Ramazan ayı ilə bağlı çox önəmli olan bir çalar mövcuddur. Ayla bağlı şeylərdən danışılır, çox məsələlərə diqqət olunur. Zənnimcə, diqqət etməli önəmli çalarlardan biri budur ki, mübarək Ramazan ayında iki istiqamətli bir proses baş verir. Mübarək Ramazan ayında biz bir tərəfdən enmənin baş verdiyini görürük. İlahi mətnlər bu ayda bir enmənin baş verməsindən xəbər verir. Bir tərəfdən də biz mübarək Ramazan ayında qalxmanın baş tutmasını müşahidə edirilk. Yəni, sadələşdirilmiş formada ifadə etsək, mübarək Ramazan ayı - müqəddəs Qurani-Kərimin nazil olma, enmə ayıdır. Yaradan tərəfindən yaradılmışa doğru, Rəbb tərəfindən bəndəyə doğru, Xaliq tərəfindən məxluqa doğru İlahi kitabın enməsi bu ayda baş verib. Digər tərəfdən yaranmışın, yəni bizlərin heyvani müstəvidən insaniliyə və daha da aliliyə doğru qalxması bu ayda mümkündür.
Bu iki çalar Ramazan ayının çox önəmli nöqtələridir. Qurani-Kərimin nazil olması bu anlamadır ki, Allah-Təala öz bəndəsi ilə danışır. Quran bir Allah kəlamıdır ki, Rəbbimiz öz bəndəsi ilə danışır. Ramazan ayının İlahi mətnlərdə, hədislərdə, dualarda gələn məqamlarını təhlil etsək, görərik ki, ən çox xatırlanan bu ayın Quran nazil olan gecəsidir. Allah-Təala Qurani-Kərimin özündə buyurur: “Ramazan ayı bir aydır ki, Quran onda nazil olub”. Bu ay Allah bizə müraciət edib və bizimlə danışıb. Rəbbimiz eyni zamanda bu ayda bütün fürsətləri yaradıb ki, Allah tərəfindən enmiş kəlamı, çatdırışı eşidək.
Vərdişlərimizi Ramazan ayı dəyişəcək, ya özümüz?
Məsələnin ikinci tərəfi bundan ibarətdir ki, biz həmin kəlamı eşidib cavablandıracağıqmı? İlahi kəlamlarda bizlərə müraciət olunur. Rəbbimiz öz müraciətlərində hər birimizin qapısını döyür, hər birimizə ünvanlayır, hər birimizin qəlbində olan imkanlara yönəlik çatdırışlar edir. Bu çatdırışları qəbul etsək, müraciətlərə müsbət cavab versək - bu ay həm də yüksəliş ayımız olacaq. Bizim bu ayda bütün fürsətlərimiz var ki, vərdişlərimizi təftiş edək. Çünki, nə bəlalarımız varsa, hamısı öyrəşməkdəndir. Bizlər dünyanın məşğuliyyətlərinə öyrəşdik, bizi aldadan, mahiyyəti aldadıcı olan cəhətlərə öyrəşdik. Bu ayda Rəbbimizin bizi qonaq çağırması, öyrəşdiklərimizə “yox” deməyə imkan verir. İnsan öyrəşib - nə vaxt istəyirsə yeyir, nə vaxt istəyir içir. Bu vərdişlərdən Ramazan ayında imtina etməklə digər vərdişlərimizə də nəzər salmış oluruq. Əgər televizora heç bir təhlil etmədən, nə təqdim olunmasından asılı olmayaraq baxmağa öyrəşmişiksə, indi bu ayın imkanlarından istifadə edərək həmin vərdişimizi təftiş etmiş oluruq. Adi halda yanımızda nə danışılırsa - istər qeybət edilirsə, istər yalan danışılırsa, istər söyüş söyürlərsə - ona qulaq asırıq, “dözümlə” qəbul edirik. Elə özümüz də qeybət etməyi, yalan danışmağı və bu kimi Allah bəyənməyən işləri görməyə adət edirik. Gözümüz tənzimsiz olaraq hər şeyə baxmağa öyrəşib. Bəzən o qədər öyrəşirik ki, artıq telefonlarımızı da ona uyğun tənzimləyirik, qəribə səciyyəli, Allahın haram buyurduğu musiqi səsləri gəlir telefonumuzdan. Mübarək Ramazan ayı bizə yenilik gətirir, vərdişlərimizi yeniləmək üçün imkan yaradır. Səbətlərimizi boşaldıb buradan yalnız saflarını seçmək üçün imkan yaradır.
