- borularda konservativ plastik əməliyyatdan sonra bir il ərzində hamiləlik baş vermirsə;
- endometrioz (konservativ və cərrahi müalicə) 6-12 ay ərzində effekt vermədikdə;
- səbəbi aşkar olunmayan sonsuzluqlar
- ASA-ın (antispermal antitellər) yüksək titri ilə müşayət olunan immunoloji sonsuzluq Həmçinin süni mayalanmanın aparılmasına genetik göstərişlər də, vardır:
- valideyinlərin ailəsində gələcək nəslə ötürülmə riski yüksək olan autosom resessiv xəstəliklərin olması. Bu zaman ovulyasiyanın stimulyasiyasından sonra alınan yumurta hüceyrələrdə və 6-8 blastomer mərhələsində olan embrionlarda irsi xəstəliklərin preimplantasion diaqnostikası həyata keçirilir. Embrion hüceyrəsində tam xromosom yığımı yoxlanılmaqla irsi patologiyaların erkən diaqnostikası aparılır.
Mərhələləri:
- Yumurtalıqların stimulyasiyası;
- Yumurtalıqların hiperstimulyasiyası; I sindromu (YHS)
- Yumurta toplanması - Mayalanma İVF
- İCSİ (İntra Sitoplazmatik sprem inyeksiyası)
- Embrionun transferi
- Embrion və sperm dondurma (kriokonservasiya)
Yumurtalıqların stimulyasiyası
Yumurtalıqların stimulyasiyası aybaşının 3-cü günündə iynə şəklində hormon tərkibli dərmanlarla başlanılır. Bu dərmanların istifadəsində məqsəd, yumurtalıqda birdən çox yumurta hüceyrənin inkişafını təmin etməkdir. Bu, hamiləlik şansını artırır. Stimulyasiya zamanı follikulların necə inkişaf etdiyini öyrənmək məqsədilə inkişaf edən follikulların ölçüləri (follikulometriya), estrogenlərin, progesteronun və LH-un səviyyəsi nəzarət altında saxlanılır. Müşahidənin nəticələrindən asılı olaraq dərmanların dozası dəyişdirilə bilər. Müalicənin müddəti yumurtalıqların istifadə olunan dərmanlara cavabından asılıdır. Orta müddət təxminən 8-10 gündür. Follikullar lazımi ölçüyə çatdıqdan sonra onların tam inkişafını təmin etmək üçün dərman (HCG) təyin olunur. Bundan 36 saat sonra yumurta toplanılmasına başlanılır. Bəzən yumurtalıqların stimulyasiyası üçün istifadə olunan dərmanların təsirindən xəstələrdə baş ağrıları, yorğunluq və s. müşahidə oluna bilər. Bu hallar keçici xarakter daşıyır və təhlükəsizdir.
Süni mayalanma zamanı geniş yayılmış protokollar aşağıdakılardır:
Uzun protokol (GnRH aqonistləri ilə)
Qısa protokol (GnRH aqonistləri ilə)
Ultraqısa antoqonist protokol (GnRH antoqonistləri ilə)
Uzun protokol.
Yumurtalıqların stimulyasiyası hipofizin desensitizasiyasından sonra aparıldıqda daha effektiv olur. Desesitizasiya qonadotropin rilizinq hormonun aqonistlərinin uzunmüddətli preparatları ilə aparılır. Bu, endogen qonadotropinlərin təsirini aradan qaldırır və eyni zamanda bir neçə follikulun yetişməsinə kömək edir. Hormonların qonadotrop funksiyasının blokadası menstrual tsiklin 21-25-ci günü başlayır. Blokada Suprecur, Suprefact, Lucrin, Synarel, Decapeptyl və s. kimi preparatlarla aparılır. Blokada 10-22 gün davam edə bilər. Bu çox individualdır. Yumurtalıqların funksiyası lazımi dərəcədə azldıldıqdan sonra, (bu, qanda estradiolun miqdarının kəskin aşağı düşməsinə, və xarakterik USM mənzərəsinə əsasən qiymətləndirilir) həkim GnRH aqonistlərinin miqdarını iki dəfə azaldır və yumurtalıqların stimulyasiyası üçün HMG (Human Menogonic Gonadotropin) preparatları təyin olunur. Superovulyasiyanın stimulyasiyası menstrual tsiklin 3-cü, 5-ci günündən başlanılır və 12-17 gün davam edir. Stimulyasiya Menogon, Pureogon, Gonal-F, Metrodin və s. kimi preparatlarla aparılır.
