İnsanlar həyatlarının təxminən 31-ni yuxuda keçirirlər. Bu da 60 illik bir ömrün 20 ili deməkdir. Yuxu, gündəlik işlərdən yorğun düşən insan bədəni və sinirlərinin istirahət etmə zamanıdır.20 saniyəlik yuxuda 6 aylıq zaman yaşana bilər
Yuxuda yaşananlar inanılmayacaq qədər sürətlə baş verir. Bir neçə dəqiqəlik yuxu əsnasında belə çox uzun davam etdiyini düşündüyümüz qəribə, çaşdırıcı və çox dəyişik hadisələr bir-birini izləyir. Qədim dövrlərdən indiyədək primitiv cəmiyyətlərdə yuxulara çox önəm verilir. Qədim insan yuxuların qorxulu tanrılar tərəfindən verilən ərmağan və cəza olduğunu düşünürdü. Daha sonra kahinlər görülən yuxuları şərh etməyə başladılar. İlk yuxu şərhçilərinin hansı dövrdə meydana çıxdığı bəlli olmasa da, o dövrlərdə Babil kahinləri adıyla məşhur idi. Zamanla müəyyən yuxuların mənaları da konkretləşməyə başladı. Qədim misirlilər, yunanlar və ərəblər yuxuyozmaları haqqında kitablar yazmağa başladılar.
Mütəxəssislərə görə, yuxu bir neçə səbəblə görülür. Psixoloq Aynur Əlibəylibildirir ki, aparılan araşdırmalara görə, yuxular 6 cür olur. Yorğun, hər zaman eyni mövzu haqqında düşünən insan qarmaqarışıq yuxular görür: "Bu cür yuxular yozulmur. Məsələn, televiziyada həyəcanlı bir filmə baxan insan həmin hadisələri yuxusunda görə bilər. Bu, filmin təsirindən görülən yuxudur".
İkinci növ yuxular kabus və qarabasmalardır. Məsələn, yuxuda gözəl bir hadisə qorxunc hal ala bilər, gördüyünüz insanların üzü dəyişə bilər. Kabus yuxuların yozumu olmur. Kabusları, yuxuda bir dəfə görülən qorxuducu səhnələrlə qarışdırmamaq lazımdır.
Psixoloq deyir ki, qarabasma görən insan yuxuda olduğunu hiss edərək oyanmaq istəyir, amma bacarmır. Yuxudan ayıldığını düşünər və kabus davam edər. "Hər bir insan həyatı boyu bir neçə dəfə kabus görür. Tez-tez kabus görən insanların sinirləri zədələnmiş ola bilər. Belə insanlar həkimə müraciət etməlidir".
Üçüncü növ yuxular isə gerçəkləşən yuxulardır. Hansı ki, belə yuxular dəyərli yuxulardır. Ümumiyyətlə, hissiyyatlı insanlar, kahinlər belə yuxular görə bilirlər. Məsələn, insan illərdir rast gəlmədiyi dostunu yuxusunda görə bilər. Bir müddət sonra həyatda dostu ilə qarşılaşar. Belə yuxular gerçək yuxulardır. Bu cür yuxu görənlər diqqətli davranmalıdırlar. Gördükləri şeyləri yaxşıya yozmağa çalışmalıdırlar.
Dördüncü növ yuxuları hər kəs görür. Belə yuxular tez-tez görülən yuxulardır. Məsələn, insan yuxuda uzun-uzadı hadisələr görsə belə, yadında ancaq müəyyən hissələri qalmış olur. Yadda qalan anlar yozula bilir. Yuxuyozmaları belə yuxular üçün önəmli hesab edilir. Belə yuxularla da diqqətli olmaq lazımdır. Çünki yuxu necə yozulursa, elə də həyata keçir.
Beşinci növ yuxular yuxu içində görülən yuxulardır. Belə yuxu zamanı insan yuxusunda gördüyü yuxunu elə yuxusunda da yozar. Və bu da gerçəkləşər.
Altıncı növ yuxular maraqlı yuxulardır. Çünki bu yuxuları insan həyatı boyu dəfələrlə görə bilir. "Məsələn, yuxusunda daim eyni evə girdiyini, eyni küçədə durduğunu və s. görə bilər. Halbuki özü nə o evi, nə də küçəni tanıyır. Və ya insan yuxuda eyni hadisəni dəfələrlə təkrar yaşaya bilər".
Mütəxəssislərin fikrincə, görülən yuxular yatdığımız zamanın 10020-ni təşkil edir. Belə ki, 8 saat yatan bir insanın yuxusunun ilk saatı ağır və yuxusuz keçir. Bundan sonrakı on dəqiqə içində yuxu görülür və sonra yenə bir yarım saat davam edəcək ağır yuxu dövrəsi başlayır. Sonra iyirmi dəqiqəlik bir yuxu və yenə bir yarım saatlıq ağır yuxu. Beləcə yuxu bitir.
Psixoloqlar bildirirlər ki, 20 saniyəlik bir yuxuda 6 aylıq zaman yaşana bilər. Amerikalı doktor Klein bir neçə könüllü üzərində apardığı araşdırmasından sonra bildirib ki, insanlar 3-5 saniyə ərzində gördükləri yuxuları saatlarla danışa bilir. Klein araşdırması zamanı belə qənaətə gəlib ki, ən uzun görülən yuxu 90 saniyəni keçmir.
Parapsixoloq Nailə Sultansoyun dediyinə görə, yuxunu hər adam yozmamalıdır. Yuxu yozan insanın 6 hissi olmalıdır. Yuxu yozan qarşısındakı insanın bütün hallarını nəzərə almalı, əsəbi problemlərə yol aça biləcək şərhlər verməməlidir. "Yuxular mütləq şəkildə yaxşıya yozulmalıdır. Yuxuyozan şəxsin dinlər, ənənələr, mədəniyyətlər və s. haqqında məlumatı olmalıdır".
