Ailədaxili davranışlar
İfrat dərəcədə qoruyucu və müdaxilə edən ata-ana davranışları
Belə bir davranışı mənimsəyən ana-atalar, adətən, uşaqları üçün xəyali bir dünya quraraq onu dünyadakı bütün zərər və pisliklərdən qorumağa çalışırlar. Demokratik davranışın əksinə olaraq, onlar uşaqlarına hər zaman səlahiyyət vermirlər, çünki uşaqları bacarmaz, səhv edər, bilavasitə zərər görər deyə fikirləşirlər. Uşağın edə biləcəyi bir çox şey böyüklər tərəfindən edilir. Uşaqlarının yaxşı qidalanması üçün əl ilə bəsləməkdən başlayaraq (özbaşına qidalana biləcək yaşda olmalarına baxmayaraq) çatdıra bilmir ya da yorulmasın deyə ev tapşırığını etməyə, hətta ailə qurmuş övladının ailə həyatını idarə etməyə qədər münasib olmayan müdaxilələr belə edirlər və çox zaman bu uşaqlar valideyn tərəfindən dəstək olmazsa, bir çox işləri edə bilmirlər.
Əksər hallarda bu cür ana‐ataların uşaqları qorxaq, utanan, özlərinə güvənməyən, daim bir başqasının dəstəyini axtaran və müəyyən bacarıqlar baxımından həmyaşıdlarından daha az inkişaf etmiş uşaqlardır. Bu da uşağın, xüsusilə sosial münasibətlərdə passiv olmasına səbəb olur. Ev xaricindəki dünya onların adaptasiyası üçün çətin və hətta təhlükələrlə doludur. Xüsusilə də özlərini müdafiə edəcək yetkinlərin olmadığı həmyaşıd qrupları içində, oyun mühitində belə özlərini hiss etdirə bilməz, digər uşaqlar tərəfindən təcrid olunar və ələ salınar, hətta müqavimətə belə məruz qala bilərlər.
Həddindən çox mühafizəçi ana‐atalar uşaqlarını, adətən, özlərinin bir davamı kimi görürlər və çox zaman da onlarla hissi çatışmazlıqlarını təmin etmək istəyirlər; uşağın ana‐ataya olan asılılığını bir vəzifə olaraq mənimsəmiş olurlar. Cinslər arasında fərq göstərirlər, xüsusən qız uşaqlarının müstəqil bir fərd olması təhlükəli olduğu üçün qız üzərində daha çox nəzarət etmək istəyirlər.
Bu cür tərbiyə üsullarının əsasında yatan səbəblər uşağın ölən bir körpənin ardından doğulması, təhlükəli bir xəstəliyə tutulması, ər‐arvad arasındakı konfliktlər, ana‐atanın öz uşaqlıq çağlarında kifayət qədər sevgi mühitində böyüməmiş olması ola bilər.
İfrat dərəcədə avtoritet və müdaxiləçi ana-ata davranışları
Bu davranışı mənimsəyən ana‐atalar demokratik davranışın tam əksinə olaraq övladlarının özlərindən fərqli bir fərd olduğu düşüncəsinə sahib deyillər. Bu davranışın əsas xüsusiyyəti uşağa qarşı edilən təsirdir. Ana‐ata uşaqlarına qəti olaraq hakim olduqlarına inanırlar. Heç bir aydınlıq gətirmədən qoyulan qayda və qanunlar vardır. Uşaqlar ana‐atanın qoyduğu bu qayda‐qanunlara qeyd‐şərtsiz əməl və itaət etməlidir. Burada davamlı qiymətləndirmə, nəzarət etmə və istiqamət verməyə cəhd vardır. Elə edilməz... belə edirlər... necə oturursan... kimi. İstənilməyən davranışlar cəzalandırılır. Bu cəza çox zaman sözlə tənqiddən, təhqirdən alçaldılmağa, hətta döyülməyə qədər gedib çıxa bilər. Münasibətin birtərəfli olması və müdaxiləçi davranış ana‐ata‐uşaq əlaqəsində sevgi və nəvazişə bağlı olan əlaqəni əngəlləyə bilir. Münasibətlərdə daha çox qorxu və hirs duyğuları hakimdir.
Bu formada tərbiyə edilən, böyüdülən uşaqlar duyğu (xüsusilə də hirs və əsəbilik duyğularını) və düşüncələrini asan ifadə edə bilməyən, avtoritet mühitə boyun əyən, amma olmadığı zaman da qayda‐qanunlara qarşı çıxan insanlardır. Özlərindən güclü insanlara qarşı itaətkar hərəkət göstərən, özlərindən gücsüzlərə qarşı isə amansız olurlar.
