Qadin.NET / Vurulan təyyarə siyasətə düşdü

Vurulan təyyarə siyasətə düşdü

 

Vurulan təyyarə siyasətə düşdü

Rusiyanın Suriyanın Hmeyim aviabazasından havaya qalxan 2 Su 24 qırıcı-bombardmançı təyyarəsi Türkiyənin Hatay vilyətinə tərəf uçurdu.
Rusiyanın Su-24 qırıcı-bombardmançı təyyarəsi Türkiyənin Hatay vilayətinin Yayladağ rayonundan 4 km aralıda vurulub.
Təyyarə Türkməndağı tərəfdən Suriyada türkmənlərin kompakt yaşadığı Yamadi tərəfə yönəlirmiş. Su-24 bombardmana hazırlaşırmış.Təyyarə vurulandan sonra Murtlu və Kepir kəndləri arasındakı Kızıldağ təpəsinin yamaclarına düşüb. Su-24-ün iki pilotu 500 metr yüksəklikdə katapultdan istifadə edərək paraşütlə yerə düşüb.

 

Türkiyənin Müdafiə Nazirliyinin yaydığı açıqlamada isə deyilir: "Hatay vilayətinin Yayladağ bölgəsi rayonunda naməlum təyyarə 5 dəqiqə ərzində 10 dəfə Türkiyənin hava sərhədini pozub. İki F-16 qırıcısı səmaya qaldırılıb və onlar həmin təyyarəni vurublar".

İstefada olan türk general Erdoğan Karakuşun dediyinə görə, Rusiyanın Su-24 qırıcı təyyarəsinin Türkiyənin hava sərhədlərini pozduğu sübuta ehtiyac duyulmayan məsələdir.
"Təhlillər çox aşkar göstərir ki, Rusiyanın hərbi təyyarəsi sərhədlərimizi pozub. Belə sərhəd pozuntusu ölkəmiz üçün birbaşa təhdiddir. Üstəlik, Rusiya radarları sıradan çıxarmağa da çalışıb. Bu isə hava sərhədinin pozulmasından daha təhlükəlidir", - general söyləyib.Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan "Rusiyanın təyyarəsini biz vurduq" deyib, Rusiya prezidenti Vladimir Putin olayla bağlı Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb, bəyanat hazırlayır.

Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyanatla çıxış edib.
NATO da olayla bağlı açıqlama verməyə hazırlaşır.
Moskva və Ankara arasındakı münasibətlərin gərildiyi göz qarşısındadır.

Rusiya sentyabr ayının sonlarından bəri Suriyada aviasiya əməliyyatları keçirir və İŞİD, "Cəbhət əl Nüsra" kimi terror təşkilatlarının mövqelərini bombaladığını bildirir.
İndiyədək 2395 uçuş həyata keçirilib, terrorçulara məxsus 1242 mövqenin və obyektin bombalandığı vurğulanır.
Rusiyanın raket-bomba zərbələri, habelə Suriya prezidenti Bəşər Əsədə hər cür - maliyyə, hərbi, texniki, siyasi, kəşfiyyat və s. - dəstək verməsi Suriyada durumu dəyişməyə başlayıb. Bəşər Əsədə sadiq qoşunlar ölkədə vətəndaş müharibəsi başlanan gündən bəri ancaq geri çəkilirdilərsə, rusların əməliyyatlarından sonra Homs, İdlib, Latakiya, Hələb vilayətlərində hücuma keçiblər.

Mənbə: Milli.Az

24 noyabr 2015
GO BACK