ANS PRESS-in məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Fond sədri Azərbaycanda 1 yanvar 2016-cı il tarixə 1 milyon 296 min pensiyaçının olduğunu bildirib.
Onun sözlərinə görə, bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 73 min nəfərdir. Onların pensiyaları isə "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır.
DSMF sədri bildirib ki, pensiyanın baza hissəsini 100% alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaq. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar ((I qrup gözdən əlillər istisna olmaqla) 17 min nəfər)) üzrə artım 13 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə ((I qrup gözdən əlillər) 8700 nəfər)) isə 21 manat təşkil edəcək.
Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 220 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 203 manat 50 qəpiyə çatacaq.
Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artacaq.
İkinci Dünya Müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 19 manat, I qrup müharibə əlillərinin 25 manat, II qrup əlillərinin 21 manat, III qrupda isə 19 manat artırılacaq.
E.Mehdiyev qeyd etdi ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək.
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" 16 yanvar sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10% artırılaraq 110 manat müəyyən edilib.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Dərini cavanlaşdıran maska
Orucu düzgün tutmağın qaydaları
İŞİD lideri ermənilərlə bağlı açıqlama yaydı
Azərbaycanlı futbolçu dünyanı şoka saldı-video
Oturaq işin bizdən aldıqları...
Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır
Vurulan təyyarə siyasətə düşdü
Azərbaycan İİV daşıyıcılarının son statistikası
Bu ilin trendləri nə oldu?
Son model xalçalar
"Çarpışma" serialının FİNAL AÇIQLAMASI
Moda ikonu Venessa Hudgens
Buğda salatı (foto-resept)
Cəbhədən XƏBƏR VAR
Özcan Deniz yeni serialına start verdi
Yağış, qar, duman, külək
Sabahın HAVAsı
Beren və Kıvanç yenidən bir araya gələcək?
Heyrətamiz təbiət mənzərələri
Qışda edilən pilates immuniteti gücləndirir
İnsanın ən yaxın dostu
Bu canlı hər kəsi təəccübləndirəcək
"Canlı Ken" 62-ci əməliyyatını etdirdi- FOTO
Neft qiymətlərindən son məlumat
Tarixi kitab təqdim olundu
Ramin Bayramlıdan azyaşlıların koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA
Mərkəzi Bankdan kredit açıqlaması
Qoşunların təmas xəttində monitorinq keçiriləcək
Bensu Soralın toyundan FOTOlar
Təkamül nəzəriyyəsi əleyhinə ən axmaq 10 iddia
İranlı ekstrasensdən şok proqnoz
Psixopatlıq irsən keçir?
HAVA necə olacaq?-15 Oktyabr
Quruyan tuşları zibil qutusuna atmayın
Kölgəli dodaq boyası necə çəkilir?
Suqovuşan və Talışa gedən yolların bərpası ilə bağlı AÇIQLAMA
Kompüter siçanının yaradıcısı öldü
Daima cavan görünən çinli qadınların sirləri
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Azərbaycanda daha bir pivə təhlükəsi
"Neftçi" üçün "ölüm-qalım" matçı
Günün ulduz falı - 28.12.2013
Qərb zonasında qasırğa
Əhvalı yüksəldən məşğuliyyət
Rəngli bilərziklər
22 ildir, dəyişməyən aparıcı - FOTO
Bayraq Meydanı Kompleksinə tur
Evdə paltar qurutmayın - XƏBƏRDARLIQ
İran kişiləri arvadlarının müdafiəsinə qalxır
Ermənistan ABŞ və Avropanı Qarabağla təhdid edir














