İslam tarixinin ən böyük şəhidi Həzrəti Hüseyn Kərbəla faciəsindən öncə gecə yuxusunda Peyğəmbər əleyhisalamı görmüşdü, Həzrəti Məhəmməd nəvəsinə “Ya Hüseyn, qorxma, doğru yolda olanlar qoxmazlar” demişdi. Həzrəti Hüseyn şəhadətini özünə örnək sayan bu millətin övladları da 25 il qabaq Bakını işğal etmiş rus tanklarının qabağına çıxdılar, özlərini Azadlıq və İstiqlal yolunda qurban verdilər.
25 il qabaq Azərbaycan xalqı 70 il öncə - 1920-ci ildə əlindən alınmış istiqlaliyyətini bərpa etmək uğrunda ilk addımını atdı və bu istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu qəhrəmanlıq addımı elə də ucuz başa gəlmədi - 1990-cı il yanvarın 20-də süquta uğrumaqda olan sovet imperiyası xalqımıza qarşı amansız cinayət törətdi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirildi, 1000-ə yaxın insan yaralandı.
20 yanvar Azərbaycan türklərinin genetik olaraq istiqlal təfəkkürün sadiq qaldığını bir daha sübut etdi. 3 min ildir ki, bu coğrafiyada istiqlalını qorumuş və tarixin bir çox imperiyalarının titul millət azərbaycanlılar bütün dünyaya sübut etdilər ki, bu diyarı müstəmləkəyə çevirmək qeyri-mümkündür. Azərbaycan parlamentinin üzərində dalğalanan üçrəngli milli bayraq, məhz həmin gün öz həqiqi yüksəkliyinə ucaldı. Azərbaycan xalqı anladı ki, heç bir beynəlxalq birlik, heç bir “böyük qardaş” milli istiqlalı əvəz edə bilməz. Və Azərbaycan xalqı həmin gün bir and içdi ki, bir daha milli istiqlala kölgə sala biləcək heç bir beynəlxalq birlik sənədinə qol çəkməyəcək. Çünki 20 yanvar faciəsi Azərbaycanın bolşevik baş bilənlərinin 1922-ci il dekabrın 22-də imzaladığı bir sənədin, SSRİ-yə daxil olmaq üçün atılan bir imzanın məntiqi nəticəsi idi. SSRİ rəhbəri Qorbaçov və əhatəsi sanki özlərini Stalin represiiyası illərində hiss edərək Azərbaycanın tarixi torpaqlarını bazara çıxarmaq, Dağlıq Qarbağı Ermənistanın xəyali imperialist fantaziyalarına peşkəş etmək istəyirdilər.
Düşmən Azərbaycanı bir neçə yerdən sındırmaq istəyirdi. İlk zərbə Naxçıvandan gəlmişdi. 1990-cı ilin ilk günlərindəMuxtar Respublikaya hücum etmiş erməni dəstələri azərbaycanlıları İrana çıxararaq ərazini işğal etmək istəyirdilər. Sovet ordusunun İranla sərhədlərin dağıdılmasına göz yumması da dolayısı ilə bu işə xidmət göstərirdi. Ermənilər ilk addımda Naxçıvanı götürməli, daha sonra Gəncə və Qarabağı işğal etməklə Kürlə Arazın arasını nəzarətə götürməli idi. Daha sonra fakt SSRİ rəhbərliyi tərəfindən müəyyən korreksiyalarla qeydə alınmalı idi.
Lakin düşmən Sədərəkdə güclü müqavimətlə qarşılaşdı və 10-15 nəfər itki verdikdən sonra Moskvanın himayəsi ilə yaradılmış qeyri-rəsmi Ermənistan ordusu pərən-pərən oldu, erməni ordusu geri qaçdı. O zaman Moskva Azərbaycanı gözlənilməz nöqtədən vurdu. Şimali Qafqazda çoxu milliyyətcə erməni olan cinayətkar ünsürlərdən ibarət cəza dəstələri yaradıldı və tanklara doldurularaq Bakıya yeridildi. Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu Bakıya girdi. Bu, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Sovet lideri M.Qorbaçovun fövqəladə vəziyyət barədə fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə 1-dək Bakıda xeyli insan öldürüldü.
