Əbu Nəsr Əl-Farabinin Şərq fəlsəfəsi kitabından seçilmiş 2 mövzu
İlk fəlsəfə
İnsanın sənətlərindən dərəcə ən alisi, mərtəbəcə ən şərəflisi fəlsəfə sənətidir. Onun tərifi: İnsanın qabiliyyəti daxilində şeylərin həqiqətləri haqqında elm. Belə ki, öz elmində filosofun məqsədi həqiqətə nail olmaqdır, öz işində həqiqətə əməl etməkdir. Zira biz həqiqətə gəlib çatanda dayanırıq, fəaliyyət kəsilir. Biz həqiqət sahəsində axtardıqlarımızı yalnız səbəblə tapırıq. Hər bir şeyin varlığının və sabitliyinin səbəbi isə həqiqətdir. Çünki gerçəkliyi olanın həqiqəti də vardır. Həqiqət zəruri sürətdə mövcuddur. Deməli, gerçəkliklər mövcuddur.
Fəlsəfənin mərtəbəcə ən şərəflisi və ən alisi ilk fəlsəfədir, yəni hər bir həqiqətin səbəbi olan birinci həqiqət haqqında elmdir. Bunun üçün ən şərəfli, ən kamil filosof bu ən şərəfli elmi bilən adam olmalıdır. Çünki səbəb haqqında elm nəticə haqqında elmdən daha şərəflidir. Belə ki, bilinəsi şeylərdən hər birinin səbəbi bizə məlum olduqda onun haqqında tam bilik əldə edirik. Çünki hər bir səbəb ya ünsür, ya forma, ya fəaliyyət (yəni o şey ki, hərəkətin başlanğıcı ondandır), ya da tamamlanmadır (yəni o şey ki, bu iş ondan ötrüdür).
Fəlsəfi söhbətlərimizdən digər bir yerdə müəyyənləşdirdiyimiz kimi, elmi axtarış sualları dörddür: ya "varmı?", ya "nədir?", ya "hansıdır?", ya da "nə üçündür?". "Varmı?" sualına gəldikdə, o, yalnız gerçəkliyi arayır. Hər bir gerçəklik cinsə malikdir. "Nədir?" onun cinsini, "hansıdır?" onun fərqləndirici əlamətini bildirir. "Nədir?", və "hansıdır?" bütünlükdə gerçəkliyin növünü göstərir. "Nə üçün?" isə onun bitkin səbəbini axtarır. Çünki o, ümumiyyətlə səbəbdən bəhs edir.
Aydındır ki, bir şeyin ünsürü barədə bilik əldə edən zaman onun cinsi barədə bilik əldə edirik, onun forması barədə bilik əldə edən zaman növü barədə bilik əldə edirik. Növü biləndə fərqləndirici əlaməti də bilmək olur. Deməli, biz şeyin ünsürü, forması, bitkin səbəbi haqqında bilik əldə etdikdə onun tərifi haqqında da bilik əldə etmiş oluruq. Hər bir tərif verilən şeyin həqiqəti onun tərifindədir.
İlk səbəb haqqında elm ilk fəlsəfə adlanmışdır. Çünki qalan fəlsəfənin hamısı onu bilməyin içərisindədir. Deməli, bu səbəb şərəfdə birincidir, cinsdə birincidir, tərtibdə birincidir (ən mötəbər surətdə məlumdur) və zamanda birincidir (Çünki o, zamanın səbəbidir).
Haqlının haqqını vermək vacibdir ki, bizim kiçik, cuzi mənfəətlərimizə səbəb olmuşları məzəmmət etməyək, onlara böyük, həqiqi, ciddi mənfəətlərimizə səbəb olmuş çoxları kimi yanaşaq. Onlar bəzi həqiqəti anlamasalar da həqiqətini özləri anlaya bilmədikləri çoxlu biliyə aparıb çıxaran vasitələr və alətlərə çevrilmiş fikirlərinin səmərəsi ilə faydalandırmaqda bizə simsarlar və məsləkdaşlar olmuşlar. Xüsusilə bizim və başqa dildə danışan camaatın bizdən qabaq fəlsəfə ilə məşğul olan görkəmli adamların yanında açıq-aşkar olmuşdur ki, adamlardan heç biri öz tələb ciddi-cəhdi ilə həqiqəti həqiqətə layiq şəkildə əldə etməmişdir. Həqiqəti onların hamısı başa düşməmişdir. Əksinə, onlardan hər biri ya ümumiyyətlə həqiqətdən heç şeyə nail olmamış, ya da həqiqətə layiq olana nisbətdə ondan azacıq bir şeyə nail olmuşdur. Bununla belə, həqiqətə nail olanlardan hər birinin nail olduğu azca şey bir yerə toplansa böyük miqdarda şey yığılar.
