Əkiz hamiləlik hər zaman diqqətimi çəkib. Harda əkiz görsəm maraqla baxmışam. Elə arzulamışam da. Bəlkə elə buna görə də Allah mənə əkiz körpə verdi. Allahıma min şükür!
Mən ilk hamiləliyimi əkiz yaşadığım üçün çox təcrübəsiz idim. Normal hamiləlik necə olur, bilmirdim. Şiddətli ürəkbulanması azad olduğum günə kimi məndən əl çəkmədi. Doğrudan da çox əziyyət çəkirdim və hətta ətrafdan qınaq da görürdüm. Özümü çox pis hiss edirdim. Düşünürdüm ki, mənim dözümüm yoxdur. Kənddə doğulub böyüsəm də çox gücsüz və zəifəm. Analığı belə bacarmıram. O vaxt nə kompüterim var idi, nə də internetim. Bu haqda heç nə araşdırıb öyrənə də bilmədim. Bəlkə də o vaxtı bu məlumatları oxusaydım, bilsəydim deyərdim ki, məndən dözümlüsü yoxdur. İndi isə o günlərdə yaşadıqlarımda özümə haqq vermək və psixoloji olaraq sakitləşmək üçün araşdırmalar aparıram. Təəssüf ki, öz milli saytlarımızda ətraflı məlumatlara rast gəlmədim. Məlumatlar var, amma çox az və şablon sözlərlə ifadə olunmuş bildiyimiz sadə şeylərdir. Mən də üz tutdum xarici saytlara. Elə oradan öyrəndiklərimi burada paylaşmağa qərar verdim. Gəlin birlikdə əkiz hamiləliyin necə yarandığını və ana və əkizlər üçün nə qədər riskli olub olmadığını öyrənək.
Son günlərdə əkiz hamiləlik tez-tez müşahidə olunur. Əkiz hamiləliklər təbii yolla hər 85 hamiləliyin 1-ində reallaşır. Hər vaxt hər birinizin qarşısına çıxa biləcək bir vəziyyətdir. Buna görə də bilgili və hazırlıqlı olun ki, fəsadlara məğlub olmayasınız.
Əkizlər tək yumurta əkizləri (monozigotik) və cüt yumurta əkizləri (dizigotik) olaraq ikiyə ayrılır. Bütün əkizlərin 1/3-i monozitotik -yəni tək yumurta, 2/3-i dizigotik- yəni cüt yumurta əkizləridir.
Cüt yumurta əkizləri anadan gələn iki yumurtanın atadan gələn iki sperma ilə döllənməsi nəticəsində meydana gəlir. Buna görə də dizigotik (freternal, biovular, non-identical) əkiz deyilir. De: iki , Zigot: döllənmiş yumurta mənasını verir. İki dənə zigot iki ayrı körpəni meydana gətirəcək şəkildə ayrı-ayrı inkişaf edir. Genetik strukturları fərqlidir, eyni anda eyni rəhmdə olsalar da fərqli illərdə doğulan iki qardaş kimi olurlar.
Cüt yumurta əkizlərinin cinsiyyətləri necə olar?
Cüt yumurta əkizləri fərqli illərdə doğulan qardaşlar kimi iki ayrı yumurta və spermadan meydana gəldikləri üçün cinsiyyətləri eyni və ya fərqli ola bilər. İkisi də qız və ya ikisi də oğlan ola bilər. Amma statistikalara əsasən daha çox biri qız, digəri oğlan olur. Cüt yumurta əkizlərinin 5-%-i bu şəkildə- yəni cinsiyyətləri fərqli olaraq doğulurlar.
Cüt yumurta əkizləri bir-birinə bənzəyə bilərmi?
Cüt yumurta əkizləri eyni fərqli illərdə doğulan iki qardaş kimi həm bir-birinə çox bənzəyə bilər və yaxud heç bənzəməz.
Cüt yumurta əkizi şansını artıran amillər:
Cüt yumurta əkizi meydana gəlməsini bəzi amillərdən təsirlənər və buna görə digərlərindən fərqli ola bilər. Tək yumurta əkizləri isə heç bir faktordan təsirlənməz. Cüt (ayrı) yumurta əkizinin meydana gəlməsi ana ilə əlaqədardır, ata ilə əlaqədar faktorlar cüt yumurta əkizinin yaranmasına təsir etmir. Cüt yumurta əkizi meydana gəlməsini artıran faktorlar bunlardır:
- Qara irqdə cüt yumurta əkizi daha çoxdur.
- 5-6 və daha çox hamiləliyi başa vuran qadınlarda daha çox rast gəlinir.
