Qoç - Bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır.
Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı gündür.
Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın.
Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun, güzəştə getməyitn.
Fiziki işlə məşğul olmaq məsləhətdir.
Elektrik avadanlığı ilə ehtiyatlı davranın.
Buğa - informasiya ilə iş, kollektiv müzakirələr, problemin araşdırılması, çətin durumlardan çıxış yolunun aranması üçün əlverişli vaxtdır. Yaxın ətrafınızdakı insanların süst davarnışı, sizin üçün mühüm məsələyə marağın azalması qıcıq yarada bilər.
Artıq anlayın: başqalarının yardımlarına bel bağlamayın, qarşınızda duran problemi özünüz həll edin.
Artan gərginlik və ya hər hansı məsələyə diqqətin artması səbr kasanızın dolmaq həddində olduğunu göstərirsə, sabah nə edəcəyinizi düşünün.
Əksər hallarda səhvin səbəbkarı hisslərdir.
Əkizlər - ehtiyatsızlıq, tələskənlik və ya sadəlövhlüyün qurbanı olmayın. Sizi indi narahat edən məqamın daha dərin, alt qatlardakı mənası ola bilər.
Başqa bir şəxsin sizi inandırmağa çalışdığı məqam, ya da elə o şəxsin özü göründüyü kimi deyil.
Ətrafınızdakı insanların və əşyaların bəzilərinin ikili məzmunu, batini və xislətini anlamaq üçün əlverişli vaxtdır.
Təbii, hər şey sizə qarşı və ya sizin üçün edilmir. Amma maraqlarınıza ciddi şəkildə toxunan hadisələri əsla buraxmayın.
Sualları birbaşa verməyin, dolayı yollarla məqsədinizə çatın. Daha çox qulaq asmağa, müşahidəyə üstünlük verin.
Xərçəng - energetik baxımdan zəngin, amma çox qeyri-stabil bir gürdür. Gözlənilməz, mənasız səbəblərdən çəkişmə, toqquşma və münaqişə ola bilər.
Dəstək almaq istəyirsiniz, amma inandığınız və bel bağladığınız insan sizi aldadır, ümidlərinizi alt-üst edir. Səfər, aviauçuş, kütləvi yerlərə qatılmaq məsləhət deyil. Nəqliyyatla bağlı qəza vəziyyəti, texnika və ya avadanlığın sıradan çıxması mümkündür.
Sayıq olun. Günün ümumi təmayülü neqativdir. Potensial təhlükəli yerlərdən uzaq olmağa çalışın. Bu da mümkün olmayanda qorxaq və ləyaqətsiz insanların sizə nəyisə diqtə etməyinə imkan verməyin.
Özlərinə büt yaradıb o bütə sitayiş edənlərin heç olmasa birini normal məcraya qaytarmaq üçün səy göstərin.
Axşam saatları emosional olacaq. Şəxsi münasibətlərinizi gərəksiz aşkarlıq və təzyiqlərdən qoruyun.
Şir - kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək çox xeyirdir.
Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq məhsullarının kefiyyətini yoxlayın.
İstirahətin sakit variantını seçin.
Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq.
Qız - gün ərzində elə bir hadisə baş verəcək ki, hisslərinizə ciddi təsir edəcək. İmpulsiv addımlar atmayın, sərt bəyanatlar verməyin. Yaxınlarınız, xüsusilə də uşaqlar xüsusi diqqət tələb edəcək.
Ünsiyyət çətinləşsə də, gərginliyi zəiflətməyə can atın, emosiyalarınızı sakitləşdirin, enerjinizin təhlükəsiz və sakit çıxışına nail olun.
Sizinlə manipulyasiya etməyə, aşağı səviyyədə dəyərləndirməyə və ya təzyiq göstərməyə çalışacaqlar. Buna mane olmasanız, müqavimətiniz münaqişəyə səbəb ola bilər.
Sakitliyi qoruyun, təxribatlara cavab verməyin.
Səhhətinizə laqeyid qalmayın.
Adi, rutin gün yaşayın və vərdişlərinizə xilaf çıxmayın.
Tərəzi - həmkarlar və tərəfdaşlarla dil tapmaq heç asan olmayacaq. Niyə məhz belə etməyin gərəkdiyi barədə 100 arqument belə gətirsəniz, auditoriyanız sizi dinləməyəcək.
Stabil olmayan, münaqişəli bir gündür. İdeallar və ümidləriniz həyatın acı gerçəyi ilə qarşılaşacaq. Qəhrəmanlıqlar, absurd cəsarət yox, konkret həllə ehtiyac var. Güclü maraq duyduğunuz işlə məşğul olun, tapmaq istədiyinizi axtarın.
İzafi enerjiniz üçün çıxış kanalı gərəkdir.
Fiziki iş, yorulacağınız məşğuliyyətə ehtiyacınız var. Ekstremal yorğunluğa can atmayın.
Axşam saatlarında maraqlı filmə baxın, kitab oxuyun. Yaxınlarınızla mübahisə etməyin.
Əqrəb - emosiyaların tarıma çəkilməsi, hiss və həyəcanın ən yüksək səviyyədə olması sizi sınağa çəkəcək. Qüvvə və təşəbbüs tələb edən iş tapsanız, yaxşı olar.
Mövqeyinizi müdafiə edin, qətiyyətinizi göstərin. Lakin hər şey sizdən asılı deyil və əsla gözləmədiyiniz hadisə yaşana bilər.
Özünüzü dəyərləndirməklə bağlı situasiya gərginləşə bilər. Xarici görkəmdən narazılıq yaranarsa, mütləq nəyisə dəyişin.