Həqiqətdən bizə çox şey vermiş kəslərlə yanaşı, həqiqətin azcasını gətirmişlərə də böyük təşəkkürümüzü bildirməliyik. Çünki onlar bizi öz fikirlərinin səmərəlrinə şərik etmiş, həqiqət yollarını asanlaşdıran müqəddimələrdən ibarət ifadələri ilə məxfi, həqiqi mətləbləri bizim üçün asanlaşdırmışdılar. Həqiqətən, əgər onlar olmasaydılar bütün ömrümüz boyu güclü axtarışla belə, həqiqi axtarışımızdan, sayəsində son məqsədlərə gəlib çıxdığımız bu həqiqi başlanğıclar bizim üçün toplanmazdı. Bütün bunlar güclü axtarışla, lazımi inadla yorucu zəhmət hesabına zəmanəmizə qədər əsrbəəsr keçmiş qədim dövrlərdə toplanmışdır. Tək bir adamın zamanında onun ömrü uzun, axtarışı güclü, baxışı iti və özü də inad göstərsə belə dəfələrlə uzun zamanda güclü axtarış iti baxış və inadkarlıq sayəsində toplanmış şeyin onda toplanması qeyrimümkündür.
Fəlsəfədə yunanların görkəmlisi Aristotelə1 gəldikdə, o, demişdir: "Həqiqətdən nəsə bir şey gətirmişlərin atalarına minnətdarlıq etməyimiz lazımdır. Çünki atalar onlara səbəb olmaqdan əlavə, onların vücuda gəlmələrinə səbəb olmuşlar. Onlar bizim həqiqətə nail olmağımıza səbəbdir". O, bu barədə necə də gözəl deyib !
Həqiqət haradan, hətta bizə uzaq qəbilələrdən olan zidd millətlərdən gəlsə də, həqiqəti bəyənməkdən, həqiqətə qane olmaqdan utanmamalıyıq. Həqiqət axtaran üçün həqiqətdən üstün heç nə yoxdur. Həqiqət onu deyənə görə də, gətirənə görə də azalmaz, kiçilməz. Həqiqət heç kəsi alçaltmır, əksinə, həqiqətdir hamını şərəfləndirən !
Bir halda biz növümüzü kamilləşdirməyə çalışırıq, bir halda həqiqət məhz bundadır, yaxşı olar ki, bu kitabımızda qədim alimlərin dediklərini gətirməklə bütün mövzularımızdakı adətlərimizə riayət edək. O barədə tam söz onun yollarının məqsədə ən uyğunu, ən asanı üstündədir, gediş bu yolun övladlarına görədir. Təkmilləşdirmək budur ki, qədim alimlər o barədə dil adəti və zaman ənənəsi axarında bizim gücümüz qədər tam söz deməmişlər. Bizim işimiz burada örtülü, dolaşıq, çətin məsələlərin qanuniləşdirilmiş sözünün yayılmasını əsaslı amillə məhdudlaşdırmaqdır. Zəmanəmizdə baxışa görə ad çıxarmışların çoxunun pis yozumundan çəkinmək lazımdır. Onlar layiq olmadan həqiqət tacı qoysalar da həqiqətə yad adamlardır: Çünki həqiqəti qavramaqda anlamaq qabiliyyətləri məhduddur, rəydə hamının, o cümlədən özlərinin ümumi mənafelərinə çalışmaqda cəlal sahibi olmaq haqqını qazanmağa bilikləri azdır. Çünki onların heyvani nəfslərində2 yer tutan həsəd çirki var, bunun örtüklərinin toranlığı ucbatından fikirlərinin gözləri həqiqət işığı görmür. Onlar özlərini fəzilət sahibləri yerinə qoysalar da fəzilətlərə yiyələnməkdə qüsurlu, həndəvərdən uzaq olmuşlar. Çünki dikəltdikləri saxta kürsüləri müdafiə edən qızışqan hərbi düşmən mövqeləri var. Onlar haqq qazanmamışlar, əksinə, başçılıq iddiasına və dinlə alver etdiklərinə görə dinsizdirlər. Belə ki, bir şeyin alverini edən kəs onu satır. Kim bir şeyi satırsa ondan məhrum olur. Deməli, dinlə alver edən kəsin dini olmur. Şeylərin həqiqətləri haqqında elmi öyrənməyə qarşı çıxan və onları küfr adlandıran kəs həqiqətən dindən təcrid olmuşdur. Çünki şeylərin həqiqətləri haqqında elmdə ilahiyyat elmi var, vəhdaniyyət elmi var, fəzilət elmi var, hər bir faydalı olan və ona aparan elmin məcmusu var, hər bir zərərlidən uzaqlaşma və özünü ondan qoruma var. Bunların bütünlükdə əldə etmək odur ki, onu həmd-sənası böyük olan Allahdan sadiq rəsullar gətirmişlər. Sadiq rəsullar (s) təkcə Allahın rübubiyyətinin, onu razı salan fəzilətlərin lüzumunun və özlərindəki fəzilətlərə, onlara üstünlük vermələrə zidd rəzillikləri təkrar etməyin iqrarını gətirmişlər. Deməli, həqiqətə malik olanların yanındakı bu qiymətli irsə tərəfdar olmaq lazımdır ki, həqiqət axtarışında demiş olduğumuz və indi də dediyimiz şeydən ötrü son dərəcə ciddi-cəhdlə səy göstərək.
Həqiqətə zidd danışanlar zəruri surətdə həmin həqiqəti əldə etməlidirlər. Çünki onu əldə etdikdə ya vacib olduğunu, ya da vacib olmadığını deməkdən başqa yol yoxdur. Əgər vacib olduğunu desələr onu qəbul etməyə borcludurlar, əgər onun vacib olmadığını desələr onda bunun səbəbini müəyyənləşdirməli və əsaslandırmaq üçün sübut gətirməlidirlər. Səbəb və sübut gətirmə isə şeylərin həqiqətlərinə dair elm əldə etməkdir. Deməli, bu qəbul etməni onların söyləməsi vacibdir və həmin həqiqətlərdən boyun qaçırmamağa borcludurlar.
Ricamız mərhəm fikirlərimizə bələd olana və cidd-cəhdimizi bilənədir. Cidd-cəhdimiz Allahın rübubiyyətinə dəlilin təsbitində, onun vəhdaniyyətinin izahında, ona qarşı çıxanları, ona inanmayanları bu yerdə onların küfrünü söndürən, qəbahətlərinin pərdələrini cıran, zavallı təlimlərinin zəifliyindən xəbər verən dəlillərlə dəf etməkdir. Ricamız budur ki, o bizi və bizim yolumuzla gedənləri özünün basılmaz qüdrət qalası iləehtiva etsin, bizə qoruyucu zireh paltarlarını geyindirsin, bizə özünün dolu silahlarından zərbələr qələbəsini töfhə versin. Ricamız budur ki, o bizə özünün ali qüvvəsinin qüdrəti ilə kömək göstərsin, bununla bizi həqiqət qələbəsi yolunda niyyətimizin son həddinə çatdırsın. Ricamız budur ki, o bizə səmimiyyət köməyi göstərsin və bununla bizi niyyətindən məmnun qaldığı, fəaliyyətini məqbul saydığı, nemətinə küfr edən əleyhdarlar və bəyəndiyi haqq yolundan sapanlar üzərində təntənə və zəfər bəxş etdiyi bir şəxs dərəcəsinə çatdırsın.
İndi isə bu fənni xeyirlər valisinin və yaxşılıqlar qəbuledicisinin köməyi ilə tamamlayaq.
Ardı var…
XƏBƏR LENTİ
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Reyhanlı yay salatı (foto resept)
Ən praktik icadlar
Arı yeyən quşlar
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
19 ədədi möcüzəlidirmi?
HAVA necə olacaq?- 2 APREL
Samsung "ikinci nəsil" saatlar satacaq
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Kremli əncir şirniyyatı (foto-resept)
Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Dəbli çəkmələr
Qarabağda “Qarabağ şikəstəsi” ifa edən əsgərimiz - VİDEO
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib
Bu günün hava proqnozu
Evdə dekorativ şam ağacının hazırlanması (2)
Günün ulduz falı
Velosiped təkərlərindən hazırlanan dekorasiya
Ürək pirojnası (foto resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Davamlı kitab alırsınızsa...
Xanımlarımıza yad güllər
Onlar bu evlərdə yaşayırlar
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?-6 Noyabr
Atəşkəs yenidən pozuldu
Badımcan bükməsi (foto resept)
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
1587 zəvvar Məkkədən qovulacaq
Dırnaqları tez uzadan maska
Çiyələkli keks (foto resept)
Dünyanın ən vahiməli dəlikləri
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun yeni strukturu
Cazibədar görünməyin yolları
Ajda Pekkan 3 milyonluq reklamda
Daha bir idmançımız qələbə qazandı
Buğda salatı (foto resept)
Kral ailəsində bir ŞOK daha-FOTO
Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur
Hündürdaban ayaqqabılar
Hadise jurnalistə qəzəbləndi-SƏBƏB
Bu, son 500 ildə 3 dəfə olub
Ağardıcı maskalar
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
Zövqlü ayaqqabı modelləri
- ŞƏRHLƏR