
Azərbaycanda bütün çətinliklərə baxmayaraq, 10 maşın, 5 ev, hətta 10 arvad alıb-boşamaq olur, amma cüzi sənədləşmə işi gələndə ən xırda məmur belə sənə meydan oxuyur. Elə bir vəziyyətdir ki, insanlar ölüm kağızını belə alanda çətinliklə üzləşir, "şirinlik" verir...
Ağdam rayonundan məcburi köçkün olan Röya adlı oxucu da süni yaradılan problemlə üzləşib. Oxucu Milli.Az-a yazır ki, bir neçə il əvvəl ailə həyatı qurub və kredit yolu ilə aldığı mənzildə yaşayır. Müvəqqəti olaraq Binəqədi rayonunda valideynləri ilə rəsmi qeydiyyatdadır.
Oxucu valideynləri ilə qeydiyyatdan çıxaraq ayrıca təsərrüfat olmaq üçün müraciət etsə də, ona maneələr yaradılır. Ağdam rayon İcra Hakimiyyətinin Bakıda yerləşən nümayəndəliyindən ona deyilib ki, Qaçqınların və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkün ailələrində övladların ayrıca təsərrüfat olmasına qadağa qoyub. Əsaslandırılıb ki, bu, məcburi köçkünlərin onlar üçün tikilən evlərdə süni sənədləşmə aparılması ilə bağlıdır.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sosial təminat və humanitar yardım şöbəsinin müdiri İsbəndiyar Əbdüləzimov Milli.Az-a açıqlamasında bildirdi ki, hansısa məcburi köçkünün evi varsa və ayrı təsərrüfat olmaq istəyirsə, burada heç bir problem yoxdur.
Şöbə müdirinin sözlərinə görə, təssərüfatların ayrılması yerli icra nümayəndələrinin uçot kitabı əsasında aparılır: “Kənd icra nümayəndəsi icra hakimiyyətində vəsatət qaldırır və bu məsələ şura iclasında müzakirə olunur. Ayrı təsərrüfat olandan sonra isə digər məskunlaşma işləri həyata keçirilir. İcra hakimiyyəti tərəfindən ayrı təsərrüfat olandan sonra ayrı təsərrüfat olmaqla bağlı sənədlər həmin şəxsin məskunlaşdığı rayona təqdim olunmalıdır. Çünki ayrı təsərrüfat olan məcburi köçkünün kommunal xidmətləri də yaşadğı rayona keçməlidir”.
İ.Əbdüləzimov icra hakimiyyətlərinin məcburi köşkünlərin ayrı təsərrüfat etməməklə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin adını hallandırması məsələsinə də aydınlıq gətirib:
“Bəzən 18 yaşı yenicə tamam olan, ailəsi olmayan subay oğlan və ya qızları ayrı təsərrüfat edirlər. Tutaq ki, Ağdamın İmmaqulubəyli kəndinin ərazisində dövlət proqramına uyğun olaraq 632 evlik qəsəbə salınması planlaşdırılır. Bəzən evlər tikilərkən onun siyahısı tərtib olunur və evlərin inşasına başlanır. Qəsəbənin tikintisi getdiyi dövrdə təsərrüfatlarda ayrılmalar əmələ gəlir. Mənzillərin bölgüsü zamanı əlavə problem yaranır. İcra hakimiyyətləri tərəfindən siyahıyaalma aparılır, 632 tikilib qurtarana yaxın törəmə aillərin sayı çoxalır. Bu səbəbdən icra hakimiyyətlərindən xahiş olunub ki, icra nümayəndələrinin yaratdığı törəmə təsərrüfatların qarşısını alsın”.
Anar Məmmədov
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Tərcümə olunmayan sözlər
Baş katib: "Türkdilli ölkələr iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığı gücləndirəcəklər"
Artıq düşmən cəbhəyə qadınlarını göndərir
Çiyələyin mikroblarını necə təmizləməli?
Çiyələk və albalının faydaları
“Selfie” çəkib paylaşan kişilər xəstədir
Serenayı bir də belə görün - FOTO
Rolls-Royce-dan yeni xəyal
Eva Lonqoriya Karib dənizində-FOTO
Azərbaycanda bu şəxslər ödənişsiz ali təhsil ala bilər
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Tramvay dalınca qaçan Bakı
Hərbi çağırışa start verildi
Hamiləlikdə nə yeməli?
Real olduğuna inanamayacağınız faktlar
I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq
At şampununun saçlarımıza təsiri
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Ramazanda ürəyi yoran 8 səhv
Tolgahan oğlunun 12 saatlıq doğumundan danışdı-FOTO
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
Efiopiya hökuməti 3 milyon iş yeri açır
Günün qoroskopu: Səhhətinizə nəzarət edin!
Murat Boz Aslını sildi
Xəzərdə nərə balıqlarının kommersiya ovuna moratorium tətbiq ediləcək
Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə tarixi baxış
Fransız şirniyyatı
Bayramı təhlükəsiz keçirməyin yolu
Günün ulduz falı - 30.03.2014
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin
Monika Belluçi Etirafları ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ramazan təqvimi (8 iyul)
Koronavirusa yoluxmuş baş nazir altıncı dəfə ata oldu
Hamiləlikdə saç baxımı
Məşhur alimdən XƏBƏRDARLIQ: 8 ballıq zəlzələ yaxınlaşır
Android bazarı ələ aldı
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Kürd lider PKK-ya yox, TSK-ya səsləndi: silahı yerə qoyun
Doğum sonrası psixoz: çarəsi yoxdur?
Ebru Şallıya milyonluq hədiyyə
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Bakıda şimşək çaxacaq, yağış yağacaq
Sağlam həyat üçün 21 üsul
Sellülitdən aspirinlə xilas olun
Ay Yerə YAXINLAŞIR
Sabah Yerə yaxınlaşacaq – NASA xəbərdarlıq etdi
Prezident İlham Əliyev: "Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir"
"Şaxta baba" salatı
Ancelina Coli xəstəxanadan çıxdı-FOTO
Quş qripinə görə monitorinqə start verildi















- ŞƏRHLƏR