İcazə verən davranış
Bu davranış tərzini mənimsəmiş ana‐atalar, əsasən, uşaqlarının hər etdiklərini xoş qarşılayır, bəzən uşaqları ilə bağlı hissləri zəif, bəzən isə onlara qarşı isti və sevimli – olurlar. Davranışlarındakı ən əsas xüsusiyyət uşaqlarını heç bir tərzdə idarə etməmələri və uşaqlarının istədiyi hər şeyi etmələrinə icazə vermələridir. Bu uşaqların yemək, yuxu və televizora baxma kimi istəkləri tamamilə onların özünə aiddir. Ailə daxilində problem olmayan bu davranışlar ictimai qaydaların başladığı məktəb, iş və dostluq çevrəsi kimi sosial mühitlərdə problem olmağa başlayır. Arzu və istəklərinə nəzarət edilməsini, idarə edilməsini öyrənməmiş olan uşaq xarici aləmdə üzləşdiyi çətinliklər qarşısında nə edəcəyini bilmir. Belə bir vəziyyətdə uşaq aqressiv hərəkətlər nümayiş etdirə bilər, ya da çox vaxt adaptasiya ola bilmədiyi üçün digərləri tərəfindən təcrid edilə bilər. Öz ana‐atalarından görmüş olduqları icazəverici davranışları digər insanlardan görməmək onlarda bədbinlik yarada bilər. Qarşı çıxılmağa, eləcə də arzu və istəklərinə nəzarət etməyə öyrənməmiş olmaları konsentrasiya və bir sıra bu kimi xüsusiyyətləri inkişaf etdirmələrinə maneələr törədir. Bu cür ana‐atalar uşaqlarının hər istədiklərini etdikləri halda məmnun olmadıqlarını, ya da dərslərinə maraq göstərmədiklərini anlaya bilməzlər. Halbuki, uşaq istək və arzularını nəzarətdə saxlamağı öyrənmədiyinə görə, diqqət və cəhd göstərməyi tələb edən işlərdən tez bezir.
3 yaşında dəcəl bir oğlu olan ananın ən böyük dərdi uşağının başını heç bir şeylə qata bilməməsidir. Əlinə verilən bir oyuncaqla ən çoxu bir neçə dəqiqə maraqlanır və həmin an da bezirdi, heç bir şeylə məmnun olmurdu. Söhbətin sonunda məlum oldu ki, hələ 3 yaşında ikən bu uşaq uzaqdan idarə edilən maşınlardan robotlara qədər hər növ qarışıq oyuncağa sahib idi. Üstəlik də bu oyuncaqlar uşaq hər istədiyi zaman alınırdı. Yenə ana‐ata uşağı ilə oynadığı bütün oyunlarda uşağının qalib gələ biləcəyi tərzdə davranırdılar. Uşaq nə vaxt istəsə, o vaxt da yatırılırdı. Hətta bəzi gecələr yuxusu gəlmədiyi vaxtlarda atanı yatağına çağırır və gecənin bir yarısında yataqda onunla oyun oynamasını istəyirdi. Təbii ki, bu istək də yerinə yetirilirdi. Ata bu vəziyyəti, necə olsa, uşaq böyüdüyü zaman bunları başa düşəcək və əl çəkəcək şəklində dəyərləndirirdi. Oxşar vəziyyətdə olan başqa bir ata da özünün uşaq olduğu vaxtlar heç oyuncağı olmadığı və ana‐atasının özünə lazımi qədər sevgi göstərmədiyini əsas sayaraq öz övladına bunları yaşatmaq istəmədiyini irəli sürürdü. Halbuki, istəklərinin gecikməsini, bəzən də reallaşmayacağını öyrənmək səbir etməyi və çətinliklər qarşısında dözümlü olmağı öyrənmənin əsaslarıdır.
Ana‐ataların təsəvvür etdiyi kimi utopik bir dünyada deyil, daha realist bir dünyada yaşayacaq uşaqlar öz evlərinin xaricində hər zaman bu cür çətinliklərlə qarşılaşacaqdır. Dostları ilə oyun oynayarkən növbəsini gözləmək, qalib gəldiyi kimi məğlub olmağı da qəbul etmək, dərs zamanında müəllimlərinə səbirlə qulaq asmaq, hətta dərs müddətində acdığı təqdirdə də dərsin bitməsini gözləmək kimi bir çox mövzularda mübarizəyə hazır olmaq məcburiyyətindədir.