Alış-veriş, başqaları ilə birgə çalışmaq istənilən nəticə verməyəcək.
Hansısa məsələ və ya hadisəyə münasibətiniz gün ərzində bir neçə dəfə dəyişə bilər.
Ünsiyyətin önəmi artsa da, təmaslardan razı qalmayacaqsınız. Fəal olun, amma emosiyalarınıza nəzarət edin.
Oxatan - səhər saatlarından etibarən yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın.
Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir.
Qətiyyət və əminliyin çətinliyin yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə çözülməlidir.
Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə çalışın.
Gərginliyin artdığı,səbr kasasının daşmağa hazır olduğu vəziyyətdə soyuqqanlı davranın.
Oğlaq - yeni dayaq nöqtəsi, münasibətlər forması, status axtarışındasınızsa, diqqətli olun. Xüsusi məzmun və önəm kəsb edən məqam təsiri bağılşayan nəsnə əslində belə olmaya bilər. Hətta həmin nəsnə tələ, məkrli plan da olar.
Bu gün əlahiddə dönəmdir və münasibətləriniz gözlənilməz istiqamətdə inkişaf edə bilər. Hissləriniz və emosiyalarınız sizi tələyə salmasın. Önəmli layihənin inkişafı üçün mühüm addım atmaq şansını qaçırmayın.
Alış-veriş, dövlət qurumlarına baş çəkmək və sənədləşdirmə üçün əlverişsiz gündür.
Axşam saatlarında gərginlikdən qurtulmaq üçün dincəlin.
Dolça - gərgin, nevroz, aqressiv, yovuşmazlıq hisslərinin aktivləşəcəyi gündür. Qəza, travma, sınıq, yanğın ehtimalı artır. Dözülməzlik fonunda münaqişə və mübahisələr yaranacaq.
Önəmli, vacib işlə məşğul olmayın. Günü fiziki işə, mövcud problemlərin həllinə, informasiya axtarışına həsr edin. Maraqlı məlumat, təklif və birgə əməkdaşlıqla bağlı ideyalar ola bilər.
Onlara nəzər salın, təhlil edin. Amma heç bir razılaşma, yekun anlaşma olmasın.
Balıqlar - mühüm situasiyalara nəzarət etməyə imkan verən hərəkətlər edin, işlər görün. Bu, cari iş yox, tərəfdaşlara əlaqələrin bərpası, danışıqlar, telefon zəngləri və ya perspektivlərinizə müəyyənlik gətirəcək məktublar ola bilər.
Təşəbbüslərlə tələsməyin. Amma baş verən və maraqlarınıza təsir edən dəyişikliklərə vaxtında reaksiya verin.
Əldə edilən pulları ağıl və məntiqlə xərcləyin.
Şəxsi münasibətlərdə geriləmə var. Hələlik heç nəyi tələsdirməyin.
Hadisələrin axarından tam uzaqlaşmayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Xaçmaz rayon Mərkəzi Kitabxanasına 80 adda yeni kitab gətirilib
Qoltuqaltını ağardan 3 üsul
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda orqan köçürmənin qiymətlərinin
Azərbaycanda zəlzələ olub
Anasına 1 milyon xərcləyəcək-SƏBƏB
Facebook-dan pulsuz internet
Yetim qalan yurdum
Müəllimlərin peşə standartları hazırlanacaq
Səhiyyə Nazirliyindən dərmanların qiyməti ilə bağlı açıqlama
Hamiləlikdə özünə qulluq
Makiyaj möcüzələri
"Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının növbəti təqdimatı keçirilib
Kraliçanın ləl-cəvahiratı satışda: 2 milyonluq boyunbağı
Bürclərin sevgidə qorxuları (2)
Leyla Əliyeva millinin üzvləri ilə görüşüb - FOTO
SİM kart telefona yox, qolbağa qoyulacaq
COVID-19-dan sağalanlar yenidən yoluxduqda daha təhlükəli simptomlarla üzləşir
Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı
Şokoladlı fransız ruleti (foto resept)
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
İdeal insanların həyata baxışı
Azərbaycanda ov mövsümü açıq elan edildi
Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Azərbaycanlılar üçün daha bir Avropa ölkəsinə gediş-gəliş asanlaşdı
Moda tarixində mif və reallıq
Rəssam həbsxanada qalanda - FOTO
HAVA necə olacaq?- 27 APREL
Bəs, Beren Saat hanı?
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Avtomobil kreditləşməsi bərpa edildi
Diş məcunu yerinə… qırmızı şərab
Komandanın prezidenti bütün futbolçulara "Mercedes" hədiyyə etdi
Bakıda duman olacaq, külək əsəcək
“Marvel” filmlərinin ən güclü superqəhrəmanı gəlir - VİDEO
HAVA necə olacaq?
Azərbaycanda güclü qar yağdı
Xəmirsiz pizza (foto resept)
Azərbaycanda dərs ili uzadılır? - Nazir müavinindən AÇIQLAMA
Nə üçün təyyarədə ayaqqabıları çıxarmamalıyıq?
Bakı Metrosunda daha bir qadağa
İsti havalarda maye istifadəsi
Deniz Çakır hicablı qadınlara sataşdı
Sellülitə qarşı ən yaxşı 5 krem
Uşaqlarınızı bu qidalardan uzaq tutun
Sağalmaz dərdin dərmanı tapıldı
Gözəllik ifadəsini dəyişən model
Messi Ronaldoya çatdı
Xamalı peçenye (foto resept)
Azərbaycanda körpə adları: Payızəli, Yazilə...