ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan mətbuatı və bloqqerlər bildirib. Məlumatlarda qeyd olunur ki, Əsgəran rayonunu tərk etmək istəyən əhalinin qarşısını almaq üçün erməni hərbi qüvvələri rayonun çıxışında postlar qurub.Şəhəri tərk etmək istəyən əhali geri qaytarılır. Tabe olmayan mülki şəxlərə qarşı hətta zor tətbiq edildiyi də bildirilir.Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
“İlk əvvəl içinizdəki uşağı öyrədin”
Evli kişi olmağın əlamətləri
Yarımçıq işlərlə necə başa çıxmalı? (2-ci hissə)
Məşhur aktyor ata oldu-FOTO
Müəllimdən narazı olan valideynlər nə etməlidir?
Dərketmə gücünü inkişaf etdirmək üçün bunları edin
Ramazan ayının 24-cü gününün imsak və iftar vaxtları
Küçəyə çıxmaq qadağasını heçə sayan vətəndaşların polis görərkən etdikləri - VİDEO
3 addımda Elsa Hoskun gündəlik makiyajı
DÇ-2014-ün simvolik yığması seçildi
Oturaq həyat tərzi xərçəngin yaranmasının başlıca səbəbidir
Pozitiv düşünmək idmandan da faydalıdır
Bakıda daha belə ət ala bilməyəcəksiniz
Bu şagirdlər universitetlərə imtahansız qəbul ediləcək
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Şumaxer ailəsinin səsini eşidəndə ağlayır
Qış xəstəliklərindən necə qorunmalı?
Bütün binanın sakinləri koronavirusa yoluxdu
Qapanma günlərində itləri harada gəzdirmək olar? - RƏSMİ AÇIQLAMA
Fincanda kek (foto resept)
Gənc qadının internetdən verdiyi sifariş hamını təəccübləndirdi - FOTO
Azərbaycanda təhsildə yeniliklə bağlı qanunda dəyişiklik olacaq
Bu domen 3,6 milyon dollara satıldı
Qənaətcil olmaq üçün 5 təklif
Uşaqların sosial-psixoloji inkişafı-22
Sucuq (foto resept)
Romantik gəlinlər üçün çəhrayı gəlinliklər
Gündəlik geyim kombinasiyaları (1)
Qeyri-adi aksesuarlar
Məşhur aktyor öldü
Hadisə 3 aydan sonra bacısı ilə barışdı
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Azərbaycan böhranla üz-üzə
ATƏT-in Minsk Qrupunun bundan sonrakı taleyi - VİDEO
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Azərbaycanda real bilik defisiti: nə qədər ki, diplom önəmli olacaq...
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Millət vəkilləri süni mayalanmanı müzakirə etdilər
Erməni atalar övladlarının Qarabağa göndərilməsinə etiraz edirlər
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Ronaldo sevgilisinə 615 minlik üzük aldı
Bürcünün həyat fəlsəfəsindən xəbərdar ol
Əkiz hamiləliyin yaranma səbəbi və riskləri
Dünyada bankomat fırıldaqçılığı artıb
Baş infeksionist: “Rayonlarda vəziyyət gərgindir..." - Müsahibə
Günün qoroskopu: Səhhətinizə diqqət edin!
Günün qoroskopu: romantik hisslər istisna deyil
Daha bir şəhidmizin adı bilindi














