Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib.
Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Instagram"da 3 yeni funksiya
Sumqayıt bulvarı yenidən qurulur
Və qəflətən Azərbaycana qış gəldi...
Uşaqların mənəvi-hüquqi tərbiyəsi
Orta məktəblərdə dərslər saat 9-da başlayacaq? - VİDEO - FOTO
Çarpaz çörək (foto resept)
Kimlər koronavirusa yoluxmayacaq?- Məşhur alimdən açıqlama
Uşaq şeirləri
Uşaqları döymək və alçatmaq qadağan edildi
"Torpaqlarını azad etmək Azərbaycanın haqqıdır"
Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
Qadin.Netlə birlikdə hamiləlik (XX həftə)
Diqqət testi (2)
Beş ayda 11 mindən çox insan iş tapıb
Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsi qaydaları dəyişdi
23 il davam edən piyada səyahət
Yüksək bel çimərlik geyimi dəbi
Prezident İlham Əliyev dövlət qulluqçuları ilə bağlı fərman verdi
Havaların kəskin soyuması nələrə səbəb ola bilər?
Ştefan Füle: "Ermənistanla assosiasiya haqqında saziş təsdiq edilməyəcək"
Moskvada Qarabağ problemi müzakirə edildi
"Neftçi" loqosunu dəyişir
Misirdə Roma dövrünə aid qiymətli əşyalar tapıldı
Əsirlikdə olan Amin ailəsinə məktub göndərdi - FOTO
Cərimənizi ödəyin, yoxsa... - REYDLƏR BAŞLADI
Bakı metrosu iki gün BAĞLI QALACAQ
Qurban bayramı 3 fərqli vaxtda keçiriləcək
Bu kafedə qız ofisiantlar müştəriləri öz əlləri ilə yedirirlər
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
ÜST rəsmisi: “Vəziyyət son dərəcə kritikdir”
Samsung iPad üçün...
Günün ulduz falı
Südlü jelatin (foto resept)
Bitkilər və təbabət (10)
Azərbaycan ulduzu: bax, aktrisa budur
Balığın qarnından qədim medalyon çıxdı
Ədat
30 kq arıqlayan qadın bədəni ilə təəccübləndirdi-FOTO
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 84 yeni yoluxma - FOTO
Telegram-da yazışmaları gizlicə oxumaq olurmuş
Sosial evlər layihəsi gündəmdədir
Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında
Bakıya yağış yağacaq
BÜRCLƏR bizə nə vəd edir? - 19 APREL
Ulduzlar Şahmarın gözüylə....
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlərin siyahısı - RƏSMİ
Bakı parkları yenidən açılışa hazırlaşır - FOTO
Evdə idman etməyin faydaları
Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi - SİYAHI
Qadın.Netlilərin son zəng xatirələri (1)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]