
- Ölkə Prezidentinin oktyabrın 24-də verdiyi sərəncamla "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilib. Dövlət başçısının tapşırığına əsasən, strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının işlənib hazırlanmasına başlanılıb. Fəaliyyət Planı aparılacaq islahatların məqsədini və strateji istiqamətləri, seçilmiş prioritetləri, onların reallaşdırılması üçün qəbul edilməli olan Dövlət Proqramını, icraya məsul və tərəfdaş qurumları, aralıq və yekun hədəfləri, icra müddətini müəyyən edəcək. Fəaliyyət Planının hazırlanmasında beynəlxalq ekspertlər də iştirak edəcəklər. Əsas məqam odur ki, Nazirlər Kabineti strategiyanın icrasının gedişi barədə hər il üzrə dövlət başçısına hesabat təqdim etməlidir. Bu da Рѕ deməkdir ki, "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın icrası Azərbaycan Respublikası Prezidentinin daimi nəzarəti ilə həyata keçiriləcək.Strategiya təhsilin bütün sahələrini əhatə edir, yaxın gələcəyə hesablanmış dolğun, mükəmməl bir fəaliyyət planıdır. Elə bu amillər Dövlət Strategiyasnın uğurla həyata keçiriləcəyinə tam zəmanət verir. Buna əminlik həm də ondan irəli gəlir ki, strategiyanın reallaşdırılması üçün effektiv icra mexanizminin formalaşdırılması, onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması üçün müvafıq işlərin aparılması planlaşdırılır.Strategiyanın reallaşdırılması təhsilin inkişafına necə təsir göstərəcək?
- "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın strateji istiqamətləri sırasında səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, təhsilalanlar tərəfindən onun səmərəli mənimsənilməsini təmin edən və bunun üçün innovativ metodlardan və texnologiyalardan istifadə edə bilən nüfuzlu təhsilverənlərin formalaşdırılması mühüm yer tutur. Bu istiqamətdə görüləcək işlər əsas məqsədə - təhsilin, Рѕ cümlədən ali təhsilin keyfıyyətinin artırılmasına qulluq edəcək.Təhsilin keyfiyyəti deyəndə biz, ilk növbədə, ölçülmüş məqsədlər, müvafıq standartlar və normalarla müşahidə olunan, yüksək kadr potensialı, müasir təhsil proqramları və maddi-texniki təminatla gücləndirilmiş biliklərin və kompetensiyaların dolğunluğunu başa düşürük. Təhsilin keyfıyyəti bu prosesin iştirakçıları - müəllim və tələblərdən çox asılıdır. Müəllim tədris etdiyi fənnə ilk dərsdən maraq oyatmağı bacarmalıdır. Bu isə ilk mühazirədən başlayaraq, tələbələrin mövzunu qavrama bacarığı nəzərə alınmaqla hər bir sonrakı dərsdə müəyyən korreksiyalar edilməklə aparılmalıdır. Mühazirələr və digər dərs növləri zamanı son materiallar və innovativ texnologiyalardan aktiv istifadə olunmalıdır. Yalnız bu yolla tələbələrdə fənnə maraq oyatmaq, bununla da seçdikləri ixtisasa marağı artırmaq və qalıq biliyin formalaşdırılmasına nail olmaq mümkündür.Bir mühüm məsələyə də diqqət yetirmək vacibdir. Postsovet ölkələrinin əksəriyyətində olduğu kimi, ölkəmizdə də ali təhsil sistemi əsasən böyük həcmdə hazır material, məsələlərin həlli yollarının öyrənilməsi və qavranılmasına hesablanırdı. Müasir təhsil sistemində isə əsas yönüm tələbələrə zəruri informasiyanın axtarıb-tapılması, onun ümumiləşdirilməsi və analizi, fərdi həllərin tapılmasının öyrədilməsidir.Strategiyanın həyata keçirilməsində beynəlxalq təcrübədən necə istifadə olunacaq? Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında təhsil sahəsində beynəlxalq təcrübə və meyillərə xüsusi diqqət yetirilir. Dünyada baş verən qloballaşma prosesləri həyatın bütün istiqamətlərində standartların unifıkasiyasını zəruri edir. Avropa İttifaqına daxil olan ölkələr bunu dərk edərək hələ bir neçə il bundan qabaq Avropada vahid təhsil məkanının yaradılmasının vacibliyi haqqında nəticəyə gəldilər. Bununla da onlar təhsildə vahid standartların mövcudluğunun ümumi iqtisadi məkanın formalaşdırılmasındakı əhəmiyyətini vurğulamış oldular.Beləliklə Avropada vahid təhsil məkanı - Bolonya prosesi yaradıldı.Azərbaycan da öz gələcəyini Avropa dövlətləri sırasında gördüyü üçün Avropa və dünya iqtisadi məkanına inteqrasiya etmək məqsədi ilə 2005-ci