Bunu da bilmək lazımdır ki, bizim yerimizə bu ayda gəlib heç kəs vərdişlərimizi dəyişməyəcək. Bizim öz həyatımız boyunca öyrəşdiyimiz məsələlər özü-özünə dəyişməyəcək. Amma dəyişmək istəsək, Ramazan ayı ən münasib vaxtdır. Səhvləri düzəltmək üçün Ramazan ayından daha uyğun, daha münasib zaman ola bilməz. Çünki bu ayda ən böyük vərdişlərimizi dəyişməyi bacarmışıq. Gün ərzində adi halda öyrəşdiyimiz qida qəbulunu düz 16-17 saat ərzində tərk edə bilirik. Əgər bunu etməyi bacarmışıqsa, digər vərdişlərimizə diqqət etsək, çox rahatlıqla dəyişə bilərik.
Bu ayı toplum istəyən kimi tənzimlədikdə...
Çox qəribə bir dünyaya doğru istiqamətlənmişik. Dünyanın real, gerçək əhəmiyyəti sürətlə itməkdədir. Həyatımızın böyük bir hissəsini televizor alırdı, texnologiya müasirləşdiksə, vaxtımızın böyük bir hissəsini də indi İnternet alır. Dünya bizi o qədər özünə məşğul edir ki, gerçəklik qalır bir qıraqda, bizim yerimizə qurulmuş virtual bir dünyanın içinə daxil oluruq. Serialların, verilişlərin, şouların içinə daxil oluruq. Ramazan ayı boyunca müsəlman sayılan ölkələrin telekanalları o qədər “maraqlı” verilişlər verir ki, insanların axşamlar Allahla olmağa da vaxtları qalmır. İnsan iftarını açır, bir yaxşı kinoya baxır, ardıyca ikinciyə baxır, üçüncüyə baxır və bir də ayılır ki, artıq obaşdanasını edir. Bundan sonra da tələsik namazını qılır və gedir yatmağa ki, səhər təzədən iş-güc ardınca olsun. Bununla da həmin şəxs Ramazan ayının gecəsindən bəhrələnmək imkanını əldən verir.
Dünyanın ən böyük problemi elə bundan ibarətdir - insan özü ilə ola bilmir. Özümüzlə ola bilməyəndə, özümüz ola bilmirik. Toplumda vərdişlər bütün sahələrdə özünü göstərib. Toplumun müəyyən streotipləri var və biz də onları rahatlıqla qəbul edirik. Geyimlər dəyişib, yeməklər dəyişib, yaşayışlar dəyişib. Hətta bəzən inanclıların özlərinin də geyimində dəyişmə baş verir. Toplum nə təqdim edirsə, inanclı onu geyinir. Həya, iffət kimi məfhumlar təkcə qadının geyiminə aid deyil. Bəli, müsəlman xanımların Allahın dəvətini qəbul edir və hicaba riayət edirlər. Amma bunun qədər də ciddi olan bir məsələ - kişilərin geyimi ilə bağlıdır. İnanclı kişi xanımlar qədər də geyinməklərinə görə cavabdehdirlər. Necə ki, xanımların geyimində özünəməxsus şərtlər var, kişinin də geyimində eyni şərtlər mövcuddur. İnsan öyrəşəndə hər şey korlanır. Necə ki, öyrəşmənin nəticəsi olaraq toplumda abır-həya itə bilir, geyim məsələsində geriləmə yaşanmaqdadır, kişilərin də mühitində illər öncə təsəvvür olunmayan geriləmə mövcuddur. Övladlarımızın, yeniyetmələrin, gənclərin geyimlərinə xüsusilə diqqət olunmalıdır. Toplum bizə heç bir iffətə, heç bir namusa uyğun olmayan geyimlər təqdim edir. Biz bəzən bunlara fikir vermirik və toplumda da belə hallar adiləşməyə doğru gedir. Necə ki, qidamıza diqqət edirik ki, haram yeməyək, eləcə də geyimimizə diqqət etməliyik.
Ramazan ayında quran oxumağa vaxt tapmayan - bədbəxtdir
Ötən bəhslərimizdə buna toxunduq ki, mübarək Ramazan ayı bizim qəzəb və şəhvətimizi tənzimləmək üçün xüsusi bir fürsət yaradır. Ramazan ayı bizlərə onların ardınca getməməyi, onların əsiri olmamağı öyrədir. Sovet dövründə yaşamış müsəlmanlardan biri danışardı ki, oruc tutanda hamı bilərdi ki, o, oruc tutub. Evdə hamının qanını qaraldardı, qonşular oruc tutub deyə onu danışdırmazdı ki, acı söz danışacaq. Danışır ki, bir dəfə məni yaşlı dindarlardan biri çağırdı və dedi: “Sən niyyət etmisən oruc tutacaqsan ki, bu ayı adamları incidəsən?! Belə görsənnir ki, sən bu ay adamları incitmək üçün oruc tutmusan. Evdə hamını acılayırsan, işdə hamını incidirsən - nə var ki, oruc tutmusan. Bu ayda heyvan olmağa yox, insan olmağa niyyət etmisənsə, onda özünü bu aya uyğun apar”. Danışır ki, bundan sonra mən özümü düzəltdim.
