
“Forbes” və dünyanın digər biznes jurnalları hər il planetin ən zəngin şəxslərinin adlarını açıqlayır. Amma həmin var-dövlət sahiblərinin biznes imperiyalarına gələcəkdə sahiblənəcək oğlu və qızları, bir sözlə, varisləri gözdən yayınır.Milli.Az Modern.Az saytına istinadən dünyanın ən zəngin varislərini və onların gündəlik yaşamını əks etdirən yazını təqdim edir.
Şahzadə Şeyx Həmdan – 18 milyard dollar
Birləşmiş Ərəb Əmirliklərinin 6 inzibati bölgəsindən olan Dubay əmirliyi taxtına əsas varis Şeyx Həmdan hesab olunur. Tam adı Həmdan bin Məhəmməd bin Rəşid əl-Maktum olan 32 yaşlı şahzadə əsil şərq nağıllarının qəhrəmanı kimi yaşayır. O, yaraşıqlı görünüşə və nəhəng var-dövlətə sahibdir. Şeyx Həmdan vaxtının çoxunu dəvə təsərrüfatına, at çapmaq dərslərinə, şahin quşu ilə ov etməyə və s. həsr edir.
Amma Dubay taxtına sahib olmaq üçün şeyx Həmdan aktiv siyasətlə də məşğul olur. Atası Məhəmməd ibn Rəşid əl-Maktumun 7 övladından biri olan şahzadə autizm xəstəliyinə qarşı mübarizə mərkəzinin fəxri rəhbəridir və xeyriyyəçiliklə məşğul olur. O, tez-tez qan donorluğu eləyir və fiziki qüsuru olan şəxslərin müdafiəsi üçün fondlar yaradır. Risk etməyi sevən şahzadə hündürlükdən tullanma, reaktiv təyyarə ilə uçuş, Formula-1 yarışlarında iştiark edən maşınları idarəetmə, qayayadırmanma və digər ekstremal idman növləri ilə də məşğul olur. Dubay İdman Komitəsinin prezidenti kimi hər kəsə nümunə olan şeyx Həmdanın ən böyük uğuru Asiya Oyunlarında atçılıq yarışları üzrə qızıl medal qazanmaqdır.
Marta Oretqa - Perez – 64 milyard dollar
İspaniyanın “İnditex” şirkətinin prezidenti Amansio Orteqanın kiçik qızı Marta Orteqa-Perez isə atasının ən yaxın köməkçisi sayılır. Ata Orteqa qızını ailə biznesində çox sərt sınaqlardan çıxarıb. O, öncə “İntitex” şirkətinin Londonda yerləşən “Bershka” mağazasında çalışıb, sonra Şanxay və Barselonada satış meneceri kimi çalışıb. İndi isə 30 yaşlı Marta “demokratik modanın kralı” sayılan atasından “İntidex” şirkətinin prezidentliyini təhvil almağa hazırlaşır.
Kübar cəmiyyətin bütün üzvləri kimi Marta Orteqa-Perez də at sürməklə məşğul olur. Bir neçə il əvvəl isə İspaniya atçılıq idmanının canlı əfsanəsi sayılan Serxio Alvares Moyya ilə ailə həyatı qurub.
Delfina Arno – 26 milyard dollar
Vətəni Fransada Arnonu “Dəbdəbə sənayesinin Napoleon”u adlandırırlar. Bu təsadüfi deyil. Çünki Delfina Arnonun atası Avropanın ən zəngin insanı və “LVMH” şirkətinin (Louis Vuitton, Givenchy, Guerlain, Chaumet, Moet and Cdandon, Henessy və s. brendləri birləşdirən konsern) sahibi Bernar Arnodur. Uşaqlıqdan heç bir qadağa və məhrumiyyət görməyən Delfina zəngin içində sakit yaşamaq yerinə ailə biznesinin genişləndirilməsinə çalışır. O, artıq 39 yaşında “LVMH” konserninin bütün əsas brendlərində rəhbər vəzifələrdə çalışıb və atasını biznes imperiyasının bir neçə milyard dollar zənginləşdirib. Delfina Arno bütün konfransları və sənaye sərgilərini də həvəslə ziyarət edir.
Onun şəxsi həyatına gəlincə, İtaliyanın “şərab kralı” sayılan Alessandro Ballerion Qansia ilə baş tutan dəbdəbəli toyu 5 il sonra boşanma ilə bitib. Hazırda Arno fransalı milyarder Ksavye Nelyu ilə görüşür.
