Ötən il əhali arasında 1170 qida zəhərlənməsi hadisəsi baş verib. Ümumilikdə qida zəhərlənməsi nəticəsində 1308 nəfər zərər çəkib. Bu barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycanda 23 botulizm hadisəsi qeydə alınıb ki, bunların nəticəsində də 41 nəfər zərər çəkib. Botulizm nəticəsində il ərzində 2 nəfər dünyasını dəyişib. Hadisələrin biri Ağcabədidə, digəri isə Şirvanda qeydə alınıb. Ölüm hallarının hər ikisi ev şəraitində hazırlanan turşudan qeydə alınıb.
2014-cü ilin dekabr ayında isə 56 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 66 nəfər zərər çəkib. Sonuncu ayda Azərbaycanda 2 botulizm hadisəsi qeydə alınıb ki, bunların nəticəsində də 4 nəfər zərər çəkib, onlardan biri dünyasını dəyişib.
Qida zəhərlənməsi nədir? Zaman-zaman həzm sistemimizlə əlaqədar olan bulanma, qusma, qarın ağrısı, ishal, spazm kimi bir çox xəstəliyin əlamətləri olan problemlər ortaya çıxa bilir. Əgər bu problemlər 3 gün ərzində qəbul etdiyiniz yeməklər və ya bir mikroorqanizm, bunun zəhəri bulaşmış qida qəbulu nəticəsində meydana gəlibsə, deməli, siz zəhərlənmisiniz.
Mütəxəssislər bildirirlər ki, xəstəliyin ağırlıq dərəcəsi zəhərlənməyə səbəb olan mikroorqanizmin cinsinə görə dəyişir. Qida zəhərlənmələri ağır xəstəlik hesab edilmir. Amma buna baxmayaraq zəhərlənmə uşaq və yaşlılarda baş verirsə, ölümlə belə nəticələnə bilər. Çünki bu qrupun bədənində olan maye miqdarı yetkinlərlə nisbətdə daha azdır.
Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, qida zəhərlənməsinə bakteriyalar səbəb olur. Bu bakteriyalar otaq temperaturunda yaşayır və artır. Həmin bakteriyalar yüksək istilikdə və aşağı temperaturda məhv olur. Onun dediyinə görə, turşulu qidalar və ya mühitlər, nəm miqdarının aşağı olması da bakteriyaların törəməsinə maneə yaradır. Buna görə çay, qəhvə, süd, qatıq, yaxşı bişirilmiş yeməklərin istehlak edilməsi daha məsləhətlidir.
Həmsöhbətimizə görə, qida zəhərlənmələri ən çox stafilokok bakteriyaları səbəbindən baş verir. Ət, süd və süd məhsulları, salatlardan meydana gələn bu zəhərlənmələr 2-3 saat müddətində özünü büruzə edir. Zəhərlənmə qusma ilə özünü göstərir. Bu zəhərlənmə qorxulu deyil. Bədən qusma ilə zəhəri kənarlaşdırmağa çalışır. Xəstə bir neçə gün içində sağalır və çox az halda belə zəhərlənmələrdə ishal müşahidə edilir: "Bir başqa qida zəhərlənməsi şigella bakteriyası nəticəsində yaranır. Bu zəhərlənməyə ət, süd və süd məhsulları salatlar səbəb ola bilər. Amma bu zəhərlənmə 2-3 gün içində özünü göstərir. Zəhərlənmə zamanı qusma, hərarətin qalxması, qarın ağrıları və ishalla müşahidə edilir. Zəhərlənmə 1 həftə müddətində keçir. Salmonella bakteriyasının səbəb olduğu zəhərlənmə də bu simptomlarla müşahidə edilir və 3-4 günə sağalır".
Həkim bildirir ki, zəhərlənmələr arasında ən ağırı və öldürücüsü xlostridium bakteriyasının səbəb olduğu zəhərlənmələrdir. Çünki bakteryalar içində öldürücü təsirə malik botilinium toksini mövcuddur. Hətta bu zəhərin bir neçə kiloqramı ilə dünyadakı bütün insanların öldürülə biləcəyi müəyyən edilib. Bu bakteriya havasız mühitlərdə törədiyi üçün daha çox konservlər, tutma turşularda yaranır. Bəzi hallarda meyvə və tərəvəzlərdə inkişaf etmiş ola bilər. Bu bakteriya ilə zəhərlənmə 2-3 günə ortaya çıxır. Tənəffüsdə maneələr yaradır, sinir sistemini iflic edir və öldürür:
"Bəzi hallarda insanlar adi düyüdən belə zəhərlənə bilərlər. Bu, oqanizmin müqavimət gücündən asılıdır. Məsələn, düyü zəhərlənməsi zamanı zəhərlənmə özünü yalnız qusma ilə büruzə edir və 3-5 saata sağalır. Bu zəhərlənməyə düyüdə inkişaf etmiş bakilius keresus bakteriyası səbəb olur".
Abbasova deyir ki, zəhərlənmə daha çox mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən və tez-tez antibiotiklər qəbul edən insanlarda özünü göstərir. Mədədə turşuluğun azalması zəhərlənmə riskini artırır. Buna görə də tez-tez mədə turşuluğunu azaldan və bakteriyaları tamamilə məhv edən dərman və antibiotiklərdən istifadə etmək olmaz.
