Rusiyanın Suriyanın Hmeyim aviabazasından havaya qalxan 2 Su 24 qırıcı-bombardmançı təyyarəsi Türkiyənin Hatay vilyətinə tərəf uçurdu.
Rusiyanın Su-24 qırıcı-bombardmançı təyyarəsi Türkiyənin Hatay vilayətinin Yayladağ rayonundan 4 km aralıda vurulub.
Təyyarə Türkməndağı tərəfdən Suriyada türkmənlərin kompakt yaşadığı Yamadi tərəfə yönəlirmiş. Su-24 bombardmana hazırlaşırmış.Təyyarə vurulandan sonra Murtlu və Kepir kəndləri arasındakı Kızıldağ təpəsinin yamaclarına düşüb. Su-24-ün iki pilotu 500 metr yüksəklikdə katapultdan istifadə edərək paraşütlə yerə düşüb.
Türkiyənin Müdafiə Nazirliyinin yaydığı açıqlamada isə deyilir: "Hatay vilayətinin Yayladağ bölgəsi rayonunda naməlum təyyarə 5 dəqiqə ərzində 10 dəfə Türkiyənin hava sərhədini pozub. İki F-16 qırıcısı səmaya qaldırılıb və onlar həmin təyyarəni vurublar".
İstefada olan türk general Erdoğan Karakuşun dediyinə görə, Rusiyanın Su-24 qırıcı təyyarəsinin Türkiyənin hava sərhədlərini pozduğu sübuta ehtiyac duyulmayan məsələdir.
"Təhlillər çox aşkar göstərir ki, Rusiyanın hərbi təyyarəsi sərhədlərimizi pozub. Belə sərhəd pozuntusu ölkəmiz üçün birbaşa təhdiddir. Üstəlik, Rusiya radarları sıradan çıxarmağa da çalışıb. Bu isə hava sərhədinin pozulmasından daha təhlükəlidir", - general söyləyib.Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan "Rusiyanın təyyarəsini biz vurduq" deyib, Rusiya prezidenti Vladimir Putin olayla bağlı Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb, bəyanat hazırlayır.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyanatla çıxış edib.
NATO da olayla bağlı açıqlama verməyə hazırlaşır.
Moskva və Ankara arasındakı münasibətlərin gərildiyi göz qarşısındadır.
Rusiya sentyabr ayının sonlarından bəri Suriyada aviasiya əməliyyatları keçirir və İŞİD, "Cəbhət əl Nüsra" kimi terror təşkilatlarının mövqelərini bombaladığını bildirir.
İndiyədək 2395 uçuş həyata keçirilib, terrorçulara məxsus 1242 mövqenin və obyektin bombalandığı vurğulanır.
Rusiyanın raket-bomba zərbələri, habelə Suriya prezidenti Bəşər Əsədə hər cür - maliyyə, hərbi, texniki, siyasi, kəşfiyyat və s. - dəstək verməsi Suriyada durumu dəyişməyə başlayıb. Bəşər Əsədə sadiq qoşunlar ölkədə vətəndaş müharibəsi başlanan gündən bəri ancaq geri çəkilirdilərsə, rusların əməliyyatlarından sonra Homs, İdlib, Latakiya, Hələb vilayətlərində hücuma keçiblər.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın
Məşhur modelin ölüm səbəbi açıqlandı
Putin süni intellektin prezident olmayacağına ümid edir
Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO
Azərbaycan qatarlarında maraqlı dəyişiklik
İlham Əliyevin veteranlar bağlı Fərman imzaladı
Qaçqın ailələri üçün problem: necə etməli?
Uşağı tanımadan uşaq tərbiyəsi olmaz!
Fahriye bu tarixdə ana olacaq - FOTO
Stalinin “ölüm maskası” rekord qiymətə satıldı - FOTO
Dünyanın ən gözəl qadın pilotu
İTV-dən Elnur Hüseynovla bağlı açıqlama
Kişilərə bəd xəbər: qadınlar sizdən mükəmməldir
Günün qoroskopu: Ağlınızı işlədin!
Culiya Roberts Havay adalarında dincəlir-FOTO
Flora Kərimova yeni imicdə - FOTO/VİDEO
17 kq-lıq pişiyə yiyə duran yoxdur
Yay istisində rahat yuxunun sirləri
Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ
Prezident maaşları artırdı
Bananlı keks (foto-resept)
"Ermənistan-Türkiyə əlaqələrinin normallaşması..."
Roma imperiyası dövrünə aid yaşayış məskəni tapıldı
Amine Gülşe vida partisi verdi-FOTO
Sibir borşu (foto resept)
“Anam məni tərk etdi, bu günahdırmı?”
AiseL yeni klipini təqdim etdi-VİDEO
23 il sonra Lələtəpədə Quran səsi eşidildi
Ən qədim əşyaların yaşı
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının fəaliyyət planının hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edəcək"
Yulaflı səhər yeməyi (foto resept)
Bəzi süd məhsulları və yumurta ucuzlaşıb
Almanlar Türkiyədən üzr istəyəcəklər
"Qumlu" keks (foto resept)
"Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"
Çanta modelləri
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət(1)
Məşhur cütlük AYRILDI
Ən varlı televiziya aktrisası məlum oldu-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İvana Set sevgilisindən Ayrıldı-FOTO
Ləziz salat (foto resept)
Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı artır
Bakıda çoxlu avtomobil dayanacaqları tikiləcək
Dünya mədəniyyətinin ilkləri
18 dərəcə isti olacaq
Filmlərdə tanış olub, bir-birinə aşiq olan məşhur cütlüklər
Bürclərə görə toy
Böyrəkləri təmizləyən içki
Alimlər iki yeni qan qrupu kəşf etdi