Qonadotropinlərin yeridilməsinin birinci günü tsiklin birinci günü sayılır və sonrakı günlər buna əsasən hesablanır. HMG (Human Menogonic Gonadotropin) preparatları yumurtalıqlara təsir edərək, follikulların yetişməsini stimulyasiya edir. Follikulun stimulyasiyası üçün istifadə olunan preparatın dozası individual olaraq seçilir. Bu, qadının yaşından, çəkisindən, yumurtalıqların ilkin vəziyyətindən və onların müalicəyə cavabından asılıdır. Yumurtalıqların müalicəyə cavabı periodik olaraq qanda cinsi hormonların (esradiol) yoxanılmasına və USM nəticələrinə əsasən müəyyənləşdirilir. Müalicənin gedişində USM aparılması və qanda estradiolun konsentrasının təyini USM və hormonal monitorinq adlanır. Monitoringin aparılma tezliyi alınan nəticələrə əsasən həkim tərəfindən təyin olunur. Əvvəl USM-də yumurtalıqlara 4-5 gündə bir dəfə, sonra daha tez 2-3 gündə bir dəfə baxılır. Yumurtalıqlarda 15-16 mm diametrli follikullar yetişdikdə USM-si hər gün aparılır. Qan analizi də, eyni tezliklə aparılır. Stimulasiya fonunda ölçüləri 18-20 mm olan follikul potensial yetişmiş follikul sayılır.
Follikullar lazımi ölçüyə çatdıqdan sonra, yumurta toplanmasına 35-36 saat qalmış HCG-in (Human Chorionic Gonadotropin) həlledici dozası vurulur və yumurta toplanması işləmi planlaşdırılır.
Protokolun çatışmazlıqları:
-istilik gəlmə şəklində əlavə təsirlər
-psixoloji gərginlik
-blokadanın sonrakı təsiri bəzi qadınlarda 6 aya qədər saxlanılır
Qısa protokol
Qısa protokol zamanı GnRH -un aqonistləri ilə hipofizin blokadası aparılır. Blokada Suprecur,Suprefact, Lucrin, Synarel, Decapeptyl və s. kimi preparatlarla, tsiklin 3-cü günündən başlayaraq, yumurta toplanması gününə qədər davam etdirilir. Mestrual tsiklin 3-cü və 5-ci günləri yumurtalıqların stimulyasiyasına başlanılır. Stimulyasiya uzun protokolda olduğu kimi , Menogon, Pureogon, Gonal-F, Metrodin və s. kimi preparatlarla aparılır. Qısa protokol da USM və hormonal monitorinq uzun protokolda olduğu qaydada həyata keçirilir. Monitorinq ambulator prosedurdur. Qadının qospitalizasiyasına ehtiyac yoxdur. Stimulyasiya nəticəsində follikullar lazımi ölçülərə çatdıqdan sonra, HCG preparatı (Pregnyl, Profasi, Choragon) vurulur və yumurta toplanmasına başlanılır.
Protokolun çatışmazlıqları:
- spontan ovulyasiya
- oositlərin keyfiyyəti aşağı olur
Fərqli xüsusiyyətləri:
- xəstələr tərəfindən yaxşı qəbul olunur
- xüsusi göstərişlər olduqda tətbiq olunur
Ultraqısa antaqonist protokol
Antoqonist protokol zamanı menstrual tsiklin 2-ci, 3-cü və ya 5-ci günündən başlayaraq, yumurtalıqlar stimulyasiya olunur. Stimulyasiya HMG preparatları (Menogon, Pureogon, Gonal-F, Metrodin və s.), Sitrotayd,Estrofem və s. kimi preparatlarla aparılır və 8-12 gün davam edir. Qadına USM və hormonal monitorinq aparılır. Monitorinqin nəticələrinə əsasən yumurtalıqlarda follikulların lazımi ölçülərə çatdığı müəyyənləşdirildikdən sonra, HCG preparatılarının (Pregnyl, Profasi, Choragonvə s.) həlledici dozası vurularaq ovulyasiya təmin olunur.
