Uşaq və yeniyetmələrdə davranış pozuntuları
Qorxu hissləri (sosial fobiya)
Uşaq və yeniyetmələrin sosial mühitdə müvəffəqiyyət qazanmağına mane olan amillərdən biri də sosial fobiyadır (qorxu). Belə bir psixoloji kompleksi yaşayan uşaq, yeniyetmə, gənc cəmiyyət, ailə və idarə işlərində də çətinliklərlə qarşılaşır. Məsələn, sinifdə şagirdi lövhəyə çağırarkən o, dərsi yerindən danışmağı xahiş edir, lövhəyə çıxmaqdan çəkinir, digər şagirdi isə lövhəyə çıxararkən həyəcandan üzü pörtür, boğazı quruyur, əllərinin içi tərləyir, ürək döyüntüsü artır və yaxud da dərsi şifahi şəkildə deyil, yazılı şəkildə müəllimə vermək istəyir. Belə olan halda müəllim şagirdin psixoloji cəhətdən vəziyyətini nəzərə almalı ona fərdi yanaşaraq söhbət etməli, məktəb psixoloqu ilə görüşməyi tövsiyə etməlidir.
Müşahidələr: Bəzi sosial qorxu hissi keçirən uşaq və yeniyetmələrdə müşahidə olunan psixoloji hallar aşağıdakı şəkildə baş verir:
– Çırpıntı
– Titrəmə
– Tərləmə
– Əzələ narahatlığı
– Mədədə narahatlıq hissi
– Sinədə sıxıntı hissi
– İsti, ya da soyuq tər basma
– Başağrısı
Bütün bu hallar insanda dərin bir qorxu və həyəcan hissi ilə birlikdə yaranır. Qorxulu vəziyyətlərdən qaçma xüsusiyyəti əsasən çox rast gəlinən bir haldır və bəzən bu, tam bir sosial yalqızlıqla nəticələnə bilər. İnsanlar, əsasən, aşağıda göstərilən vəziyyətlərdə sosial qorxu hisslərini yaşayırlar;
– Cəmiyyət içində danışmaq
– Başqalarının qarşısında yemək yeyib‐içmək
– Nüfuzlu insanlarla təmasda olmaq
– Qonaq qəbul etmək
– Başqaları ilə dalaşmaq
– Cəmiyyət içində telefonla danışmaq
– Tanımadığı insanların gözünün içinə baxmaq
– Göz önündə olmaq
– Başqalarının qarşısında yazı yazmaq.
Sosial qorxuda yaş məfhumu da az rol oynamır. Bu məsələdə yaşın az olması ciddi problemlər yaradır. Bəziləri məktəbi buraxmaq məcburiyyətində qalır və yaxud bir çox psixoloji çətinliklərlə qarşılaşır. Bunların içində ən çox rast gəlinən hallar ruh düşkünlüyü, içki və narkotik maddədən asılılıqdır. Xüsusilə, Qərb ölkələrində aparılan araşdırmalara əsasən, sosial qorxuya malik olan şəxslər arasında içki aludəçiliyi, normal cəmiyyət üzvlərinə nisbətən 2,5 dəfə artıq olması şübhə doğurmur. İçki düşkünləri arasında sosial qorxunun normal şəxslərə nisbətən 9 dəfə çox olduğu müəyyən edilmişdir. İntihar fikirləri və təşəbbüsləri sosial qorxuda yaşanan sıxıntıyla, narahatlıqla bağlı olaraq sosial qorxuya başqa psixoloji narahatlıqlar əlavə olunduqda daha da artmaqdadır. Beləliklə, sosial qorxu aşkar edilib müalicə olunmalıdır.
Sosial qorxusu olan insanlarda nəzərə çarpan xüsusiyyətlər bunlardır:
– Yalnız yaşamağa üstünlük verirlər.
– Təhsil səviyyələri aşağıdır. Əsasən çox erkən yaşlarda məktəb qorxusu mövcud olduğundan təhsillərini davam etdirə bilmirlər.
– Əsasən iqtisadi baxımdan asılıdırlar, onlarda mövcud olan qorxu hissləri ilə əlaqədar həqiqi bacarıqlarını nümayiş etdirə bilmirlər.
– Başqa psixoloji problemləri mövcuddur.
– Sosial nöqteyi‐nəzərdən cəmiyyətdən ayrılmış vəziyyətdədir.
– Keçirdikləri narahat hisslər onların intiharına səbəb ola bilər.
Qorxular necə meydana gəlir?
– Qorxular uşağa tərbiyə verərkən yanlış sözlərdən istifadə etməklə yaranır (yeməyini yeməsən, həkim əmi sənə iynə vurar; əgər uzağa getsən, qaraçılar səni qaçırar, sözümə qulaq asmasan, xala sənə hirslənər və s.).
– Sərt rəftara malik olan valideynlərin uşaqları fərdiləşmə problemi yaşaya biləcəyi üçün uşaq məktəbə başlama dövründə narahat hisslər yaşaya bilər. Həmçinin məktəb həyatına uyğunlaşmaq prosesində də ciddi çətinliklər yaşaya bilər.
