Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işləri davam etdirilir.
Ümumi uzunluğu 28.5 km olan avtomobil yolları iki texniki dərəcəyə uyğun olaraq bərpa edilir. İki geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni doqquz metr təşkil edəcək.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı genişləndirilərək profilə salınır və yeni yol əsası inşa edilir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.
Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km hissəsində torpaq yatağının və yol əsasının inşası işləri yekunlaşmaq üzrədir. Yol asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bundan başqa, hazırda Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik yolun da tikintisi işlərinə start verilib.
Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu səkkiz kilometr olan yolun, həmçinin, Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22.5 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır.
Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.
Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.
Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçiriləcək
Türkiyə və Rusiya Müdafiə Nazirliyi nümayəndələri arasında görüş sabah da davam edəcək
Almalı qurabiyələr (foto resept)
Barmaq əmmə vərdişi
Meyvəli və tərəvəzli detoks
Konserv balıq salatı (foto resept)
Bu gün üçün: Sevgiyə aid mahnılar
Qarın bölgəsindəki yağları əridən detoks
Viktoriya Bekhemdən FOTOsessiya
Bəzi ərazilərimiz düşməndən tam azad olunub: 100-dən çox erməni MƏHV EDİLİB
Makiyajı kremlə təmizləmək
Günün ulduz falı
Vilayət Eyvazovdan Polis İdarəsində DƏYİŞİKLİK
Bakı “Qəhrəman şəhər” olacaq?
Quba-Xınalıq yolunda qar uçqunu olub, 6 kəndlə əlaqə kəsilib
"Hər gün Azərbaycandan Ermənistana əsgər tabutları gedəcək"
Ən bahalı maşın-cəmi 1 ədəddir!-Video
Sağlam bir dəri üçün lazım olan 5 üsul
Günün qoroskopu: qarışıq, laübəli gündür
Məşhur cütlük bal ayını burada edəcək-FOTO
Meymunun çəkdiyi şəkillərdən sərgi təşkil olunacaq
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Əkizlər 97 gün fərqlə doğuldular-FOTO
Düyülü və pendirli toyuq şorbası
Təşvişə düşən Ermənistan yeni silah axtarışına çıxıb
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
İsveç yollarında elektriklə işləyən yük maşınları
2019-un ən zərif gəlinlik modelləri
13 günə 13 kq arıqlamaq istəyirsiz?
"Günəbaxan" piroqu (foto resept)
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Müəllimlərin attestasiyası ləğv olunur
Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ
Azərbaycan 10 helikopter aldı
Qırışlar üçün bitki mənşəli təbii maska
Cəbhədə gərgin gecə
Meditasiyanın sübut olunmuş 4 faydası
MTV ən yaxşı filmləri seçdi
2014-cü ilin dəbli çimərlik çantaları
Günün ulduz falı
Türkiyədə zəlzələ
Məşhur nağıllarımız planşet və smartfonlarda
İlk “ağıllı” “Huawei” eynəyi təqdim olundu
Turistlər üçün "Taxi"lər vahid qiymətə işləyəcək
Pəhriz saxlamadan arıqlamanın 15 yolu
Məşhur aktyor ata oldu-FOTO
Tom Hanks və xanımı koronavirusa qalib gəldi
WhatsApp-dan yeni xəbər var
Şokoladlı badam halvası (foto resept)
Mükəmməlliyə gedən asan yol