İndinin özündə də bu mövzuda müsibətlər var. İnsan var ki, oruc tutur, on altı saatlıq günün on dörd saatını yatmağa həsr edir, qalan iki saatı da onu-bunu acılamağa. Bu, oruc deyil. Bu yalnız həmin müddətdə ac və susuz qalmaqdır. Ramazan ayı insanın vaxtını tənzimləməyi öyrənməsi üçün ən uğurlu zamandır. Gün başlandı, insan Quran oxumadısa, bədbəxtdir. Çünki bu ay Quran oxumaq ayıdır. Gün qurtarır və insan Quran oxuya bilmirsə, bədbəxt olur. Bu ay Quran oxumaq üçün ən böyük fürsətdir. Əgər insan Qurana həsr etməli olduğu vaxtı da əlavə ruzi dalınca gedirsə, o ruzinin adama nə xeyri? O ruzi ki, insanı gün ərzində Quran oxumağa qoymur, həmin ruzidə problem var.
Əsl azad insan kimdir?
Ramazan ayı yalnız şənlənmə, özünün cənnətlə ümidləndirmə ayı deyil. Ramazan ayı özünütəftiş ayıdır. İmam Cavadın (ə) bununla bağlı buyuruşunda qeyd olunur: “Fəzilətlər dörd cürdür. Birincisi hikmətdir, hikmətin də canı düşünməkdir. İkincisi iffətdir. İffətin də canı şəhvətdir. Üçüncüsü qüdrətdir. Onun da canı qəzəbdir. Dördüncüsü ədalətdir. Onun möhkəmliyi nəfsani qüvvələri tənzimləməkdədir”. Düşünməmək, düşünməkdən imtina etmək dinimizdə qadağandır. Amma bir məsələ də var ki, düşüncəni də əqli müstəvidə olmayan, Allaha tərəf aparmayan məsələlərə yönəltmək, insanı məhvə aparır. Bəzi adamlar var ki, elə imici elədir - hər şeydə şəkk edir, hər şeyin “kökünə çıxmaq” istəyir. Belələri fəlsəfi düşüncəyə malik olduqlarını iddia edirlərsə də, yanılırlar. Hər şeyə skeptik, nihilist yanaşmanın fəlsəfi düşüncəyə heç bir aidiyyəti yoxdur. İnancımız qurucu düşünməni qəbul edir. Əgər düşüncəmizi düzgün tənzimləyə bilsək, bu zaman himmətə gəlib çatarıq, çalışqanlığa, quruculuğa yetişərik.
İnsan şəhvətini düzgün nizamlaya bilsə, iffətli olar. İnsanın onda olan qəzəb kimi böyük bir nemətdən doğru-dürüst istifadə etməsi ona qüdrətlilik, imkanlılıq, güclülük verər. Və yekunda biz içərimizdə olan bu qüvvələri düzgün tənzimləsək, aralarında lazımi münasibət və həmahənglik yaratsaq, varlığımız ədalətli bir hala gəlib çıxar.
Şəhvətlə bağlı dinimizin çox önəmli çatdırışları var. Həzrət Əli (ə) buyurur: “Şəhvətlərin qəlblərinizə qalib və hakim olmalarından çəkinin. Çünki onların əvvəli qula çevrilmək, sonu isə məhv olmaqdır”.
Ramazan ayı bizə azad insan olmağa imkan verən bir aydır. Bu gün bütün dünya azadlıq, azad olma kimi məsələlərdən danışır. Həqiqi azadlıq odur ki, insan öz istəklərinə “yox!” deyə bilsin. Əgər insan öz istəklərini özü tənzimləyərsə, bu zaman azad insana çevrilər. Azadlıq bu deyil ki, insan nəfsinin qulu olsun. Əgər insan öz istəklərinə qalib gələ bilərsə, həqiqi azadlıq qazanar.
Həzrət Əmirəlmöminin Əlidən (ə) adətlə bağlı digər bir önəmli buyuşur var: “Şəhvətinə adəti güclənməmişdən qabaq qalib gəl. Çünki o, güclənsə, sənə hakim olacaq, səni öz arxasınca çəkəcək və ona müqavimət göstərə bilməyəcəksən”. İnsan şəhvətin mövcudluğuna artıq öyrəşərsə, bu, onun adətinə çevrilərsə - məhv olar.
Ramazan ayı - təvəssül ayıdır
Bu ayda şeytanın (lən) il boyu qoyduğu vəsvələrindən qurtulmağın bir yolu da Məsumlara (ə) təvəssüldür. Ramazan ayı - təvəssül ayıdır. Həzrət Peyğəmbərdən (s) buyurulur: “Allahdan mənim vasitə olmağımı diləyin. Kim mənim vasitə olmağımı diləsə, ona şəfaət olunar”. Peyğəmbərimiz (s) bizə sevgi-məhəbbət dolu bir xəbərdarlıq edir. Bizə tövsiyə edir ki, Onu özümüzlə Rəbb arasında vasitəçi qərar verək.
Təvəssüllərimizdə diqqətli olmalıyıq. İslam Peyğəmbəri digər yerdə çox mübarək bir buyuruş edir: “İmamlar (ə) İmam Hüseynin (ə) nəslindəndir. Kim onlara (ə) itaət edərsə, Allaha itaət etmişdir, kim onlara (ə) itaətsizlik etsə, Allaha itaətsizlik etmişdir. Onlar - Allaha yaxınlaşmaq üçün ən möhkəm vasitədirlər”. Əhli-beyti (ə) vasitə qərar vermək - onlar kimi yaşamaqdır, onların yolunu getməkdir, onların ləpirlərinin üzərində ayaq basmaq deməkdir. Həqiqi təvəssül edən o kəsdir ki, Peyğəmbər (s), Əhli-beyt (ə) kimi yaşayır. İnsan gərək yaşayışında təvəssül etsin.
Allahım, Ramazan ayında ötən günlərimizdəki naqis əməllərimizi Öz mərhəmətinlə islah et! Və gələn günlərimizi ötən günlərimizdən daha yaxşı olmasını nəsib et! Amin!
XƏBƏR LENTİ
2014-cü ildən gözləntilərimiz çoxdur: bəs bürclər nə deyir?
Sağlam həyat
Azərbaycanda toylara icazə verilməsi ilə bağlı Hikmət Hacıyevdən AÇIQLAMA
Rusiya Ərdoğanın məktubuna CAVAB VERDİ - İlk reaksiya
Sosial şəbəkələr sizə nə üçün lazımdır?
İrina Şeyk və Bredli Kuper barışdı?-FOTO
İştah açan bitkilər hansılardır?
Şahzadə QƏZAYA Düşdü -FOTO
Badamlı çörək (foto resept)
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
Bu adam 2021-ci ildən gəlib: gələcəkdə bizi nələr gözləyir? - İDDİA
Ermənistan Müdafiə naziri David Tonoyan general-leytenant Rüstəm Muradov ilə görüşüb
Qadin.Netlilərin toy günü xatirələri (1-ci hissə)
Dolların bahalaşacağı gözlənilir
Google sağlamlığa önəm verir
Saçları seyrəldən 5 vərdiş
Türkmənistanda tələbələrə əylənmək qadağan olundu
Dərini yeniləyən maska
Ən qədim əşyaların yaşı
Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib - RƏSMİ
Facebook telefonunuza virus yayır
Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsi dayandırıldı - RƏSMİ
Gözəlliyin sadə sirləri
Beyinlər niyə axır?
Ən çox övlad sahibi olan qadınlar
Xüsusi təyinatlılarımızın böyük bir bölməsinin məhv edilməsi barədə ermənilərin yaydığı xəbər xülyadır - RƏSMİ
Pakistanda güclü zəlzələ, Azərbaycan da silkələndi
Alman dili 8-ci dərs
O qədər arıqladı ki, baldırları büzüşdü - FOTO
Ginekoloq kişi, pinəçi qadın - olsun, olmasın?
Sarkisyan Qarabağla bağlı şərt qoydu
Dadlı piroq (foto resept)
Gecə ayaqqabıları
Robotların Olimpiadası olacaq
Günün qoroskopu: çətin vəziyyətlərdə özünüzü itirməyin
4 yaşlı şahzadə məktəbə getdi - Ona heç bir güzəşt edilməyəcək
“WhatsApp”a yaşıl işıq
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
Bakıdakı yeni binalara qaz veriləcək?
Sobada pendirli toyuq (foto resept)
"Bu, sadəcə, biabırçılıqdı"
"Sofi Loren" piroqu (foto resept)
Qəlbinin səsi ilə hərəkət edirsən, yoxsa məntiqinlə?
Azərbaycanda 1 kiloqramlıq UŞAQ DOДћULDU
Arıqlamaq istədi böyrəyini itirdi-FOTO
Xanımlarımız üçün babetlər
Sürücülər bu xəbəri mütləq izləsin - Belə avtomobilləri idarə etməyin!
Sabah futbolsevərlərin bayramı başlayır
20 min erməni artıq Qarabağı tərk edib
İdeal insan necə olmalıdır?