- Uşaqdan edə biləcəklərindən daha çox vəzifələr gözlənilirsə və ya ailə uşağın müvəffəqiyyət qazanmasına həddindən çox əhəmiyyət verirsə və bu mövzu üzərində çox dayanırsa, uşaqda bütün bunları icra etmək qayğısı meydana gələ bilər. Xüsusilə, məktəbdə imtahan qayğıları, müvəffəqiyyətsizlik qorxusu, dərslər xaricində də ailənin çox xəbərdarlığı varsa, uşaqda səhv etmə qorxusu ortaya çıxa bilər.
- Uşaq ani bir qorxu hissi keçirmiş, həqiqətən, zərər görmüş, ya da gözləmədiyi bir hadisəni görmüşsə (it dişləməsi, evə oğru girməsi, yol qəzası, adam öldürülməsi, zəlzələ və s.) onda bu hadisələrdən və insanlardan qorxu hissi meydana gələ bilər.
- Valideynlərin narahatlığı yüksək səviyyədədirsə və davamlı olaraq evdə problemlər haqqında danışılırsa, belə bir ailə daxilində yaşayan uşaqda da qorxu hissləri meydana gələ biləcək.
Qorxuların mövcudluğu normal əlamət sayılır, lakin uşağa zərər verəcək ölçüdədirsə, mütləq bir peşəkar mütəxəssisə müraciət edilməsi zəruridir. Uşaq psixiatrı və psixoloqu ilə əməkdaşlıq edilməlidir.
Uşağın verdiyi siqnalları şüurlu bir şəkildə qiymətləndirmək vacibdir. Bütün bunlara əhəmiyyət verməmək, laqeyd yanaşmaq, ona lağ etmək, uşağı mühakimə etmək, ya da daha çox təzyiq edərək “sən kişi adamsan, qorxmamalısan” kimi mülahizələr irəli sürmək problemi həll etmir, əksinə mövcud olan problemi daha da artırır. Ailələr hansı qorxuların normal, hansılarının isə mütəxəssis köməyinə
möhtac olduğu ölçüdə olduğuna nəzarət etməlidirlər.
Sosial qorxunun şagirdlərdə yaratdığı əks təsirlər
Şagirdlər tanımadıqları yerdə çox ürkək, səssiz, hərəkətsiz, utancaq bir davranış göstərirlər. Yaşıdlarının oyunlarına qoşulmayıb uzaqdan baxmaqla kifayətlənir, hətta bir küncə sığınıb gizlənərək, onları seyr edirlər. Oyunlara qatılsalar belə, başçılıq edə bilmir, orada arxa planda qalırlar. Məktəbə getmək istəməyib müxtəlif bəhanələrlə evdə qalmaq istəyirlər.
Ana və ata tərəfindən daima danlanma, yaxud da çox kədərli bir hadisənin şahidi olmaq uşaqlarda bu qorxu hissini yarada bilər. Bəzi insanlarda hiss olunan sosial bacarıqlar zəifləyir, bu növdən müəyyən əlaqələrə yol açıb, sonrakı dövrlərdə sosial qorxuya gətirib çıxara bilir. Bəzən gənclər sosial həyatda öz inkişafı üçün müsbət addımlar atmaq fikrinə düşdükdə ana və ata tərəfindən fikir və hərəkət sərbəstliyinin verilməməsi onlara işində maneçilik yaradır və bu qorxu hissini artırır. Bəzi araşdırmalara görə, sosial qorxusu olan insanlar ailələrini daha az ittiham edən, ailə şərəfinin yüksək dərəcədə qoruyucusu rolunu oynayırlar.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
İnstaqramda yeni funksiya
"Azərbaycanın yaraşıqlı kişi siması-necə olmalıdır?!"
Yunanıstanda 6,7 ballıq zəlzələ
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
Turistlər üçün ən ucuz Avropa şəhərləri
450 min avroluq Mercedes
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Bahalı rəsm əsərləri
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Qırmızı banan olduğunu bilirdinizmi?
Sağlam arıqlamaq üçün pəhriz
Onun doğru insan olmadığını göstərən 5 işarə
Kokos yağının möcüzəvi faydaları
Kenan Kalavın acı taleyi
Donmuş mayaklar
Güldürən heyvanlar
Ən böyük brilliant satıldı
Yumşaq robotlar məsafədən idarə olunacaq
Uşaqlarda burun qanaması
Bu gün Azərbaycanda 588 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb - VİDEO
İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır.
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
"İlin qadını" oldu - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Optimizm Polyannaçılıq deyildir
Conni Deppin keçmiş xanımından ETİRAF
İrem Derici 20 kq kökəlib-FOTO
Günün qoroskopu: insanlara fikir verin
Blinçikli dadlı qəlyanaltı (foto resept)
Məktəbin yaxınlığında iki metr uzunluğunda piton ələ keçdi – FOTO/VİDEO
Sosiskalı peraşki (foto resept)
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
"Rəhbərlərin xanımları": Stalinin arvadı Bakıda dəfn olunub?
46 dəqiqəyə 3 kiloqram kökələrək rekord qırdı-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-16
Pis hava şəraitinə baxmayaraq axtarışlar davam edəcək!
Kişilər üçün idman tərzi
Dünyanın ən böyük şousu başlandı
Oruc tutanlar - EHTİYATLI OLUN!
Souslu makaron (foto resept)
Paolo Dibala koronavirusa yoluxdu
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR olacaq
Qurbanlıq haqqında ən çox verilən suallar
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
Senia Şeyma Subaşını sevindirdi
- ŞƏRHLƏR