Lakin bu, Azərbaycan xalqını sındıra bilmədi. Xalqımız bütün dünyaya sübut etdi ki, igid olduğu qədər də müdrikdir. Həmin ağır dəqiqələrdə evindən güllə yağışı altında Təzə Pirə qədər yol gəlmiş Şeyxülislam Allahşükür Paşazadə Bakıda milləti ətrafına yığırıq pərən-pərən düşməyə qoymadı. Şəhidlərin elliklə dəfnini təşkil etdi, Azərbaycan xalqı bu milli matəmdə də möhtəşəm vüqarını itirmədi.
Azərbaycanın ağsaqqalı, xalqın “Baba” deyərək ümid bağladığı oğlu Heydər Əliyev isə həmin günlərdə xalqın səsini dünyaya çatdırdı. Azərbaycanın informasiya blokadasına alındığı həmin günlərdə - 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi. Heydər Əliyev Azərbaycan xalqına edilən təzyiqlərə etiraz olaraq Sovet İttifaqı Kommunist Partiyasını tərk edən ilk sovet lideri oldu. Dünya Azərbaycanın səsini eşitdi.
Azərbaycan xalqı 1990-cı il 20 yanvar günlərində tarixinin yeni səhifəsini açdı. Xalqımız şəhid oğullarının qanı ilə yoğrulmuş İstiqlal heykəlini ucaltdı. Azərbaycan var olduqca, bu heykəl Savalan və Şah dağ kimi səmalara baş qaldıraraq Vətən üzərinə can atan qara buludları dağıdacaq.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çarə axtarıram
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Bakıda yollar buz bağladı
Günün qoroskopu: çıxış yolu tapa bilərsiniz
Təbii və qeysər əməliyyatlı doğuşun fərqləri
İrem keçmiş yoldaşı ilə barışdı-FOTO
Gecə səmaya baxın və müsəlman izlərini müşahidə edin
Ev heyvanları sahiblərinin aynasıdır?
"Sənət aləmində dostum yoxdur"
Uzun həyatın sirri... bağırsaqlarda gizlənib
Dəri detoksu
Xəzərin hüquqi statusu ilə bağlı iclas keçiriləcək
Əkizlərimin dünyaya gəlişi
Nadir mavi almaz 14,9 milyon dollara satıldı
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Ermənistanda xalq üsyanı davam edir
Vadoma qəbiləsinin sağalmaz XƏSTƏLİYİ
Vicdan nədir?
Minimalist tərz sahibi olmaq üçün...
Bir az düşünək
Saç tökülməsinin səbəbləri
Gəncədə futzal üzrə birincilik keçirilir
Azərbaycanda internet asılılığının psixoloji aspektləri öyrəniləcək
Olimpiya çempionu Bakıya gələcək
Apple-da nə baş verir?
Azərbaycanda prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı və dərci üçün müəyyən edilən KİV-lərin siyahısı açıqlandı
Bunlar kişilər üçün zərərlidir
Sucuq (foto resept)
Antaliya otellərinə Mayamidən ağ qum gətirirlər-SƏBƏB
Ancelina Coli İlk Dəfə Etiraf Etdi-FOTO
Dəmir defisitli hamiləlik
Azərbaycanın şimalına qar yağır
Məşhur müğənni deportasiya olundu
Sabah küləkli gün olacaq
45 kq-lıq balqabaq yetişdirdi-FOTO
Damla şokoladlı paxlava (foto resept)
Uzunömürlü olmaq istəyirsən? Onda oxu!
Azərbaycanda İLK - Qan dövranı dayandırılmaqla əməliyyat keçirilib
Gəlinlik saç düzümləri
Gözəl toy tortları
Orta məktəblərdə şagird sıxlığı ilə bağlı normalar təsdiqləndi - RƏSMİ
Gəlinlər üçün boyunbağılar
İtalyan senator: “Azərbaycan haqlı tərəfdir”
Balıqçıların əşyaları hərraca çıxarılır
Dünyada hay-küy yaratmış əkiz bacıların son - Fotosu
Niyə mərsiyələrdə İmam Hüseynin (ə) məzarına “şeşguşə qəbr” deyirlər?
Ebru Gündeş arıqladı-FOTO
2015-2016-cı illər payız -qış dəbi
ANS efirə qayıtmadı
18 yaşlı müğənninin albomu İlin Ən Yaxşısı seçildi-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]