- Ananın yaşı çoxdursa cüt yumurta əkizi olması şansı artır.
- Daha əvvəl cüt yumurta əkizinə hamilə qalmaq yenidən bu şansı artırır.
- Ananın ailəsində cüt yumurta əkizləri dünyaya gətirənlərin olması qadına cüt yumurta əkiz hamiləliyi yaşama şansı verir.
- Sonsuzluq müalicəsi üçün verilən bəzi dərmanlar və süni mayalanma müalicəsi.
Cüt yumurta və ya tək yumurta əkizlərinin barmaq izləri eyni olmaz.
Ultrasəs müayinədə görünüşləri:
Cüt yumurta əkizləri hər vaxt iki ayrı su kisəsində inkişaf edirlər. Hər şeyləri fərqli olduğu kimi su kisələri və divar qalınlığı fərqlidir. Buna görə də uşaqlıq içərisində bir-birlərinə birbaşa təmas edə bilməzlər, göbək bağları bir-birinə dolana bilməz. Körpənin bəslənməsi üçün lazım olan uşaqyoldaşı (buna cift də deyirlər) həmişə iki körpə üçün ayrıdır, iki dənədir.
Xüsusilə 11-14 həftə arasında edilən ultrasəs müayinədə pərdələrin şəklinə və qalınlığına baxılaraq cüt yumurta əkizi olduğu təxmin edilə bilər. Daha sonrakı hamiləlik həftələrində cinsiyyətlərin fərqli olduğu aşkarlanarsa qəti olaraq cüt yumurta əkizi diaqnozu qoyulur.
Monozigotik əkizlər (Tək yumurta əkizləri):
Burada tək hamiləliklər kimi 1 yumurta 1 sperma tərəfindən döllənmişdir, lakin daha sonra ikiyə bölünərək əkizlik meydana gətirmişdir. Bu bölünmə döllənmədən sonra aşağıdakı kimi olur:
İlk 3 gündə -diamniyotik dikoryonik (iki su kisəsi, iki uşaqyoldaşı)
4-8- ci günlərdə -diamniyonik monokoryotik (iki su kisəsi, tək uşaqyoldaşı)
8-12-ci günlərdə -monoamniyotik monokoryonik (tək su kisəsi, tək uşaqyoldaşı)
12-ci gündən sonra olan bölünmələrin nəticəsində isə siyam əkizləri (yapışıq əkizlər) meydana gələr.
Ən sıx görülən tək yumurta əkiz hamiləliyi diamniyotik monokoriyoniktir.
Tək yumurta əkizləri tək bir yumurtanın ikiyə bölünməsi səbəbiylə meydana gəldiyi üçün bütün genetik strukturları daxil hər şeyi eynidir. Buna görə də görünüşləri tamamilə eyni olur. Cinsiyyətləri də həmişə eyni olur. Ancaq ekoloji faktorlara görə fərqli bölgələrdə yaşayan tək yumurta əkizlərinin bəzi xüsusiyyətlərinin fərqli inkişaf etdiyi müşahidə edilmişdir. Fərqli ekoloji xüsusiyyətlər və fərqli bəslənmə vərdişləri fərqli genlərin inkişafına səbəb olur.
Tək yumurta əkizi nisbəti irqlər və cəmiyyətlər arasında fərq vermir. Cüt yumurta əkizlərinin əksinə olaraq tək yumurta əkizləri ailədə əkiz hamiləliklərin olub olmamasından asılı deyil.
Ultrasəs müayinədə görünüşləri:
Tək yumurta əkizlərində plasenta (uşaqyoldaşı və ya cift) ortaq bir dənə və ya ayrı-ayrı iki dənə ola bilər. Amnion kisəsi- yəni körpələrin içərisində olduğu su kisəsi ortaq və ya ayrı-ayrı ola bilər. Bunu təyin edən döllənmiş yumurtanın nə vaxt bölünməsidir.
Döllənmiş yumurta 13 gündən sonra bölünsə yapışıq əkiz deyilən vəziyyət meydana gəlir. Allah heç kimə belə hamiləlik yaşatmasın! Amin!
Əkiz hamiləliyin təqibində plesentanın (ciftin) tək ya da iki dənə (monokoryonik-dikoryonik) olması çox əhəmiyyətlidir. Bunun ayrı-seçkiliyi üçün 11-15 həftə ətrafında edilən ultrasəs müayinə çox faydalı ola bilər.
Çoxluq hamiləliklərdə risklər və təhlükələr:
- Erkən doğum riski daha çoxdur.
