Valideyn hüquqlarının məhdudlaşdırılması, onun nəticələri barədə Trend-ə məlumat verən Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin məsləhətçisiGülşən Həsənova bildirib ki, valideynlərin digər şəxslərlə münasibətdə uşaqlarla bağlı daha üstün hüquqlara, öz uşaqları barəsində isə valideynlər bərabər hüquq və vəzifələrə malikdirlər.
Hüquqşünas qeyd edib ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz: "Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməsi qanunla qadağandır. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar".
Onun sözlərinə görə, həmin məsuliyyət tədbirlərindən biri hesab edilən valideynlik hüquqlarının məhdudlaşdırılması məhkəmə tərəfindən həll olunan məsələdir. Belə ki, məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən, yaxud da onların birindən uşağın alınması barədə qətnamə qəbul edə bilər: "Uşağın valideynlərlə, yaxud onlardan biri ilə qalması onlardan asılı olmayan hallarda-psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir".
Hüquq məsləhətçisi bildirib ki, valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir: "Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Müvafiq icra hakimiyyəti orqanı valideynləri, yaxud onlardan birini bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər".
O, qeyd edib ki, uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər. Bu qəbildən olan işlərə qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxılır. Məhkəmə həmin işə baxarkən valideynlərdən, yaxud onların birindən aliment tutulması məsələsini də həll edir.
G.Həsənova deyir ki, valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynin uşaqlarla əlaqə saxlamasına bir şərtlə icazə verilir ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin.
Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələri barədə danışan vəkil bildirib ki, valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər: "Lakin onlar uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər. Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər. Əgər hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq qəyyumluq və himayəçilik orqanının himayəsinə verilir".
Hüquqşünasın sözlərinə görə, məhkəmə valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsaslar aradan qalxdıqda, valideynlərin (onlardan birinin) verdiyi iddia üzrə uşağın onlara (onlardan birinə) qaytarılması haqqında qətnamə qəbul edə bilər: "Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd edə bilər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanda bəzi yeyinti mallarının satışına qadağa qoyuldu
Qarpızlı çiyələk salatı (foto resept)
Həsəd aparanın 3 nişanəsi: Qeybət edənin acı aqibəti
Dayanacaq
Bir həftəyə 7 kq arıqlamanın yolları
DİQQƏT: Azərbaycanda bu cərimələr artırılır
Qalın topuqlu ayaqqabılar
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Dünya ilə bağlı qorxulu açıqlama
Di Kaprio "Oskar"ı geri qaytarır-SƏBƏB
Koronavirusla bağlı SON STATİSTİKA
Ehtiyatlı olun! Sizi izləyirlər
Ronaldodan alqışlanacaq hərəkət
WhatsApp bombanı partladır
Ehitiyatlı olun! Qorxulu kabus oyandı
Teylor Svift pərəstişkarlarına beş milyon dollar məbləğində yardım edib
Arıqlamaq üçün qızıl qaydalar
WhatsApp-ı kimlər idarə edir?
Azərbaycanın milli təamları Bolqarıstanda
Oskar mükafatının iştirakçıları müəyyənləşdi
Evdəki tozların qarşısını necə almalı?
Erməni deputat: "Azərbaycan ordusu əsas qüvvələrini döyüşə atmamışdı"
Rəqəmləri birləşdir-8
Azərbaycan sərhədindən keçid asanlaşacaq - Yeni marşrutlar yaradılır
Günün ulduz falı - 16.01.2014
Rusiya təyyarəsinin qəzaya uğramasının SƏBƏBi bilindi
Baş nazirdən işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR
Günün ulduz falı
Azərbaycanın ən qədim və bahalı kitabı hansıdır? - FOTO
Təmas xəttinə yaxın rayonlarda evlənənlərin sayı artır
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Bu idarələrdə işləyənlərin maaşlarında 500 manatadək əlavə ediləcək – QƏRAR
Evinizdə bu gül varsa dərhal ondan qurtulun - ZƏHƏRLİDİR - FOTOLAR
"Təkamül nəzəriyyəsi"nin iflası
Dərman xərcləri artır
Qeyri-adi evlər (2)
Əlillərə xəbər var
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Azərbaycanda karantin rejimində keçirilən toy yarımçıq dayandırıldı: Saxlanılanlar var
Zədələnmiş saçları bərpa etməyin yolu
Skype-da sürpriz yenilik
Qeyri-adi corab növləri
Yalnız qadınların gündəlik həyatı
“Çukur”un Vartolusundan xanımına sürpriz - FOTO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
Matilda xalanın keksi ilə elmin sərhədləri
Dərinin sevdiyi 7 vitamin
Çox düşünmə xəstəliyi
Əsgər erməniləri niyə qırıb?
- ŞƏRHLƏR