Çox zaman bu davranış tərzinə sahib olan ana‐atalar övladları ilə münasibətlərini məktəb illərinə qədər problemsiz davam etdirdikləri halda, məktəblə birlikdə problemlər yaşamağa başlayırlar. Artıq daha əvvəllər kiçik olan istəklər (istədiyi oyuncağı almaq, televizorun pultunu uşağa təslim etmək və ya velosiped almaq kimi) böyüməyə və təmin edilməsi çətin olmağa başlayır. Artıq uşaq istədiyi yerə getmək, istədiyi saatda evə gəlmək kimi ana‐atanı narahat edəcək, ya da mobil telefon, motosiklet, hətta 14‐15 yaşlarında maşın istəmək kimi maddi ağırlığı çox olan tələblər edir və ana‐ata üçün bunların təmin edilməsi hər zaman asan olmur. Müəyyən bir mövzuya maraq göstərib onunla məşğul olmanın çətin olduğu, qeyri-məmnunluğun olduğu vəziyyətlərdə insanlar özlərinə daima dəyişən maraqlı yollar axtararlar ki, bu cür bir axtarış yolu da çox zaman münasib olmayan üsullara, vərdişlərə səbəb olar. Bu kimi hərəkətlər, xüsusilə də yetkinlik dövrünün başlanğıcında siqaret, içki, narkotik maddələrdən istifadə və sürətli maşınsürmə kimi maraqlara səbəb ola bilər.
Yenə bu ana‐ataların ən böyük kədəri uşaqlarının məktəbdə uğursuz olmalarıdır. Daha kiçik yaşlarda hər istəyi mütləq yerinə yetirilən və idarə edilməyən, istiqamətləndirilməyən uşaq artıq ana‐atanın nailiyyət istəkləri ilə qarşı‐qarşıyadır və ondan istəməsədə, bəzi vəzifələrə əməl etməsi istənilməkdədir. Ana‐ata uşağın bu istəklərə əməl etmədiyi hallarda çox zaman onu “biz sənin üçün hər mövzuda fədakarlıq etdik, səndən sadəcə məktəbdə nailiyyət əldə etməni istəyirik” şəklində günahlandırır. Amma bu vəziyyət uşağa köməkçi olmaqdan çox, ona maneçilik edir. Çünki uşaq nailiyyət əldə etməsi üçün lazımi səbrə, daxili istiqamətlənməyə və intizama sahib deyildir. Elə bu nöqtədə də ana‐ata‐uşaq münasibətlərində qarşıdurmalar artmağa başlayır.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
Ən çox bal toplayanlar bəlli oldu
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün YENİ QAYDALAR
Hamiləlikdə əsəb və stress
Mayın 13-ü PARK BULVAR-da “MÖCÜZƏ” yaşanacaq!
Köhnə köynəyinizi pul xərcləmədən yeniləyin
Prezident mahnı oxudu
Məşhurların makiyajsız şəkilləri
Ərimiş dondurmanı yenidən dondurmaq olmaz-SƏBƏB
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma
Barış Arduç avtomobilini satdı-SƏBƏB
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Dünyanın silah nəhəngləri (SİYAHI)
Düşmən PUA-sı məhv edilib
13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək
Ali məktəblərə ərizə qəbulu uzadıldı
Dəridəki yağı təmizləyən 4 üsul
Bu ilin trend yeni il ağacları hansılardır?
Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)
Hülya Avşar ada aldı
"Brilyant oğlan" evlənir
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Əllə yemək yeməyin faydaları
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
Rezin uzunboğaz çəkmələr
Milli Televiziya və Radio Şurası təəssüf edir
Rus ordusu Ukraynaya girdi
Gizli insan üzlərini tapın
Əlvan qızılgül
“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA
Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
İnsanlar sizi necə tanıyır?
Hamiləlik haqqında alimlərin tədqiqatları (1)
Kürd dili rəsmi dil oldu
Tatlısəs vəfat etdi - FOTO
Sadə saç yığımları(2)
"One Direction"
Evinə çıxarış almaq istəyənlər üçün mühüm xəbər
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Çörək(foto resept)
Hamamdakı böyük təhlükə
Rusiyada dəvəquşular zibil qabında yaşayır?
Bu yeməklər narkotikdən betərdir
Dəbli saç çubuqları
Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı
Dəyərli xanımlar üçün möhtəşəm ayaqqabılar
Baş infeksionist əhaliyə müraciət etdi
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib
Mobil operatorlar müştəriləri aldada bilməyəcək
Qan içmək istəyi oyadan xəstəlik
- ŞƏRHLƏR