Antoqonist protokolun fərqli xüsusiyyətləri:
- spontan ovulyasiya mümkün deyil, belə ki, sitrotayd preparatları LH-ın (Lüteinləşdirici Hormon) pikini tormozlayır.
- xəstələr tərəfindən əla qəbul olunur
- stimulyasiyanın müddəti xeyli qısa olduğundan (digər protokollarla müqaisədə) az dərman istifadə olunur
- YHS (Yumurtalıqların Hiperstimulyasiyası Sindromu) yaranma riski daha azdır
- Kistalar əmələ gəlmir
- hipofizin funksiyası daha tez bərpa olunur
- protokolun müddəti qısa olduğundan qadında psixoloji gərginlik daha az olur.
Yumurtalıqların hiperstimulyasiyası sindromu (YHS)
Yumurtalıqların hiperstimulyasiyası sindromu yatrogen patologiyanın klassik nümunəsidir. Superovulyasiyanın stimulyasiyası tətbiq olunana qədər bu sindrom mövcud deyildi. YHS çoxlu follikulların böyüməsini və onların lüteinizasiysını təmin edən ovulyasiya stimulyatorlarının yeridilməsinə orqanizmin cavab reaksiyasıdır. YHS ilk dəfə XX əsrin 40-cı illərində, qonadotropinlərin kliniki tətbiqindən sonra müşahidə olunmuşdur.
Bu zaman yumurtalıqlar böyüyür, çoxsaylı follikulyar kistalar, bəzən stromanın ödemi və qansızmalar müşahidə olunur. Yumurtalıqlardakı dəyişikliklər bədən boşluqlarına - qarın, plevral, ağır hallarda perikard boşluğuna maye toplanması ilə müşayət olunur. Hipovovemiya, hipoproteinemiya hətta tromboemboliyaya qədər ağırlaşmalar meydana çıxa bilər.
YHS- un üç forması vardır: yüngül, orta ağır, ağır forma. Yüngül forma zamanı kliniki simptomatika müşahidə olunmur. Qanda E2-in miqdarı 150-2000 pq/ml, yumurtalıqların diametri isə 6 sm-ə çatır. Orta ağır forma zamanı ağrılar, qarnın aşağı hissəsində ağırlıq hissi, qusma, diareya, Yumurtalıqların diametrinin 6 sm-dən 12 sm-dək böyüməsi müşahidə olunur. E2-in səviyyəsi 4000-6000 pq/ml-dək yüksəlir. Ağır forma zamanı yuxarıda göstərilən siptomlara assit, hidrotoraks əlavə olunur. Həmçinin böyrəklərin perfuziyası azalır, oliqouriya, böyrək çatmamazlığı inkişaf edir. Yumurtalıqların diametri 12 sm-dən böyük olur. Yumurtalıqlarda çoxsaylı follikulyar kistalar, qansızmalar, sarı cism kistaları müşahidə olunur. E2 in səviyyəsi 6000 pq/ml- dən çox olur. Müalicəsi. Yüngül formada dinamik müşahidə aparılır: plazmada E2 in səviyyəsi yoxlanılır, USM vasitəsilə yumurtalıqların ölçüsü izlənir. Orta ağırlıqlı formada müşahidədən əlavə qlükokortikoidlərin, antihistamin, antiprostoqlandin preparatlarının, adsorbentlərin təyini göstərişdir. Bu zaman xəstənin vəziyyəti tez yaxşılaşır, simptomlar 3-6 həftədən sonra yox olur. Əgər hamiləlik baş tutarsa, simtomlar daha uzun müddət davam edir. Ağır formada müalicə taktikası sirkulyasiya edən qanın həcminin bərpasına yönəldilməlidir. Venadaxili olaraq, mayenin orqanizmdə saxlanılmasına kömək edən mayelər (plazma, protein, albumin və s.) yeridilir. Diurez stimulyasiya olunur, su elektrolit balansını bərpa etmək üçün hemodez, neokompensan və s. təyin olunur. Yüngül və orta ağır formanın proqnozu qənaətbəxşdir, simptomlar bir ay ərzində yox olur . Ağır forma zamanı xəstələr qospitalizasiya olunur və müalicə stasionarda davam etdirilir.