Bəzən "yeməkdən zəhərlənmişəm, keçər" deyib çoxu həkimə müraciət etmir. Müsahibimizin sözlərinə görə, əgər ishal 2 gündən artıq davam edirsə (qanlı da ola bilər gündə 4-5 dəfədən çox ishal), xəstənin temperaturu düşmürsə, qarın ağrısı varsa, mütləq həkimə müraciət etmək lazımdır. Qusma davam edirsə, ümumi müayinədən keçmək məsləhətdir.
Mütəxəssislərə görə, qida zəhərlənmələri əsasən isti aylarda baş verir. Yay aylarında meyvə-tərəvəz, kolbasa və sosiska və s. bu kimi qidalar zəhərlənməyə səbəb olur.
Camaat arasında restoran və şadlıq saraylarında menyuya daxil olan salatlara qarşı qəribə bir qorxu yaranıb. Bəzən bu salatların normal şəraitdə hazırlanmadığı, keyfiyyətsiz məhsullardan istifadə edildiyi və bunun da zəhərlənmələrə səbəb olduğu iddia edilir. Aşpaz Nailə Əliyevanın sözlərinə görə, həqiqətən də bəzi kütləvi məkanlarda məhsulların keyfiyyətinə o qədər də diqqət yetirilmir: "Zəhərlənməyə əsas verən bir yeməyin təkrar isidilib yenidən qəbul edilməsidir. Əgər yemək çoxdursa, onun qalanını soyuducuda saxlayıb sonra istifadə etmək olar. Ancaq hər hansı bir yeməyi saatlarla mətbəx stolunun üzərində saxlayıb sonra qızdırıb yemək olmaz. Bu, zəhərlənməyə səbəb olar. Ümumiyyətlə, qida təkrar isidilirsə, 10 dəqiqə qaynadılsa, yaxşı olar. Qidaların saxlanılma mühiti soyuq olmalıdır. Qəbul edilən qidanın son istifadə tarixi keçməməlidir. Restoranda, kafedə yemək yeyərkən diqqətli olmaq lazımdır. Dönər, lahmacun və bu kimi ətlə hazırlanmış qidalar zəhərlənmə riskini artırır. Buna görə də çalışmaq lazımdır ki, çöldə satılan qidalardan az istifadə edilsin. Çox zaman insanlar yeməklərin daha ucuz satıldığı məkanlara üstünlük verir. Amma ataların bir misalı var, "ucuz ətin şorbası olmaz". Elə hər dəfə yemək alan zaman bu misalı xatırlasanız, sağlamlığınızı qorumuş olarsınız.
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Buse toydan sonrakı ilk fotosunu paylaşdı-FOTO
Arıqlamaq üçün üsullar
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Citroen-dən yeni model
100 yaşdan yuxarı sakinlərin sayı 80 mini keçən ölkə
İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər
Kraliça II Yelizaveta koronavirusa yoluxdu
Dəbli gəlinlik modelləri
Qadınlara gecələr işləmək qadağan edildi
Məhəmməd Əmin Rəsulzadənin ailə faciəsi
Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır
"Maaş və təqaüdlərin ödənişində heç bir çətinlik yoxdur"
Vandamın qızının şəklini görənlər: "Atasının qızıdır"
Şeyma bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ
Mehriban Əliyeva təşəkkür etdi
Vineqret (foto resept)
Ətli şorba (foto resept)
Bazarlarımızda saxtalıq "xəstəliyi": nə edək?
"Çirkin Betti"-nin Bettisi illər sonra-FOTO
İlin ən çox qazanan aktrisası o oldu - İlk 3-lük
Qadın kişinin çatışmayan cəhətini tez görür
Keçibuynuzunun faydaları
Qış depressiyası
Fövqəladə hadisə ilə qarşılaşsan, tibbi təhsilin varmı?
Mütəxəssislər: Bu oyuncaqlar uşaqlar üçün ZİYANLIDIR
Şokoladlı, qozlu biskvit (foto resept)
Günün qoroskopu: Bədxərclik etməyin!
Qəlyanaltı pomidorlar (foto resept)
Bu hərəkəti 5 dəqiqə edin və təsirini görün
Markın WhatsApp-la bağlı planı
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
Xəzər gələn il 5 yerə bölünəcək
Koronavirusla bağlı tibb müəssisələrinə xəbərdarlıq
Kələm salatı (foto resept)
Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım mərasimi keçirilib
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
2015-ci ilin telefon qabları
"Mona Liza" haqqında inanılmaz araşdırma
"The Hill": Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti müsəlman və ərəb dünyası üçün nümunə oldu
Azərbaycan NATO üçün önəmli tərəfdaşdır
Göbələkli kartof damlası ilə şorba (foto resept)
Bu ölkədə 10 milyon insan koronavirusa yoluxub - Səhiyyə nazirindən ŞOK AÇIQLAMA
Google-un lobbiçiləri zəifləyəcək
Bakıda gəzməli hava olacaq
Yarımçıq işlərlə necə başa çıxmalı? (2-ci hissə)
Günün qoroskopu: Ağlınızı işlədin!
Ərdoğan Obama ilə danışmır
Qadınları necə xoşbəxt etmək olar?
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib
- ŞƏRHLƏR