Azərbaycan Ordusu tərəfindən ardıcıl zərbələr alan və hərbi texnikası tamamilə məhv olmuş Ermənistan müxtəlif yollarla silah-sursat bazarına çıxmaq və yeni silah almaq üçün yollar axtarır.
Bir müddət əvvəl mediada Ermənistanın sabiq prezidenti R.Koçaryanın Dağlıq Qarabağa səfərdən sonra silah təchizatı ilə bağlı məsələləri həll etməyə çalışdığı barədə məlumatlar getmişdi. Son məlumatlara görə, artıq humanitar yardım adı altında, qaçaqmalçılıq yolu ilə, mülki təyyarələrlə əsasən Rusiyadan Ermənistana silah-sursat daşınmasına başlanıb. Rusiyanın rəsmi orqanlarının bu prosesdə iştirakını təsdiq edən hər hansı məlumat yoxdur.
Silahların daşınması prosesində əsas iştirakçılar Ermənistanın müdafiə naziri David Tonoyan, beynəlxalq silah qaçaqmalçısı kimi tanınan David Qalustyan və iş adamı Samvel Karapetyan çıxış edirlər. Ermənistanda “boz biznesmen” kimi tanınan David Qalustyan baş nazir Nikol Paşinyanın və onun ailə üzvlərinin də iştirak etdiyi böyük silah qaçaqmalçılığı sferasında ad çıxartmışdı. Burada söhbət Ermənistanın KTMT çərçivəsində güzəştli qiymətlərlə əldə etdiyi silahların üçüncü ölkəyə baha qiymətə satışından gedirdi. Məhz bu fırıldağa görə Qalustyan Rusiyadan qovulmuşdu.
Həmçinin, Ermənistana silahların daşınması məsələsində oktyabrın 3-də Rusiyaya səfər edən baş nazirin müavini Mqer Qriqoryanın və oktyabrın 4-də həmin ölkədə olan Ermənistan xarici işlər nazirinin müavini Şavaş Koçayanın da yaxından iştirak etmələrinə dair məlumatlar var.
Hazırda “Atlantic Airways” şirkətinin Ermənistana uçuşlarının bərpa edilməsi, Ermənistandan Rusiyanın Mineralnıye Vodı şəhərinə reyslərin açılması silahların daşınması üçün imkanları daha da genişləndirib. Bütün bunlar Ermənistan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin, həmçinin Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) kobud şəkildə pozulması deməkdir.
Əldə olunan məlumatlara görə, hazırda Ermənistana daşınan silah-sursat “İqla” daşınan zenit-raket kompleksləri, “Kornet” daşınan tank əleyhinə raket kompleksləri, “Smerç” daşınan reaktiv yaylım atəşi sistemləri və s. ibarətdir.
Təbii ki, Rusiyanın rəsmi hakimiyyət orqanlarının bu məsələ ilə maraqlanmasına və müvafiq tədbir görməsinə ehtiyac var. Unudulmamalıdır ki, bu ölkələrdən silah qaçaqmalçılığı hazırda Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini raket atəşinə tutduğu və insan tələfatlarının olduğu bir dövrdə baş verir.
Həmçinin, silah qaçaqmalçılığı üçün ərazisi istifadə oluna biləcək, Azərbaycana siyasi dəstək ifadə edən İranın və öz ərazisindən silah daşınmasına yol verməyəcəyini bəyan etmiş Gürcüstanın da ayıq-sayıq olması lazımdır.
XƏBƏR LENTİ
Siqaret yenə bahalaşdı
Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq
Təyyarədə pilotun əlindən düşən “iPhone” səmada öz “uçuşunu” qeydə aldı - VİDEO
Bakı Ali Neft Məktəbi Qara Dəniz Universitetləri Şəbəkəsinə üzv qəbul olundu
Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil”
Serotonin nədir və təbii yollarla necə artırılır
Hamiləlikdə idman etməyin faydası
İlin ən böyük səma şousu: dilək tutubsunuz?
Prezident İlham Əliyev Nardaranla bağlı sərəncam imzaladı
Qidalanma pozuntusu, əslində, bir xəstəlikdir
Obama müsəlmanları təbrik edib
Gözəgörünməz dərman
Bənövşəyi rəngin kombin edilməsi
Qurban bayramında neçə gün iş olmayacaq?
Gözəl dırnaqlar
Facebook birbaşa xəbər yayacaq
Tez-tez üz yumaq zərərlidir?
Məşhur aktrisanı it dişlədi
Fransız muzdlunun qorxu və etirafı: “Erməni tərəfində minlərlə ölən var” - FOTO
Robot işlədənlər əlavə vergiyə cəlb olunacaq
Neftin bahalaşması davam edir
Övladlarımızı "yeniyetməlik sindromu"ndan necə qorumalı?
Sızanağın şişkinliyi necə keçər?
Uşaqlar hansı hallarda məktəbəhazırlıq qruplarına qəbul olunur? - RƏSMİ AÇIQLAMA
Məşhur "rəqs edən milyonçu" Canluka Vakki Bakıya gəlir
Velosipedlə 40 min kilometr
Ömrə yazılmayan bir saat
Uşaqların sosial-psixoloji inkişafı-16
Qısaboğazlı çəkmələr
Ev şəraitində saç üçün maskalar (2)
Qozlu badımcan salatı (foto resept)
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Cəbhədən YENİ XƏBƏR
Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi
GMO məhsulların Azərbaycana gətirilməsi qadağan edildi
Aynaları parıldatmağın incə məqamları
Hava haqqında - 02.02.2014
Südlü qarğıdalı unu şorbası (video-resept)
Qəlbinizi fəth edək ziyafət donları
Evlilik verilişlərinin tamaşaçılarına şad xəbər
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Kadırov Zabit Səmədova bahalı avtomobil bağışladı
Labirint-5
Dakota Johnsonun gözəl tərzinin sirri
Rayonlara gediş-gəliş bu tarixdən bərpa edilsin - Deputatdan TƏKLİF
Bülent Ersoy 6 saata 500 min xərclədi-FOTO
Çingiz Mustafayevin çin olan arzusu
Yoqurt yeyin, sağlam olun (I hissə)
Ömrümüzün 20 ili: bu kabus da ola bilər, rahatlıq da
Körpələrlə necə vaxt keçirməli?