Parapsixoloq bildirir ki, qəza zamanı görmə qabiliyyətini itirənlər yuxularında vizual obrazlar görə bilərlər. Doğuşdan görmə problemi olan insanlar isə şəkilli, obrazlı yuxu görə bilməzlər. Onların gördükləri yuxular qoxu və mənəviyyatla bağlı ola bilər. "Zehnimiz heç yoxdan simalar yarada bilməz. Yuxuda qarşılaşılan sifətlər həyatımızda üz-üzə gəldiyimiz, lakin kimə aid olduğunu bilmədiyimiz sifətlərdir. Hamımız həyatımız boyunca çox sayda sifət gördüyümüz üçün yuxumuzda da sərhədsiz görmə qabiliyyətinə sahibik. Yuxular simvolik mesajlar verir. Kişilər daha aqressiv yuxular görürlər".
Həmsöhbətimizin sözlərinə görə, səhər saat 4-5 arası görülən yuxular 3 gün ilə 2 ay arasında həyata keçir. Saat 10-11 arası görülən yuxular 15-30 gün, saat 12-də görülən yuxular eyni gündə gerçəkləşir. Günortadan sonra - saat 3-4 arası görülən yuxular 1-2 günə reallaşır. Axşamüstü görülən yuxular yozulmayan yuxulardır və gerçəkləşməz.
N.Sultansoy hesab edir ki, yuxunun gerçəkləşməsi görüldüyü günlə də izah edilə bilər. Məsələn, ayın 6-da görülən yuxu 1-2 günə, ayın 9-da görülən yuxu həmin gün gerçəkləşər. Ayın 10-da görülən yuxu 20 günə, 13-ü görülən yuxu 9 günə, 14-ü görülən yuxu 26 günə, 15-i görülən yuxu 3 günə, 16-sı görülən yuxu 2 günə gerçəkləşər. Ayın 28, 29 və 30-da görülən yuxular eyni gündə çin olur.
Çox xörək yeməkdən və ya spirtli içki qəbulundan sonra görülən yuxular yozulmamalıdır. İnsanlar gördüyü yuxuların 90 faizini unudur. Yuxu görmədiyini deyən insanlar da yuxu görür, ancaq unutduğu üçün görmədiyini düşünür. Hər insan rəngli yuxu görə bilmir. Rəngli yuxuları qadınların 60 faizi görə bilir. Mütəxəssislər bunu düşüncələrin rəngarəngliyi ilə əlaqələndirirlər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Yeni yaşayış binalarının tikintisi zamanı özbaşınalıq olmamalıdır
Darçınlı peçenye (foto resept)
Adamları yoxa çıxaran rəssam
Şridevinin ölüm səbəbi açıqlandı-FOTO
Qələmlə sənət əsəri yaratmaq
Yumurta sevməyən uşaqlar üçün dizaynlar
Ermənistan əsgərləri 15 yaşlı azərbaycanlı qızı yaraladılar
Baxımlı ayaqlara sahib olmaq üçün...
2012-ci ilin bilərzikləri
Əliyev Avropaya dərs keçdi
Yoluxmalar artır, qaydaların sərtləşdirilməsi günün tələbidir - RƏSMİ
Hind toyuğu ətindən kotlet(foto resept)
Prezident: “Daha səkkiz kənd işğaldan azad olundu”
Qat-qat salat (foto resept)
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Minsk qrupunun ABŞ-dan olan həmsədri Azərbaycana gəlir
Xudafərin körpüsünün görüntüləri yayılıb - VİDEO
Xəttə görə xasiyyət necə müəyyən edilir?
2018-ci ilin ən çox qazanan aktyor bəlli oldu-FOTO
Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Prezident İlham Əliyevi təbrik edib
Günün ulduz falı
Anqola milli komandamızı irəli saldı
Sevimli aksessuarımız çantalar
"Azərenerji” işığa görə məlumat yaydı
Xanımların gizli tərəfləri - Kişilər oxusun
Apple gözləri izləyəcək
Leninin mumiyasını rekord məbləğə almaq istəyir
Hazel Zakariyanin dadlı rəsmləri
Berliner ponçik (foto resept)
Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...
Məşhur aktyor rolu üçün kökəlsə də arıqlaya bilmir-FOTO
Danışan idman ayaqqabıları
Bədənini yara basan qadının qeyri-adi arzusu - FOTO
Azərbaycanda yaşayan əcnəbilərin sayı məlum oldu
Qaçışla necə düzgün məşğul olmalı?
Bülent Ərsoy restorana hücum çəkdi-ŞOK İDDİA
44 günlük Vətən müharibəsində yaralanan mayorumuz evinə qayıtdı - VİDEO
Kişilər üçün idman tərzi
Təhsil nazirindən təbrik
"Real"ın baş məşqçisi görün kim olacaq...
Azərbaycan çempionatı: "Simurq" "Qəbələ"yə, AZAL "Rəvan"a qarşı
İranın baş məşqçisi istefa verdi
Günün qoroskopu:Bədxərclik etməyin!
Panteizm
Gənc qız ol artıq!
1 dollara nə almaq olar?
Arılar özlərində qırışlara qarşı universal vasitəni gizlədirlər
Azərbaycanda pasportlarla bağlı vahid qanun formalaşır
Prezident İlham Əliyev: "Müstəqil Azərbaycan öz tarixini yazır"
Sentyabrda ən çox satılan kitablar
- ŞƏRHLƏR