- Hamiləlikdə yüksək təzyiq daha çoxdur.
- Ürəkbulanması və qusma daha çoxdur.
- Qan azlığı daha çoxdur.
- Doğuşda zədə riski daha yüksəkdir.
- Qüsurlu körpə daha çox olur.
- Əkizdən əkizə qan nəqli sindromu görülə bilər.(tək yumurta əkizlərində)
- İtən əkiz sindromu (vanishing twin syndrome) görülə bilər.Yəni əkizlərdən biri sadəcə artıq su kisəsi ola bilər və canlı olmaz.
Əkiz hamiləlikdə normal doğum, yoxsa qeysəriyyə olmalıdır?
Son illərdə ümumiyyətlə istər əkiz, istərsə də tək hamiləliklərdə qeysəriyyə üsulu ilə doğum çoxalıb. Lakin, heç bir problem olmadıqda bu üsula əl atmaq yanlış addımdır. Əkiz hamiləlikdə hər iki körpənin başla gəldiyi vəziyyətlərdə isə normal ya da qeysəriyyə üsulu doğum qərarı müayinə nəticələrinə görə dəyişə bilər.
İkidən çox körpənin olduğu hamiləliklərdə isə adətən qeysəriyyə üsulu üstün tutulur.
Dölün azaldılması
Dölün azaldılması ümumiyyətlə uşaqlıq içərisində 3 ya da daha çox dölün olduğu hamiləliklərdə erkən doğum və digər fəsadları aradan qaldırmaq üçün döl sayını azaltmaq cəhdidir. Bunun üçün ultrasəs müayinənin köməyilə döllərdən bir ya da daha çoxunun ürəyinə kalium xlor (KCl) deyilən maddə ananın qarnından incə bir iynə vasitəsilə vurulur. Ürəyi dayanan döl vaxt keçdikcə (4-5 həftə ola bilər) kiçilir və itir. Əməliyyatın digər körpələrə zərəri yoxdur. Əməliyyat edilən hamiləliyin 4-5%-ində hamiləliyin bütün döllərlə birlikdə tamamilə dayanması riski vardır.
Bu əməliyyat üçün ən uyğun zaman hamiləliyin 10-12 həftələri arası dövrdür. Daha erkən həftələrdə edilə bilməz. Daha sonrakı həftələrdə də əgər körpələrdən bir, ya da ikisində xüsusi bir problem görülsə və qüsurlu doğulacağı düşünülərsə bu əməliyyat yenidən tətbiq oluna bilər.
Əkizlərdən birinin ölü digərinin canlı olması əkizlərdən birinin rəhm içərisində ölməsi deməkdir. Əkiz hamiləliklərin 3-5%-ində rast gəlinir. Körpələrdən birinin ölü olması digər körpə üçün də bəzi risklər meydana gətirə bilər.
Bu vəziyyətdə xüsusilə əkizlər monokoryonikdirsə (iki körpənin tək ortaq cifti varsa) canlı körpə üçün risk daha çoxdur və canlı olan körpədə ciddi nevroloji zədə riski, dizigotik (cüt yumurta əkizi) əkizlərə nisbətən 3-4 qat daha çox meydana gəlir. Doğumun nə vaxt olacağına qərar vermək bu vəziyyətdə çətindir. Sağ qalan körpənin neçə həftəlik olduğu və inkişafını tamamlamış olub olmaması kimi vəziyyətlər bu qərara təsir edir. Əkizlərin monokoryonik (iki körpənin tək bir ciftinin olması) və ya dikoryonik olması da (iki körpənin ayrı ciftinin olması olması) doğum qərarına təsir edəcək bir meyardır. Əkizlərdən birinin ölü olması hər vaxt canlı körpənin dərhal doğuzdurulmasının lazım olduğuna əsas verməz, qərar o xəstədəki vəziyyətə görə dəyişə bilər. Ancaq ümumiyyətlə monokoryonik əkizlərdə sağ qalan körpə daha yüksək risk altında olduğu üçün daha çox gözlədilmədən doğuzdurulmalıdır. Dikoryonik əkizlərdə isə yaşayan körpənin zərər görmə riski az olduğu üçün lazım gəldikdə isə doğum daha uzun təxirə salına bilər.
Bundan əlavə, nadir hallarda əkiz hamiləlik yaşamış qadın təkrarən əkiz hamiləlik yaşayır. Bu hal qadın üçün risklidir. Bunun səbəbini araşdırsam da hələ ki, tapmamışam.
Allah hər bir qadına sağlam hamiləlik, sağlam övlad nəsib etsin! Amin!
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi
- ŞƏRHLƏR