“Oğlum təlimlərdən evə geri dönən zaman öz şəklinə baxıb mənə dedi ki, bir gün bu şəkildə sən şəhid görəcəksən, ana”.
Qadin.Net bildirir ki, bunu Trend-ə açıqlamasında Vətən Müharibəsində şəhid olmuş kapitan Türkay Hüseynlinin anası Şəkər Hüseynova bildirib.
Onun sözlərinə görə, oğlunun gənc yaşlarından hərbiyə marağı olub və həmişə vətən üçün əlindən gələni edib:
“Mən özüm də Türkayı uşaq vaxtlarından hərbçi kimi təsəvvür etmişəm. Onu daim hərbi geyimdə görməyi arzulayırdım. Elə 2009-cu ildən onun yolu hərbiyə bağlandı. Daxili Qoşunların xüsusi təyinatlılarında həqiqi hərbi xidməti başa vurduqdan sonra bizimlə məsləhətləşib müddətdən artıq xidmətə başladı.
Qubaya təyinat alıb orada xidmət etdikdən sonra Türkiyədə xüsusi kurslar keçərək, gizir rütbəsi aldı. Qubada bu rütbədə çalışdıqdan sonra Ali Hərbi Məktəbdə zabitlik kursunu başa vurub leytenant rütbəsi aldı.
Sonra elə leytenant kimi də Qubaya qayıdıb orada işləyib. Onun hər rütbəsi qalxdıqca vətənə, hərbiyə sevgisi, istəyi artırdı, sevinci yerə-göyə sığmırdı”.
Ş.Hüseynova bildirib ki, oğlu 2019-cu ildə Sumqayıt Daxili Qoşunlarına təyinat alıb və orada kapitan rütbəsinə qədər yüksəlib:
“Oğlum Sumqayıtda çalışdığı dövrdə də seçilən hərbçilərdən olub. İyul hadisələrində könüllü olaraq cəbhədə döyüşmək üçün adını yazdırmışdı. Döyüşlər qabağı ara-sıra təlimlərdə olurdular.
Bir gün Türkayın dolabda qalan şəklini çıxardım. Həmin zaman o, təlimlərdən gəlmişdi və şəkilə baxıb mənə dedi ki, ana, bir gün o şəkildə sən şəhid görəcəksən. Bu sözlərdən sonra keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Soruşdum ki, nəyə görə elə deyirsən, Türkay? Cavab verdi ki, heç, elə-belə dedim”.
Şəhid anası bildirib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 28-də telefonla danışıb. Türkay anası nigaran qalmasın deyə ona daim şəhərdə olduğunu deyib:
“Türkayla sonuncu dəfə danışanda dedi ki, şəhərdəyəm, yoldaşlarla oturub çörək yeyirik. Ancaq sən demə, o, həmin zaman artıq döyüşlərdə imiş, sadəcə, mənə demirdi. Yaşadığımız məhəllədə şəhid bulağı var, dostları ilə sonuncu dəfə orada görüşəndə bulağa baxıb deyibmiş ki, bir gün mənim də şəklimi burada görərsiniz”.
44 günlük Vətən Müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların arasında Azərbaycan ordusunun Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Türkay Hüseynli də olub. Türkay 2020-ci ilin 3 oktyabr tarixində Şəhidlik zirvəsinə ucalıb.
XƏBƏR LENTİ
Hava haqqında - 01.10.2013
Bir dəfə də sus, bomba partlamayacaq...
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Nazirlikdən koronavirusa görə veriləcək ödəmələrlə bağlı daha bir AÇIQLAMA
Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın
Kitab"sevər"lər
Çağla Şikelin qazancı TƏƏCCÜBLƏNDİRDİ
Arutyunyan: “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
Kəpənək qalstuklarının tarixcəsi
"İstanbullu gəlin"in aktrisası öz qızları ilə çəkilmək istəyir
Qəbul imtahanlarının vaxtları açıqlandı
Azərbaycanda uşaqların cinsinə görə abortlara qadağa qoyulacaq
Kartofla dəri baxımı
İlk elektrik təyyarəsi uçdu - FOTO
Bu qadağalar hələ də qüvvədədir
Azərbaycanda uşaqları sevindirəcək yenilik
Üz quruluşuna görə papaq seçimi
Cazibədar xanımların seçimi
Hindistan tarixində ilk dəfə
Əcnəbilərə daimi yaşamaq icazəsinin verilməsi tələbləri sadələşdirilir
İlan dərisindən olan çantalar
Azərbaycan silah satacaq
Məşhurların illər əvvəl və sonrakı -FOTOları
Kərə yağını "dərə" yağından necə ayıraq?
Əriyən qar selə döndü, sakinlər təlaşda: bənd hər an partlaya bilər
Çempionlar Liqasının 4 bəxtəvər komandası
Müasir yataq otaqları
Hamı savaşa hazır olacaq
Dünyanın ilk uçan maşını satışa çıxarıldı - VİDEO
Qorxulu kadrlar: qatil belə hücuma keçdi
Yumurta sarısı qadına ana olmaqda kömək edib
Sabah leysan yağacaq
"Qadın.Net" çantası. Qurama (Dərs-6)
"Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir"
Qadınlar ən çox hansı havada intihar edirlər?
Cücə salatı (foto resept)
Uşaqlar üçün böyük xəstəlikləri
Kiprikləri uzatmaq üçün maska
"Yahoo!" 5 ofisini bağlayacaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Diş məcunu sızanaqları yox edirmi?
Sabah havanın hərarəti 36 dərəcəyə çatacaq
Kokoslu yaş keks
Azərbaycanda koronavirusa daha 28 yoluxma qeydə alındı, 59 nəfər sağaldı
Bu adalara "YOX" deyildi-SİYAHI
Xocalıda cəhənnəmi görən pilot Bakıya gəlir
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Naxçıvan paxlavası (foto resept)
Xəz gödəkçələri necə geyinməli?
Eser Yenenler yeni pəhrizə başladı














