Sosial həyatı olmayan insanlarda psixopat şəxsiyyət pozuntusu kimi təyin edilir. Psixopatın ən fundamental səbəbi beynin ön hissəsində olan hərəkət azlığı ilə izah edilir. Psixiatr İkram Rüstəmovun sözlərinə görə, serotonin dəyişik ruhi pozuntulara səbəb olmaqla yanaşı, kortikotropin kimi bəzi kimyəvi maddələrin beyində az nisbət istehsal edilməsinə təsir edilir. Psixopat irsi xəstəlikdir. Beyində istehsal edilən maddələrin azlığı nəticəsində yaranan anormallıqlar insan geninə keçir və psixopat irsiləşir: "Psixopat, əsasən, ailə içində zorakılğa məruz qalan, narkotik aludəçiləri, alkoqoliklərdə daha çox özünü büruzə verir. Bu və digər xarici faktorlar psixopat xəstəliyini sürətləndirir və insanlarda psixopat deyilən şəxsiyyət pozuntusunu meydana çıxarır". Bu xəstəlik sağalmadığı üçün psixopatlar çox zaman psixiatrik xəstəxanalara da qəbul edilmirlər. Hətta 1999-cu ildə ABŞ hökuməti cinayət törətməmiş olsalar belə, yüksək psixopat olduğu mütəxəssis rəyi ilə təsdiq edilmiş insanların həbs edilməsi barədə qərar çıxarıb. Psixopatlar bir çox davranışları ilə cəmiyyət arasında seçilirlər. Məsələn, belə adamlarda insani duyğulardan məhrum olmaq, qorxu duyğusunun olmaması, duyğularına hakim ola bilməmək, peşmançılıq hiss etməmək, qayda tanımamaq, ictimai qaydalara riayət etməmək, sevgi və şəfqətdən məhrum olmaq və ictimai əlaqələrdə müvəffəqiyyətsizlik kimi davranışlar müşahidə edilir. "İnsani duyğuların olmaması dedikdə, ağlı idarə etmə, romantiklik, kədər, peşmançılıq, günahkarlıq, sevgi və qorxu kimi davranışlar ağıla gəlir. Bu davranışların hamısı beynin ön hissəsinin vəzifəsini nizamlı edə bilməməsidir. Bir psixopatı normal bir insan ayıran ən böyük fərq budur", - deyən müsahibimiz bildirir ki, qorxusuzluq hissi psixopatları cinayətlərə sürükləyir. Bir insanı öldürməyin, sonra alacağı cəzanın psixopat biri üçün əhəmiyyəti yoxdur: "Psixopatlar duyğularına hakim ola bilmirlər. Elə cinayət törətməyin də əsas səbəbi budur". Normal, sağlam düşüncəli insanlar etdikləri hər bir səhv addımın peşmançılığını çəkirlər. Amma psixopat bir insan üçün bunun heç bir əhəmiyyəti yoxdur. Psixopatlar qayda tanımırlar, hüquqi və ictimai qaydalar psixopat bir insan üçün əhəmiyyətli deyil. Qorxusuzluq olduğu üçün psixopatlar heç bir qaydalara riayət etməz, qaydaları hər zaman tapdarlar. Araşdırmalar zamanı psixopatların sevgidən məhrum olduqları müşahidə edilib. Sevgi və şəfqətdən məhrum olan bu insanların hər hansı bir insana və ya başqa bir şeyə qarşı sevgi duyğusu yoxdur. Anormal davranışlarına görə, bu insanlar çox zaman cəmiyyətdən təcrid olunurlar. Qaydaları qəbul etməmələri onları cəmiyyətdən uzaqlaşdırır: "Psixopatlardakı əlaqələr, normal insanlarda olduğu qədər yaxşı qurulmuş vəziyyətdə deyil. Bəzən onlar normal insanlar kimi ünsiyyət qursalar da, bu münasibətlər axıradək davam etmir". ABŞ universitetlərindən birində birdən çox təcavüz və cinayət əməli ilə günahlandırılmış psixopatlar üzərində aparılan araşdırma zamanı müəyyən edilib ki, bu xəstəlik uşaq yaşlarından və ya irsən yoluxur. Mütəxəssislərə görə, psixopatlar əhalinin 1 faizini təşkil edir. Qismən psixopatlar isə hər addımbaşı qarşımıza çıxa bilər. Onlar da həqiqi psixopatlar kimi cazibəyə, eqoizmə, hiyləgərliyə, təcavüzkarlığa, səhv istiqamətləndirmə bacarığına sahibdirlər. Başqalarını düşünmədən incidə biləcək qədər xəstə və yoxlanılmalarına maneə törədək qədər sağlamdırlar: "Qismən psixopatlar xasiyyətlərinə uyğun ovsunlayıcı, zirvəyə ucaldıb yerə vuracaq qədər qəddardırlar. Onlar iş həyatında öz intizamlı və çox müvəffəqiyyətli ola bilərlər. Evdə hər kəsi çox əyləndirə bilərlər. Amma daxili aləmlərində hər bir psixopat kimi bomboş ola bilərlər". İ.Rüstəmov deyir ki, psixopatların hamısı həbsdə və ya psixi xəstəxanada deyil. Aramızda gəzən psixopatları özümüz də müəyyən edə bilərik. "Anormallıqdan, diqqəti cəlb etməkdən həddindən artıq dərəcədə zövq alan bu insanlar xüsusilə başqalarını dəhşətə salan cisimləri əllərində oynatmağı sevirlər. Bir silah, ölmüş bir heyvan, işgəncə və ya edamda istifadə edilən hər hansı bir vasitəni əllərində oynada bilirlər. Əgər xatirinizdədirsə, bir müddət öncə sosial şəbəkələrdə heyvanları parçalayan, ağacla başından vurub öldürən insanların videoları yayılmışdı", - deyən müsahibimiz hesab edir ki, həmin insanlar psixopatlardır və asanlıqla insan da öldürə bilərlər. Onun sözlərinə görə, ani istək və davranışların idarə edilə bilməmək, cinsi istəklərin yoxlanılması, cəmiyyət tərəfindən qəbul edilməyəcək davranışların çoxalması psixopatların xəstəliyinin artması deməkdir: "Heyvanlara qarşı zorakılıq tətbiq edənlər, yanğın törətmə istəyi olanlar, yatağını isladan uşaqlar gələcəyin psixopatlarıdır". Psixopatlar xəstə olduqlarını qəbul etmədikləri üçün müalicələri çox çətindir. Ailə təzyiqi ilə müalicəyə başlanılsa da, dərmanları qəbul etməkdən imtina edirlər. Bəzi psixopatlar fizioloji olaraq sağlam olmaqla yanaşı spirt və ya narkotikin təsiriylə psixopat davranışları nümayiş etdirə bilirlər. Depressiyyaya qarşı olan dərmanlar bir az xəstəni sakitləşdirsə də, xəstəliyi sağaltmır. Psixopatlar müalicə almadıqları üçün xəstə halda cəmiyyət arasında asanlıqla gəzə bilirlər. Bu səbəbdən ətrafımızdakı insanlara qarşı diqqətli olmalıyıq.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR