Yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğu üçün sulu qəlyan əsl təhlükə mənbəyi hesab olunurBakıda iki addımdan bir qəlyan salonlarına rast gəlmək adi hal alıb. Qəlyan salonları ən azı ərzaq dükanları kimi insanların həyatına daxil olub və nədənsə valideynlər də qəlyan çəkən övladlarına qarşı o qədər də sərt münasibət bəsləmirlər. Bu münasibətin özü gəncləri qəlyana yönləndirir. Çünki əslində qəlyanın siqaretdən də təhlükəli olduğunu çox valideyn bilmir və bilmədiyi üçün uşaqlarını da bu sahədə maarifləndirmir.
Gün ərzində qəlyan salonlarının qarşısından minlərlə gəncin keçdiyini nəzərə alsaq, elə bir o qədərinin də qəlyanın necə bir dad olduğunu dadmaq istəyənlərin olduğunu görərik. Bu o deməkdir ki, hər bir gənc "meyvəli cənnət"də olmaq istəyir. Dəhşətlisi budur ki, bu gün gənc xanımların belə diqqətini çəkən qəlyan həddindən artıq geniş yayılıb və sırf xanımlara xidmət edən qəlyan salonları belə var.
Mənzərə dəhşətlidir. Çünki bilmədən gündə milyonlarla insan qəlyandan istifadə edib sürətlə orqanizmini zəhərləyir. Üstəlik, qəlyana maraq göstərənlərin yaş həddi də olduqca aşağıdır. Siqaretdən fərqli olaraq qoxu verməməsi və çəkildiyi zaman necə deyərlər, gənci "ələ verməməsinə" görə qəlyan gənclərin ən sevimli məşğuliyyətinə çevrilib. Əslində isə qəlyan gizli ölümdür. Çox adamın xəbərsiz olduğu ölüm.
Həkim-pulmonoloq Manaf Ağacanın sözlərinə görə, bir dəfə çəkilən qəlyan insanın bir aylıq immunitetini sıfıra endirir. Nəzərə alınsa ki, qəlyan bir dəfə çəkilmir və ay ərzində dəfələrlə bundan istifadə olunur, orqanizmə necə bir zərbə vurulduğunu təsəvvür etmək elə də çətin deyil: "Qəlyan siqaretdən zərərsiz kimi görünür, lakin bu, belə deyil. Bir dəfə qəlyan istifadəsi 50 siqaret çəkməklə eynidir. Qəlyanın tərkibində olan nikotin siqaretdən qat-qat çoxdur. "Bir dəfə istifadədən heç nə olmaz" deyən gənclər bilmirlər ki, elə iki qutu siqaret çəksələr, bir aya daha az zərər görərlər, nəinki bir dəfəyə 1-2 qəlyan".
Bəs gəncləri aldadan nədir? Müsahibimizin bu suala cxavabı belə oldu: "Düzgün hazırlanmayan yalançı meyvəli qəlyanlar. Əslində qəlyan üçün tütün 3 cür olur. Tumbak, muesel, jurak. Tumbak adi tütündən təşkil olunur və tərkibində nikotinin miqdarı çoxdur. Nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Bu növ tütün əsasən İranda məhşurdur. Ən çox yayılan tütün növü mueseldi. Tərkibində 70% bal, meyvə aromatlar və qliserin var. Elə bizdə də yayılan bu üsuldur. Lakin fərqli formada. Düzgün hazırlanmır və düzgün hazırlanmamış qəlyanlar ilə gəncləri qəlyana sürükləyirlər. Qəlyanın çəkilməsi ağciyərlərin, ürək-damar sisteminin xəstəliklərinə və həmçinin sağalmaz xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilir".
M.Ağacanın sözlərinə görə, qəlyan çəkən zaman tütün yanan kömürlərin nəticəsində hərəkət edir, bu zaman yaranan tüstü əvvəlcə suya gedir, orada təmizlənir və sonda çəkən adamın ciyərlərinə daxil olur. Tüstü suda olan zaman 90% fenol və 50% digər zərərli maddələr suda qalır. Bundan başqa, ciyər qoruyucularına mənfi təsir göstərən asetaldehidlər də suda qalır və insan orqanizminə daxil olmurlar. Suda gedən filtrasiyaya görə qəlyanın tüstüsü insanın boğazını qıcıqlandırmır. İlk baxışdan hər şey əla görünür. Lakin heç də hər şey göründüyü kimi deyil. Qəlyan çəkən zaman sudan keçən tüstünü xaricə çıxarmaq üçün daha çox güc sərf eləməlidir. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. Nəzər almaq lazımdır ki, su tüstünü zərərli maddələrdən tamamilə təmizləmir və həmin maddələr ciyərin daha dərin qatlarına gedir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman baş gicəllənməsi və ürək bulantısı da bununla bağlıdır.
Həkim-pulmonoloq bildirir ki, qəlyan həvəskarları dəm qazı, nikotin və tütünün təhlükəli konsentratlarını udurlar. İlk çəkməkdən sonra gənclər özləri də bilmədən asılı hala düşürlər və hər dəfə fərqli meyvələrin qəlyanını dadmaq üçün görüşürlər. Valideynlər diqqətli olmalıdır ki, siqaretdən də təhlükəlin olan qəlyana meyllilik yaranmasın: "Mən təəssüf edirəm ki, xanımlarımız üçün də qəlyan salonları fəaliyyətə başlayıb. İnsanı dəhşətə salan odur ki, bu salonlardan tələbə xanımlar da istifadə edir. Onlar da bilmədən özlərini zəhərləyirlər. Qəlyana qarşı münasibət birmənalı deyil. Universitetlərin yanlarında, şəhərin hər tinində belə salonların olması və gənclərin qəlyanın da siqaret kimi zərərli olduğunu bilməməsi gün keçdikcə bu zərərli vərdişə marağı artırır".
Onun sözlərinə görə, sulu qəlyanın sosial sağlamlıq baxımından da böyük fəsadlara yol açdığı acı həqiqətdir. İnsanlar arasında bir sıra yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğu üçün sulu qəlyan əsl təhlükə mənbəyi hesab olunur. "Sulu qəlyanın təmtəraqlı təqdimatı, həmçinin qəlyanın özünün xüsusi formada hazırlanması, eləcə də qəlyana müxtəlif dad və qoxuların vurulması insanları aldatmamalı və öz sağlamlıqlarını ötəri həzzlərə qurban verməməlidirlər".
Qeyd edək ki, dünyanın əksər ölkəsində siqaret çəkilməsinə qarşı qadağalar tətbiq edib. İctimai yerlərdə - teatr, kino, konsert salonlarında, səhiyyə, təhsil və digər dövlət müəssisələrində, o cümlədən ictimai nəqliyyatda siqaret çəkmək qadağan edilib. Bir sıra Avropa ölkələri, o cümlədən İtaliya, İrlandiya, Norveç, Malta, İspaniya, Polşa, Yunanıstan və s. ölkələrdə bu xüsusda tətbiq edilən qadağalar digər ölkələr üçün əsl nümunəyə çevrilib. Son illər ABŞ-ın 29 ştatında da qapalı məkanlarda siqaretin qarşısını almağa xeyli nail olublar. Əfsuslar olsun ki, bu qadağa siqaretdən də zərərli olan qəlyana qarşı qoyulmayıb, elə bu gün ən çox yayılan zərərli vərdişlər arasında ilk pillədə olması da bu səbəbdəndir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Həyatda özgəsinin,qəlbimdə sənin oldum
Ərik dolması (foto resept)
Məşhur vampirin qəsri satışa çıxarıldı
Bu qadın ideal bədən ölçüləri ilə TƏƏCCÜBLƏNDİRİR-FOTO
6 nəfərlik basketbol lövhəsi
Yağış, qar yağacaq
Azərbaycandan keçəcək siklonla bağlı AMEA-dan şərh
Anası yeni filmə çəkilməyini istəmir - FOTO
"Barselona"dan növbəti transfer
Kianu Rivz ilk dəfə ETİRAF ETDİ-FOTO
Zərif yaxalığıın hazırlanması
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
Su çərşənbəniz mübarək!
Yemək yeyərək sərvət qazanır - FOTO
Zəlimxan Yaqubdan yeni xəbər var
Sıla Ziynet Salı ilə barışdı
Çörək haqqında gələn xəbərlər
Cəbhə xəttində atışma
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Omega-3
HAVA necə olacaq?
Güllərim
Şumaxerin daha bir avtomobili satışa çıxarıldı
Koronavirus testlərinin götürülməsi səlahiyyəti poliklinikalara verilib? - RƏSMİ AÇIQLAMA
Xəz palto və papaqlar
Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb
Həcmli saçlara qulluq
"Almaniya Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın inkişafında maraqlıyıq"
Yeni Xiaomi smartfonları təqdim olundu
Millət vəkili Ramil Səfərovun evində
Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Meqan və Harri Madonnanın evini kirayələyəcəklər?
Həftənin ilk iş günü hava necə olacaq?
Küçəyə çıxmaq qadağasını heçə sayan vətəndaşların polis görərkən etdikləri - VİDEO
Ləğv edilmiş 4 bankın əmanətçiləri üçün 100 milyon manat ayrılacaq
Kıvançdan Atatürkü canlandırması ilə bağlı açıqlama
Qurban bayramı günlərinin hava proqnozu açıqlandı
Ən yaxşı 10 əl kremi
Kompüterə müdaxilənin qarşısını necə almaq olar?
Deputat parlamentdə uşaq əmizdirdi
Kişi müəllimlərin sayı niyə azdır?
Azərbaycanda quraqlıq yumurtanı da bahalaşdırdı
Qadınlar üçün 6 vitamin
Dədə Qorqud yad olundu
Prezident və xanımı ümumxalq Xocalı yürüşündə - FOTO
Türkiyəli aktyor "Emmy" mükafatına namizəd oldu- FOTO
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Yod çatışmazlığı hansı fəsadları törədir?
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
Yaz yağışı
- ŞƏRHLƏR