin ən böyük arxeoloji tapıntısı aşkar edilib
Malta 20 koreyalını qovdu
BÜRCLƏR bizə nə vəd edir?-6 Oktyabr
Valideyn hüquqlarının məhdudlaşdırılmasının əsasları və nəticələri
“Amazon” satıcısız marketlər şəbəkəsi açır















- ŞƏRHLƏR