Yumurta toplanması
Yumurta toplama vaxtı HCG vurulan saatdan asılıdır. HCG təbii yolla alınır və LH-ın yüksəlməsini təmin edir. HCG inyeksiyasından 34-36 saat sonra ucuna xüsusi punksion iynə taxılan vaginal ötürücü uşaqlıq yoluna daxil edilir. Həkim follikulları punksiya edərək, yetişmiş yumurta hüceyrələri toplayır. Sonra toplanmış yumurta hüceyrələr embrioloqa verilir. Yumurta toplanması zamanı xəstə səhər acqaına qəbul edilir. Prosedur xəstənin istəyindən asılı olaraq yerli vəya ümumi anesteziya altında aparıldığından ağrısızdır və 5-10 dəqiqə davam edir.
Mayalanma İVF
Yumurtalıqların stimulyasiyasından sonra yumurta hüceyrələr toplanılır, laboratoriya şəraitində keyfiyyətli yumurtalar seçilir və onlar xüsusi mühitdə 2-3 saat saxlanılır. Həmin gün xəstədən alınmış toxum nümunəsi laboratoriyada yuyulur və daha hərəkət liləri seçilir. Seçilmiş spermatozoidlər yumurta hüceyrə olan qaba yerləşdirilir və onların yumurta hüceyrəni mayalandırması gözlənilir. Spermatozoid yumurta hüceyrəyə yaxınlaşır və onun yumurta hüceyrənin içinə keçməsinə kömək edən xüsusi ferment ifraz edir. İçəri daxil olmuş spermatozoidlə yumurta hüceyrənin nüvəsi birləşir və mayalanma baş verir. 16-18 saatdan sonra inkubatordan çıxarılaraq yumurtaların mayalanması kontrol edilir.
İCSİ (İntra sitoplazmatik sperm inyeksiyası)
İCSİ mikroskop altında mikropipetin köməyi ilə kişidən alınan toxumun qadından əldə olunan yumurtanın içərisinə inyeksiya dilməsidir. İCSİ sperm hüceyrələrinin sayı, hərəkətliliyi, morfologiyası yumurta hüceyrəni mayalandıra bilmək üçün yetərli olmadıqda həyata keçirilir. Mikroinyeksiya xüsusi mikroskop altında, steril, birdəfəlik mikropipetlərlə aparılır. Yumurta toplandıqdan sonra əldə olunan yumurtalar təmizlənərək, keyfiyyətliləri seçilir.
Mikroinyeksiya aparılacaq steril, toksiki olmayan plastik qabda spermatozoid və yumurta hüceyrənin qoyulması üçün xüsusi kultura hazırlanır. Sperm və yumurta özlərinə aid yerlərə qoyulduqdan sonra, mikroskop altında hərəkətli sperm seçilir və pipetlə quyruğuna basılaraq hərəkətsiz hala gətirilir. Sonra sperm yumurta olan mühitə yerləşdirilir. Burada sperm xüsusi pipetlə tutularaq yumurtanın içinə inyeksiya edilir. Daha sonra yumurtalar xüsusi mühitdə saxlanılaraq, 18-20 saat sonra mayalanma kontrol edilir. Döllənmiş və döllənməmiş yumurtalar müəyyənləşdirilərək, ayrı ayrı qablara qoyulur və transfer edilənə qədər böyümələri izlənilir.
Embrionun transferi
Mayalandıqdan sonra hüceyrə bölünməyə başlayır. 48-72 saat sonra embrionlar 4-8 hüceyrədən ibarət olur və qadının orqanizminə köçürülməyə hazır olur. Embrionlar nazik bir kateterlə serviksdən keçərək uşaqlığın içinə yerləşdirilir. Hamiləliyin baştutma ehtimalını artırmaq üçün 2-3 embrion köçürülür. Transfer ağrısız olub, anesteziyaya ehtiyac yoxdur. Xəstəxnada yarım saatlıq istirahətdən sonra qadın evə göndərilir. Embrion transferindən sonra, onların inkişafını dəstəkləmək üçün həkim bəzi preparatlar təyin edir (progesteron, HCG və s.). 12 gün sonra hamiləliyin baş tutmasını yoxlamaq üçün qadın qan analizi verir. Bu müddət ərzində yaranacaq bütün suallarla qadın həkiminə müraciət edə bilər. Əgər hamiləlik baş tutubsa, hamiləliyin inkişafının təqibi üçün iki həftə sonra ultrasəs müayinəsinə getmək lazımdır.