ildə Bolonya prosesinə qoşuldu.Bolonya prosesi universitet təhsilinin keyfıyyətinin artırılması üçün gözəl bir imkandır. Bu prosesə qoşulmağımızın əsas məqsədi təhsilimizin Avropa səviyyəsinə çatdırılması, ölkəmizin ali məktəb diplomlarının Avropa bazarında tanınmasına nail olmaqdır.Bolonya prosesinin məqsədlərindən biri də kredit-modul sistemlərinin yaradılması, Avropa kredit-transfert sisteminə qoşulmaq idi. Bu isə Рѕ deməkdir ki, bizim tələbələrimiz xaricdə, Avropalılar isə bizim universitetlərimizdə kredit götürə bilsinlər.Biz təhsildə islahatları elə aparmalıyıq ki, universitetlərimiz Avropa universitetləri ilə rəqabət apara bilsinlər, Avropa və dünya reytinq cədvəllərində layiqli yer tuta bilsinlər.Dövlət Strategiyasının "Azərbaycan Respublikasında təhsilin vəziyyəti" fəslində aparıcı beynəlxalq təşkilatların təhlillərinə istinadən təhsilimizin beynəlxalq rəqabətədavamlılıq göstəricilərinin və ölkəmizin ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğu göstərilir.Aparılan islahatların nəticələri beynəlxalq təcrübənin səmərəli istifadəsindən də çox asılıdır. Bu təcrübənin mənimsənilməsi və düzgün istifadə edilməsi məqsədi ilə universitet rektorları, prorektorları, dekanları və professor-müəllim heyəti üçün dünya təhsil məkanına inteqrasiya mövzusuna həsr olunmuş xüsusi treninqlərin təşkili çox vacibdir. Dövlət Strategiyasında həlli mühüm əhəmiyyət daşıyan məsələlərdən biri kimi əhali təbəqələri və regionlar arasında, xüsusən ali təhsilə çıxış imkanlarının genişləndirilməsi məsələsi göstərilir. Bildirilir ki, Azərbaycanın hər 100 min nəfərə düşən ali məktəb tələbələrinin sayı üzrə göstəriciləri əhəmiyyətli dərəcədə artırılmalıdır.Vurğulanır ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Azərbaycan ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənib.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Azərbaycan İKT sahəsində dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib"
Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq
Alimlər: Marsda həyat var
Stress uşaqlara xeyirdir?
Xəzərin suyu niyə çəkilir?
Çanta və ayaqqabı modelləri
Ən mükəmməl əsərlərin siyahısı açıqlandı
Nüvə müharibəsinin qarşısını almış sovet zabiti
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
Ümumi nəqliyyatdan istifadə edən məşhurlar
İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni görüntülər – VİDEO
Dövlət büdcəsi təsdiqləndi
Bu noutbuk Günəşdən qidalanır
Toya gedənlərin DİQQƏTİNƏ: zəhərlənə bilərsiniz - VİDEO
Yeni balans sistemi, yeni imkanlar!
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Beş istedadlı rəssamların rəsmləri
Ruhlar haqqında
Xüsusi karantin rejimi iki həftə uzadıla bilər - RƏSMİ
Dəhşətli epidemiya ilə bağlı xəbər yayıldı
Marsda qeyri-adi tapıntı - VİDEO
"Qara siyahıya" düşən xamalar-SİYAHI
Yaşam-AДћ
Polşanın çiçəkli bölgəsi: Zalipie
Azərbaycanda 200 və 500 manatlıq əskinaslar olacaq
İncə qalmağın 7 yolu
11 yaşlı soydaşımız Azərbaycanı Finlandiyada uğurla təmsil edir
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı
Məşhur aktyor öldü
Onlayn həkim: yenilik, yoxsa...
Asteroidə o qızın adını verdilər
Monika Belluçi ETİRAF etdi-FOTO
Bəxtiyar Vahabzadənin ad günüdür
İdman edərək yaddaşınızı gücləndirin.
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü – 572 yeni yoluxma+FOTO
COVID-19 heyvanlar arasında da yayılmağa başlayıb
Maraq zəkası - yaradıcı zəkanız
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Geyim kombinasiyaları
“Batmayan qadın”ın həyatı film olur-FOTO
Qadınlarımızın sayı açıqlandı
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Buzdan 150 min dolları kim çıxaracaq?
20 yaşlı qız xərçəng şişini doğdu
Şarlz Teron Şon Pennlə nişanlanmasından danışdı
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Azərbaycanda koronavirusdan ölənlərin dəfn prosedurları açıqlandı - RƏSMİ
Xocalı soyqırımı günü Bakıda bu yollar bağlanacaq
Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma
Azərbaycanda maskanın qiyməti niyə bahalaşıb?














