Xatırlayırsınızsa, bir zamanlar yağlı dəri qüsur hesab olunurdu. Tərləyəndə üzdə yaranan parıltını silmək üçün dərhal salfet axtarır, yaxud bu kiçik problemi mat kirşan vasitəsilə aradan qaldırırdıq. Bu gün hər şey əksinədir. Makiyaj ustaları üzdə təbii parıltı əldə etmək üçün dəridən-qabıqdan çıxaraq müxtəlif məhsullar təklif edir.
Moda həftələrində də dizaynerlər podiuma çıxan qızların dərisinin nəmli görünməsi üçün hər vəchlə çalışıblar. Lakin onun düzgün həyata keçirilməsinin bir neçə qaydası var.
Milli.Az publika.az-a istinadən bu yazıda dərini parıltılı göstərməyin yollarını izah edib.
1. Əsas faktor düzgün qidalanma və yuxu rejimi, o cümlədən, dəriyə mükəmməl qulluqdur. Dəri tipinə uyğun keyfiyyətli məhsullar seçməyi unutmayın. Onların sayəsində dəri daim sağlam və parlaq görünəcək.
2. Dəri tipini nəzərə alıb, ona uyğun maska çəkin. Məsələn, yağlı dəriyə sahib olanlara gil maskası məsləhət görülür. Gil maskası dərini ölü hüceyrələrdən təmizləyib ona təravət bəxş edəcək. Quru dəriyə sahib olanlara isə nəmləndirici banan maskaları tövsiyə olunur.
3. Çoxlu su için. Su çatışmazlığı özünü dəridə dərhal göstərir. Dəri quruyur və qırışmağa başlayır.
4. Hər səhər nəmləndirici kremlə dərini masaj edin. Qan dövranını artırmaq üçün dairəvi hərəkətlərlə kremi dəriyə yaxşıca hopdurun. Bu zaman dəriniz sizə minnətdar olacaq!
5. Mümkün qədər makiyajdan az istifadə etməyə çalışın. Üstəlik, təbii makiyaj bu il çox dəbdədir. Bu tendensiya sizə dərinin əsl gözəlliyini nümayiş etdirmək və onu ağır makiyajla boğmamaq üçün əla fürsətdir. Odur ki, dərini kosmetik məhsulların hücumuna məruz qoymayın.
6. Şəffaf tekstura seçin və dərinin tələbatını nəzərə alın. Əgər dərinin dəyişkən tonu sizi narahat edirsə, makiyaj üçün yüngül və sulu tonal kremlər seçin. Bu cür məhsullar dəriyə zərər vermədən qüsurları ehmalca örtür.
7. Dəriyə təbii parıltı vermək üçün həddi aşmaq lazım deyil. Burada balansı qorumaq çox əhəmiyyətlidir. Əgər günortadan sonra sizin dəriniz yağlı görünürsə, o halda gözün kənarlarına, burun sümüyünə az miqdarda olmaq şərti ilə toz halında satılan şəffaf kirşan çəkin. Kirşan dərinin yağlılığını azaldaraq parıltını səliqəyə salacaq. Beləcə, üzünüz gün ərzində nur saçacaq.
8. Əgər təbiət sizi sağlam və gözəl dəri ilə mükafatlandırıbsa, o zaman heç nə çəkməyin. Onsuz da, ideal dəri gözəlliyinizi vurğulayır. Lakin ona qulluq barədə unutmayın. Gündəlik makiyaj üçün dodaqlara neytral tonlarda balzam və tuş çəkmək kifayətdir. Bu, ən müasir, sürətli və ən ucuz gözəllik trendidir.
Milli.Az
XƏBƏR LENTİ
Sürücülərə verilən vaxt bazar ertəsi bitir - 50 manat cərimə TƏHLÜKƏSİ
Rövnəq Abdullayev “Qarabağ”ı təbrik edib
Pensiyaların artırılacağı tarix bəlli oldu
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Yumşaq divan dəstləri
DİN-dən əhaliyə ÇAĞIRIŞ
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ-16 fakt
Günün qoroskopu - 22.11.2013
Röya Ayxan: "Kişi üçün bu bəsdir"
Yeni doğulmuş körpə
Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
DSMF sədri sığorta-pensiya sistemində gözlənilən islahatların əsas istiqamətlərini açıqladı
Uzun ömürlü qadınların sirri
Uçan ilanlar
Qadınlar niyə aldadılır?
Tənhalıq immun sisteminə təsir göstərir
Məşhur aktyor Cey Lonu lağa qoydu-FOTO
Cəbhədən qaçan yüksək vəzifəli erməni məmurlar işdən qovuldu
Təhsil nazirindən şagirdlərə qadağa
İdman alətləri arıqladırmı?
Koronavirusun risk qrupu açıqlandı – Bu adamlar isə sağalır
3 günə 100 min xərclədi - FOTO
"Messi digər futbolçuların statistikasına baxmır"
Bakıda bağçalarda yoxlamalar başladı
Bölgələrdə 8 Mart qeyd olundu
Azərbaycanda karantin rejimi belə yumşaldılacaq - RƏSMİ AÇIQLAMA
Dözülməz istilər davam edəcək
Ancelina Colinin boşanmadan sonra ilk sessiyası - FOTO
5 dəqiqədə 2 milyon qazandı
Murad Boz TOYUNDAN DANIŞDI
Trend saç aksesuarları
Valideyn himayəsindən məhrum olmuş 33 uşağı sevindirdilər
Plastik əməliyyat etməyə dinimizdə icazə verilirmi?
XXI əsrin müqaviləsi
Gəncədə sərin su aksiyası
Hava haqqında
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
Türkiyədə şəhər satılır
Damalı ətəklər yenidən dəbdədir!
Moskvada Azərbaycan rejissorunun filmi göstəriləcək
Ürəyin işinə nəzarət edən "Ağıllı geyim" yaradıldı
Milyon dollarlıq avtomobil təqdim olundu
Kimlər uzun saçlardan istifadə etməlidir?
Hərbi qulluqçuların pensiyaya çıxması üçün şərtlər dəyişib?
Həyatın həzzi
Sobada kartof dilimləri
Kadırov Zabit Səmədova bahalı avtomobil bağışladı
Azərbaycanda tədrisin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA
80 yaşlı kişiyə ərə gedən aktrisanın yeni paylaşımı