Embrion və sperm dondurma (Kriokonservasiya)
Müalicə sonrasında artıq qalan embrionlar keyfiyyətlidirsə, onlar dondurularaq saxlanılır. Dondurulan embrionlar lazım olduqda çözülərək transfer edilir. Dondurulmuş embrion transferində qadının hormon müalicəsi almasına, yumurta toplanmasına və kişinin sperm verməsinə ehtiyac yoxdur. TESE nəticəsində əldə edilən testis toxuması da, dondurularaq saxlanılır. Sperm dondurma spermanın uzun müddət saxlanılmasına imkan verir. Bu zaman sonradan müxtəlif səbəblərdən kişilərdə sperm əmələ gəlmə pozularsa, dondurulmuş spermlərdən istifadə olunur.
Hamiləliyə nəzarət
Qadın hamilə qaldıqdan sonra klinikada hamiləliyi nəzarət altına alınır. Lazım olan bütün analizlər və testlər aparılır. Süni mayalanma ilə doğulacaq uşaqda anomaliya riski adi hamiləlikdə olduğu qədərdir. Bir sıra patologiyaları vaxtında aşkara çıxartmaq üçün ikili test, üçlü test, çoxdöllü hamiləlik zamanı aparılan bəzi əlavə prosedurlar icra edilir. Genetik testlərin riskləri və faydası haqqında öz həkiminizdən daha ətraflı məlumat ala bilərsiniz.
XƏBƏR LENTİ
Azərbaycanda hava yenidən kəskin dəyişəcək
Bryus Uillis aptekdən qovuldu- SƏBƏB
Bürcünüzə görə hansı ölkədə yaşamalısınız?
İranda Məktəblər təcili bağlandı, Səhiyyə Nazirliyi XƏBƏRDARLIQ EDİR
Məşhurların çəkildiyi Filmə cəmi 27 nəfər baxıb
Göy qurşağı şorbası (foto resept)
Nə üçün ölümdən qorxuruq?
Yer kürəsinin tarixi fotosu
Azərbaycan çempionatında ötən turun ən yaxşıları seçildi
Milyarder qaçqınlar üçün iki ada alacaq
Hava haqqında - 21.02.2014
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
Pazllar ("Fiksiklər")
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Cavanlaşma resepti
Evə qulluqçunu necə tapmalı?
HAVA necə olacaq?- 7 MAY
Çarə axtarıram
Uşaqlarda ən çox görülən yay xəstəlikləri
Akın Akınözdən evlilik xəbərlərindən danışdı
Faydalı məsləhətlər
TƏKLİF: Müəllimlər güzəştli kateqoriyaya daxil edilsin
"Biz bütün bəşəriyyətin düşməninə qarşı mübarizə aparırıq"
Bakıya palçıqlı yağışın yağması ağacların çiçəklənmə dövrü ilə bağlı ola bilər
HAVA necə olacaq?
İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib
Pəhriz və sağlam həyat tərzi
Qiyməli və pendirli boxça börəyi (foto resept)
Azərbaycan siyasi elitasının olduğu vertolyotun vurulmasından 22 il ötür
Dekabrın ilk günü dumanla gəlir
Yeni çimərliklərin salınması ilə bağlı tələblər müəyyənləşib
Azərbaycanda internetin qiyməti aşağı salınır?
Turşu hazırlayarkən diqqət edilməsi lazım olanlar
Yeni il süfrəsi dekorasiyaları
Disney qəhrəmanları ilə eyni şəkillərdə yer aldı
Yeni tanışlarla necə ünsiyyət qurmalı?
Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar - VİDEO
NASA işçi axtarır – Maaş 187 milyon dollar
Dil yanığına yaxşı gələn vasitələr
Mart ayının qeyri-iş Günləri
2013-cü ilin 9 dırnaq boyası
Sabah yağış yağacaq
Demi Lovatonun həyati təhlükəsi davam edir-FOTO
Qarabağda müharibə faciəyə səbəb ola bilər
Maykl Cekson niyə maska taxırdı? - VİDEO
Kerem Bursin Serenay və Cem sevgisinə Münasibət Bildirdi
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Azərbaycanda nağıl kimi hadisə: ilan qıza vurulub
İkibaşlı buzov doğuldu
- ŞƏRHLƏR