Fevralın 23-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı”nın tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, məşğulluq siyasəti sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətlərində aparılan işlərə dair növbəti iclası keçirilib.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açıb. Prezident İlham Əliyevin tapşırığına əsasən ƏƏSMN-nin fəaliyyət sahələrində aparılan islahatların bir istiqamətinin tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılmasına, bu sahədə iş mexanizminin müasir tələblərə uyğun qurulmasına yönəldiyini vurğulayıb:
“Bununla əlaqədar ötən il Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminin hazırlanması əlillik müayinəsi və onun nəticələri barədə məlumatların ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyaları (TSEK) ilə digər qurumlar arasında kağız daşıyıcılara son qoyulmaqla, elektron şəkildə mübadiləsinə imkan verib. Həmin sistem əlillik təyinatının tam avtomatlaşdırılmasına və bu sahədə məmur-vətəndaş təmaslarını minimallaşdırmağa yönəlib. Artıq cari ilin əvvəlindən TSEK-lər tərəfindən əlillik müayinələri məhz elektron göndəriş formaları əsasında aparılır və bu formaların təkmilləşdirilməsi, ümumi elektron informasiya sisteminə inteqrasiyası sahəsində işlər görülür”.
S.Müslümov bununla yanaşı, tibbi-sosial ekspertiza xidmətinə daim ciddi nəzarət olunduğunu, ötən il ilkin əlillik təyin olunanların 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab edilənlərin 3937 nəfər azaldığını qeyd edib. Nazir bildirib ki, ötən il həmçinin ilkin əlillik təyin olunanlar arasında ağır dərəcəli əlillərin xüsusi çəkisi də 82,1 faizdən 79,9 faizə düşməklə 6983 nəfər azalıb. Bu müddətdə tam reabilitasiya olunanlar 1802 nəfər artaraq 7667 nəfər, hissəvi reabilitasiya olunanlar isə 3102 nəfər artaraq 4361 nəfər təşkil edib.
Başqa sözlə, tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib. “Hazırda ölkəmizdə əlilliyin qiymətləndirilməsi meyarlarının yalnız tibbi yanaşma əsasında deyil, bio-psixo-sosial model, yəni əlillik təyin olunmuş şəxslərin fəaliyyət və bununla da sosial reabilitasiya imkanlarının müəyyən edilməsi prinsipi əsasında formalaşdırılması işləri aparılır.
Bununla əlaqədar Respublika Nazirlər Kabinetinin müvafiq qərarı ilə 1997-ci ildə qəbul edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” yenidən işlənərək, hökumətə təqdim edilmək üçün hazırlanıb”. TSEK-lərin iş şəraitinin yaxşılaşdırlması işlərinin də aparıldığını, artıq 15 TSEK-in müasir tələblərə uyğun yeni iş yerləri ilə təmin edildiyini nəzərə çatdıran S.Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsi üzrə kadrların hazırlanması və təkmilləşdirilməsi, bərpa-müalicə müəssisələrinin tibbi reabilitasiya ilə yanaşı, sosial reabilitasiya yönümlü fəaliyyətinin də təşkili, inkişaf etmiş ölkələrin reabilitasiya üzrə mütərəqqi təcrübələrinin öyrənilərək respublikamızda tətbiqi və s. məsələlərin diqqətdə saxlanacağını bildirib.
“Eyni zamanda, Respublikada tibbi-sosial ekspertiza işinin keyfiyyətinin yüksəldilməsi üçün “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə” layihəsi hazırlanaraq hökumətə təqdim edilib”.
