Şüvəlan qəsəbəsində "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" adlı xeyriyyə məqsədi ilə açılan mağaza elə ilk gündən sosial şəbəkə istifadəçilər tərəfindən maraqla qarşılanıb.
Milli.Az Qafqaz.İnfo-ya istinadən bildirir ki, təşkilatçılardan biri olan Sərxan Quliyev bu xeyriyyə aksiyasını 1 ay əvvəldən planlaşdırdıqlarını, az vaxt ərzində böyük marağa səbəb olduğunu deyib:"1 ay əvvəl belə bir ideya ağlımıza gəldi, əvvəlcə dost-tanışa deyib fikrini öyrəndik. Hamı maraqla qarşıladı, biz də təşkil etmək qərarını aldıq. Mağaza dünən açılsa da, xeyli sayda zənglər gəlir, maraqlananlar var. Bu yerin sahibi də aksiyamıza dəstək olmaq üçün bizdən pul almır. Növbələşib insanlara nəzarət edirik ki, hər hansı bir anlaşılmazlıq olmasın".S. Quliyevin sözlərinə görə, o aksiya barəsində sosial şəbəkədə yazıb və məlumat bundan sonra yayılıb, KİV nümayəndələri, mağaza sahibləri maraqlanıb. Hətta bəzi mağazalar əllərində olan malın bir hissəsini xeyriyyə məqsədi ilə onlara verib. Bunu da təşkilatçı qutuların üstündəki qiymətləri soruşduğumuz zaman dedi:"Özünüz görürsüz, mağazalardan göndərilən malların bəzilərinin qiymətlərini çıxarmışıq, bəziləri üstündə qalıb. Təptəzədi. Ehtiyacı olan gəlir, götürür. Kimin nəyi varsa, yuyur, ütüləyir gətirib asır. Mağazamız günorta 2-dən axşam 5-ə kimi açıq olur. Burada gördüyünüz hər kəs bir işlə məşğuldur, bir az vaxt tapdıqca gəlir, mağazada insanlara kömək edir".
Düzü, mağazada paltarlara maraq böyük idi. Hətta iri paketlərlə pal-paltar, sumka, ayaqqabı aparanlar da az olmadı. Digər bir təşkilatçı Elçin Əlizadə bildirdi ki, paltarlar üçün hər hansı bir limit qoyulmayıb:"İnsanlarımızın ehtiyacı var, kimə deyə bilərik ki, birini götürdün, ikincini götürmə. Deyirlər ki, evdə 4 uşaq var, onlar üçün paltar lazımdır. Mən necə əllərindən alım? Ancaq insan başqalarını da fikirləşməlidir. Taksi ilə gəlib buradan paltar aparan var, axı o taksiyə verdiyi pula paltar da ala bilər. Bu, Allah yolunda edilmiş bir ehsandır. Bizim borcumuz təşkil etməkdir, daha kim necə istifadə edər, o, onun bildiyi işdir".
Reportaj əsnasında özünü "kəndxuda" deyə təqdim edən icra nümayəndəsi ilə təşkilatçılar arasında kiçik bir anlaşılmazlığın da şahidi olduq. Qəsəbədəki bu kimi xeyriyyə aksiyaları barədə onlara xəbər verilməli olduğunu bildirən icra nümayəndəsi sonradan təşəbbüsü alqışladığını söylədi:"Mənə zəng vururlar ki, qəsəbədə belə bir şey var. Burada ola-ola açıb saytlardan oxuyuram. Axı bir bizim də xəbərimiz olmalıdır. Biz də öz yardımımızı edərik. Evdə ehtiyacımız olmayan nə varsa, yuduzdurub, ütülədib mağazaya gətirərəm".Təşkilatçılar xeyriyyə aksiyasını bununla bitirməyəcək. Onların növbəti məqsədi digər kənd və qəsəbələrdə də bu kimi kampaniyalar təşkil etməkdir. Gələcəkdə ehtiyacı olan ailələr kompüter sistemi vasitəsilə müəyyən ediləcək. Təşkilatçılar ehtiyacı olan hər kəsi mağazalarına dəvət edir, ehtiyacı olmayan insanların, mağaza sahiblərinin isə bu aksiyaya dəstək olacağına inanırlar.Ehtiyacı olan və yardım etmək istəyənlər bu ünvana müraciət etsinlər: Şüvəlan qəsəbəsi, Nizami küçəsi. Tel: 070 900 08 06
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Bakı-2015" qonaqlarına milli səhər yeməkləri təklif olunacaq
Əyləş və dincəl
Muratda Aslıya 30 minlik tətil surprizi
Obamadan dünya ölkələrinə çağırış
Baş prokuror: “Hərbçilərimiz Füzulidə bayraq sancmağa bir yer tapmadı”
Britni Spirsin 57 milyonluq davası
Azərbaycanda daha 153 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Enerji cibdə doldurulacaq
Günün ulduz falı - 07.08.2013
Yataq otağı dizaynları
Göz hərəkəti nədən xəbər verir?
"ASAN xidmət" mərkəzlərində işləmək istəyənlər üçün müsahibə elan edildi
ABŞ Serjdən girovları istəyir
Maksim Şevçenko: “Mən ədalətin tərəfindəyəm” - VİDEO
2013 gəlinlik modelləri
Cavanlar üçün təhlükə: qocalıq psixozu
Ramiz Mehdiyevin kitabı müzakirə olunur
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar
Yuxuda yıxılma hissi
Sabah Günəş tutulması baş verəcək
Topuz modelləri
Bu günün tarixi (20.10.2014)
Düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı: Ordumuz vacib yüksəklikləri azad etdi - RƏSMİ
Bakıda yeni tikililərin qiyməti dəyişib
İpoteka asanlaşdı: minlərlə aztəminatlı mənzil alacaq
Tibb işçiləri həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA
Vladimir Solovyov Dağlıq Qarabağa qanunsuz olaraq dəfələrlə getdiyini etiraf etdi - VİDEO
Həftənin ilk günü neft ucuzlaşıb
Azərbaycanda 10 il uşağı olmayan ailələrə müjdə
Artıq çəkidən azad olmağın yolları
Rusiya turistlər üçün açıq olan ölkələrin siyahısını genişləndirəcək
33 il əvvəlki fotosunu paylaşdı, heç kəs tanımadı
Sevgiyə aid ən yaxşı 11 türk filmi
2020-ci il “Könüllülər ili” elan edildi
Dünyanın ən varlı adamları Londonda yaşamağa üstünlük verirlər
Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir - VİDEO
Pınar Altuğun son FOTOsu sevənlərini məyus etdi
Acun Ilıcalı və Şeyma Subaşı yenidən BİRLİKDƏ - FOTO
Cem Yılmazın bağında yanğın oldu
Natalie Costellonun qeyri-adi makiyajı
Avropanın ən çox qazanan ulduzları - Forbes
Günün qoroskopu: çətin qərarlar qəbul etməlisiniz
Tanınmış azərbaycanlı aparıcı "Bakı-2015" ilk Avropa Oyunlarının ulduz elçisi seçilib
Əməkdar artist boşanma xəbərlərindən danışdı
Güləşçilərimiz medallarının sayını 5-ə çatdırdılar
"Sabah" bizdən üzr istədi
2019-un ən yaxşı 15 filmi
Bakı Avtovağzalında qiymətlərə onlar nəzarət edəcəklər
Kitabların həyatı
Həyatınızı dəyişdirəcək 30 karma qanunu