Viktoriya Mixelson – 15,6 milyadr dollar
Rusiyanın “NovoTek” şirkətinin prerzidenti Leonid Mixelsolnun qızı Viktoriya ictimai həyatda çox görsənməyi sevmir. Adətən, jurnalistlərdən uzaq gəzən Viktoriya son vaxtlara qədər atasının sərvətinin yeganə varisi idi. Lakin yaxınlarda onun atasının ikinci nikahdan olan 6 yaşlı oğlunun da bu sərvətə şərik olacağı açıqlanıb. Atası qızına olan sevgisini ifadə etmək üçün Samarada inşa etdiyi rəsm qalereyasına onun adını verib. Viktoriya isə öz növbəsində xeyriyyə tədbirləri ilə məşğuldur və uşaq evlərinə yardım göstərir.
İşa, Anant və Akaş Ambani – 23,9 milyard dollar
Hindistanın neft maqnatı Mukeş Ambaninin 3 övladı da dünaynın ən zəndin varisləri siyahısındadır. Biznes imperiyasının onlar arasında necə bölüşdürüləcəyi məlum olmasa da, ailənin dəbdəbəli həyat sürdüyü məlumdur. Hətta Mukeş Ambani həyat yoldaşı və övladları üçün dünaynın ən bahalı özəl malikanəsi olan 27 mərtəbəli villa inşa etdirib.
Yusif Ələkbərov – 13,6 milyard dollar
Rusiyanın ən böyük neft şirkəti olan “LUKoyl”un azərbaycanlı prezidenti Vahid Ələkbərov isə çox güman ki, gələcəkdə şirkətini yeganə övladı olan Yusif Ələkbərova etibar edəcək. Ata Ələkbərov övladını ərköyün vərdişlərdən xilas etmək və zəhmətə sevgi aşılamaq üçün onu Moskvadakı təhsilini bititər-bitirməz Sibirdəki neft yataqlarından birinə işləməyə göndərib. Adi işçi kimi çalışmağa başlayan Yusif “LUKoyl” prezidentliyinə gedən yolda hələ çox maneələr aşmalıdır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çörək axtaran ermənilər
Kıvançın bədən qüsurunu aşkarladılar-FOTO
Koronavirus növbəti dəfə mutasiya etdi
Qadınlarda sonsuzluğun göstəriciləri
Gələn il təqaüdlər arta bilər
Kəpəkli saçlar üçün maska
Geomaqnit qasırğasının səviyyəsi yüksəlib
Mərkəzi Bank faizləri niyə aşağı saldı?
Niyə şərh yazmırıq?
Dövlət başçıları Minskdə MDB sammitində iştirak etmək üçün Müstəqillik Sarayına gəliblər
Səudiyyə Ərəbistanında ilk dəfə qadın baş redaktor oldu
Əhaliyə xəbərdarlıq
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Xəzərdə zəlzələ olub
Restoranlarda qeyri-adi yemək servisləri
Qlobal istiləşmənin səbəbi AÇIQLANDI
Çöp şişdə fərqli kabab (foto resept)
Google 500 milyon dollara şirkət alır
Şəhid generalımız və polkovnikimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Can Yaman və Demetin gecə görüşü -FOTO
İrinə Şeyk ailəsi ilə Kaliforniyaya köçdü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Cəlilabadda qədim yaşayış məskəni aşkarlandı
Ağacları sevən pişiklər
Bəzi şəhər və rayonlarda su kəsiləcək
"Yaprak Dökümü" serialının Ali Rızası gülünc hədəfi oldu-FOTO
"Eurovision 2014" Azərbaycan üçün nələri vəd edir? - MÜZAKİRƏ
Vətən müharibəsinin könüllüləri evlərinə qayıdır - VİDEO
Kaan Tangözen yenidən ata oldu-FOTO
Dəbli ev dekorasiyaları
"Alf" serialının ulduzu vəfat etdi
Peyğəmbərə Quran nazil olarkən savadsız idisə, necə tacir olub?
Milyarder pullarını quma basdırdı
Pərviz "Survivor"da səsverməyə çıxacaq - VİDEO
Stil ikonum - Hadisə
İran şahının qapısını dəvətsiz açan azərbaycanlı - Əbdül Hüseynov
Gənclərin xalçaçılıq sənətinə marağının azalmasının səbəbi nədir?
Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb - AÇIQLAMA
Dodaq boyanız xasiyyətinizdən danışır
Bakıda gecə şaxta olacaq
"Kara Sevda" serialının aktrisası geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Norveç kralı karantinə yerləşdirilib
Böyük pişiklər də qutuları sevirlər - FOTOSESSİYA
Həftənin ilk iş günü hava necə olacaq?
Tanıdığımız obrazlar fərqli qələmdən
Saç soyuqdəyməsi necə müalicə edilir?
Makiyaj hiylələri
Günün qoroskopu: sifarişçi və ya icraçı sizi aldada bilər
2018-in ən romantik Koreya serialları
Çətin və yaddaqalan şifrələri necə yaratmalı?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]