İclasın digər mövzusu olan məşğulluq siyasətinin də müasir tələblərə uyğun inkişaf etdirilməsinin vacibliyini önə çəkən S.Müslümov qeyd edib ki, bu məqsədlə qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi işləri davam etdirilir: “Avropanın inkişaf etmiş ölkələrinin məşğulluq siyasətinin və məşğulluq xidməti orqanlarının qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədi ilə
Avropa İttifaqının TAİEX proqramı tərəfindən ƏƏSMN-nin nümayəndə heyətinin cari ilin yanvarında Almaniyaya təlim səfəri təşkil edilib. Səfər zamanı Almaniyada məşğulluq xidməti, işaxtaranların qeydiyyatı və vakansiyaların işlənməsi sahəsində vahid informasiya və proqram təminatı sistemi, işçi qüvvəsinə tələbatın proqnozlaşdırılması üçün əmək bazarında monitorinqlərin aparılması üzrə metodologiyanın hazırlanması, işsizlikdən sığorta sisteminin qurulması və digər sahələrdə malik olduğu təcrübə öyrənilib. Təbii ki, qarşıdakı dövrdə aidiyyəti sahədə təkmilləşdirmə işlərinin aparılmasında bu təcrübədən səmərəli şəkildə istifadə edilməsi diqqətdə saxlanacaq”.
İclasda həmçinin əhalinin sosial müdafiəsi sisteminin mövcud çağırışlara, xüsusilə də valyuta kurslarının dəyişilməsi səbəbindən inflyasiya gözləntilərinin yarana biləcəyi şəraitdə adekvat cavab verə bilməsi üçün gərəkən tədbirlər müzakirə olunub. Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinə bununla bağlı təcili tədqiqatlar aparıb nəticələrini məruzə etmək barədə tapşırıqlar verilib.
ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayevin, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin İşaxtaran və işsiz vətəndaşların peşə hazırlığı sektorunun müdiri Fuad Mehdizadənin məlumatları dinlənilib, verilən məlumatlar əsasında müzakirələr aparılıb.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Ən varlı model daş-qaş alarkən görüntüləndi-FOTO
"Dolce & Gabbana"dan yeni kolleksiya - FOTO
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda
Britaniyanı qarışdıran gülməli hadisə
ÜST koronavirusu pandemiya elan etdi
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: imtahanlar başlayır
Meqan Markl vƏ kraliça Yelizaveta ilk rəsmi səfərdə-FOTO
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
“Ələkbər əmi”nin nağılı
Dünyaya sərt mesaj verdi
Buse Varolun geyimi tənqid olundu-FOTO
Məşhurlar makiyajsız necə görünür?
Alimlər insanı nəyin çirkin göstərdiyini açıqladı
Qız Qalasında “Bakı-2015”lə bağlı şou
Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Əllərinizə qulluq
Məşhur tərzi: Kate Middleton
Qadınlar hansı yaşda xoşbəxt olurlar
Ramazanın 6-cı gününün duası
Bakının yeni dərdi - sərxoş qadın sürücülər
Qarabağda ildırım sürətli müharibə
Putin: “Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər” - VİDEO
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Sevişmə sonrası qadın olmadım mən!
Məlumatları necə qoruyursunuz?
"Fənərbağça"nın oyunçusu "Dinamo"nun baş məşqçisi oldu
Keyfiyyətli insan və cəmiyyət
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Batil əqidəni yayan kitabların satışı və tədrisi ilə nə etməli?
"Atiye"nin baş qəhrəmanı bu xanımla evlidir-FOTO
Bu qışın dəbi: Fəxriyyə Xələfovadan məsləhətlər
Parazitlər artır, həkimlər azalır?
Meyvələr haqqında gələn xəbərlər-III hissə
Məryəm Uzerli son görüntüsü ilə hamını heyrətləndirdi-FOTO
Deputat 190 manatla bağlı nazirə müraciət etdi
Ərdoğan Azərbaycana gəldi
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Mübarizsiz 10 il...
İsrail səfiri: "Bakı-2015 Avropa Oyunları brendə çevriləcək"
Yorğunluğa son
Nəyə sıx bağlısınız?
Qızılı sevən, siyasətdən qaçan, vətəni olmayan adamlar...
Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”
Məcburi köçkünlərə xəbərdarlıq edildi
Sürücülər üçün vacib xəbər: mobil telefonda anti-radar
Təkər, Lada adını qoymaq istədilər-FOTO
Yatdığı yerdə sərvət qazanan bloger-FOTO
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Qiyməli gül kələmi (video-resept)
- ŞƏRHLƏR