Yenicə ailə həyatı qurduqda bir müddət adaptasiya probleminin yarandığını deyən psixoloq Narınc Rüstəmova Milli.Az-a açıqlamasında bunun normal olduğunu söyləyir. O, ailə həyatı qurduqdan sonra əsas problemin ailə modeli ilə bağlı olduğunu deyərək hər iki tərəfin özünün qavradığı modelə üstünlük verdiyini vurğulayır:
“Hər bir insan ailə modelini böyüdüyü mühitə uyğun olaraq qurmaq istəyir. Təbii ki, bu zaman xanım və bəy öz ailə modelini tətbiq etməyə üstünlük verəcək. Beləcə tərəflər arasında ziddiyyət, modellərin toqquşması yaranacaq. Qadın həyat yoldaşının atası kimi olmasını, kişi isə xanımının eynilə anasına bənzəməsini tələb edəcək. Bax, anam belə eləyib, o səndən fərqli olaraq bu cür düşünüb, və s. və ilaxır”.Psixoloq ailə həyatı qurmazdan öncə cütlüklərin tibbi müayinədən keçməsinin də vacibliyini vurğulayır. N.Rüstəmova deyir ki, xoşbəxt ailəyə gedən yol sağlamlıqdan keçir:
“Xoşbəxt ailənin digər əsas sirri isə sağlam ruh, sağlam bədəndir. Valideyn sağlam olmadıqda övladını necə böyüdə bilər? Bu gün hər bir cəmiyyət kimi ölkəmizin də sağlam övlada, ailəyə ehtiyacı var. Ailə özü dövlətin kiçik modelidir. Sağlam övlad dünyaya gətirmək üçün tibbi müayinədən keçmək lazımdır ki, sabah ailə həyatı quranda ilk addımdan problemlərlə qarşılaşmayasan. İstər-istəməz tibbi problemlər də insanın xoşbəxtliyinə təsirsiz ötüşmür”.
Psixoloq bir çox dünya ölkələrinin təcrübəsindən söz açaraq deyir ki, ailə həyatı qurmazdan öncə, hətta subay vaxtlarda, əks cinslərin nümayəndələri psixoloqa müraciət edərək gələcəkdə necə xarakterli şəxslə evlilik həyatı yaşamalarının məsləhətli olduğunu öyrənirlər:
“Amerikada insanlar yalnız problem yarandıqda psixoloqa müraciət etmirlər. Onlar mütəmadi olaraq psixoloqla ünsiyyət qurur, onunla fikirlərini bölüşür, cari və gələcək dönəmdə ətrafdakılarla necə davranmağın lazım olduğunu öyrənirlər. Azərbaycanda da həyat yoldaşı seçməzdən öncə xanımlar və bəylərin psixoloqa müraciət etmələri məsləhətdir. Psixoloq müraciət edənlərə xasiyyətinə görə necə bəylə ailə həyatı qurmağı tövsiyyə edir. O, insanlara yardımçı olur ki, bir-birinə xas cəhətləri kəşf edə bilsinlər. Emosional insanlara həyat yoldaşı seçərkən nələrə fikir vermələrini aşılayır. Bəzən olur ki, cütlüklərin heç bir ortaq nöqtəsi olmur, psixoloqa müraciət edirər ki, problemlərini həll etsinlər. Bu, əlbəttə ki, qeyri-mümkündür”.Ailə həyatında adaptasiya, güzəşt və s. bu kimi məsələlərin də müəyyən yerə qədər olduğunu deyən psixoloq zaman keçdikcə tərəflərin nəyinsə yenidən izahını verməkdən bezdiklərini söyləyir. Xanımların hər zaman bəylərdən diqqət görmək istədiyini deyən ekspert bəzən kişilərin diqqətsizliyinin əks cinsin nümayəndələri tərəfindən başqa cür qiymətləndirildiyini söyləyir:
“Xanımlar zərif məxluqlardır, onlar hər zaman diqqət və qayğı görmək istəyirlər. Bunu müəyyən qədər başa düşmək olar. Bəzən kişilər ailə həyatı qurduqdan sonra xanımlarına bir o qədər də diqqət göstərmirlər. Əksər xanımlar elə düşünürlər ki, həyat yoldaşının ona qarşı sevgisi ölüb. Əslində bu belə deyil. Adaptasiya, öyrəşmə var. Zaman keçdikcə ikili bir-birinə daha da bağlanır, xasiyyətlərinə bələd olurlar. Sevgili, nişanlı dövrlə evlilik dönəmini qarışdırmaq olmaz. Hər zamanın öz tələbi var. Bir ilin evliliyi ilə on ilin evliliyi də bir deyil. Hər iki halda tərəflərin bir-birinə sevgisi olsa da, münasibətlər fərqliliyi ilə seçilir. Ola bilər, qadın həyat yoldaşından daha böyük diqqət görmək istəyir. Məsələn, yenicə tanış olduqları dönəmdəki kimi ondan tez-tez sevgi mesajlarını yazmasını gözləyə biər. Və ya kişi nişanlılıq dönəmində olduğu kimi xanımını hər zaman bər-bəzək içində görməyi arzulaya bilər. Zaman keçdikcə bu istək-tələblər mümükünsüz görünməyə başlayır. Buna görə xanımlar və bəylər gözləntilərini, istəklərini zamana görə də uyğunlaşdırmağı bacarmalıdırlar”.
Evlilik həyatının hər bir mərhələsinin bir-birindən fərqləndiyini deyən N.Rüstəmova xoşbəxt ailənin əsas tələbindən danışır. O, tərəfləri daima barışıq mövqeyində dayanmağa səsləyir: “Xoşbəxt ailənin əsas tələbi odur ki, tərəflər barışıq mövqeyində dayansın, bir-birinin fikrini qəbul edə bilsinlər”.
N.Rüstəmova ailə modelinə görə tərəfləri bir-biri ilə didişməkdən daha çox, yeni, özlərinə xas modeli yaratmağı tövsiyə edir: “Tərəflərin mənimsədikləri ailə modellərini tətbiq edərək bir-biri ilə mübarizə aparmaqdan daha çox, ortaq mövqeyə gəlmələri məsləhətdir. Sözün əsl mənasında yeni ailə qurulmalıdır, onun öz modeli olmalıdır”.
N.Rüstəmova deyir ki, günümüzün əsas problemlərindən biri də hər iki tərəfin valideynləri, qohum-əqrəbaları tərəfindən yeni qurulan ailələrə edilən müdaxilələrdir: “Günümüzün əsas problemlərindən biri də valideyn müdaxiləsidir. Kişi və qadın hər hansı problemini valideynləri ilə müzakirə edir. Bu da bəzi hallarda boşanmalara səbəb olur. Bir çox hallarda tərəflər ciddi bir səbəb olmadan boşanma qərarını alırlar. Bunun da əsas səbəbi onların bir-birini başa düşməməsi, ailəyə edilən kənar müdaxilələrdir”.
Ekspert cütlükləri eqomuzu ifadə edən “mən” sözündən imtina etməyə səsləyir: ““Mən” sözündən imtina etmək lazımdır. “Mən”dən imtina etdikdə münasibətlər düzələcək. Ailə həyatı qurduqdan sonra “mən” deyil, “biz” deyə danışmalı, nədənsə söz açmalı, təfəkkürümüzdə “biz” anlayışını formalaşdırmalıyıq”.
Psixoloq Asəf Kərimov isə kişilərə bacardıqları qədər xanımlarına vaxt ayırmağı, onlara qarşı diqqətli olmağı tövsiyə edir: “Ailə həyatı qurduqdan sonra da kişilər xanımlarına yetərincə vaxt ayırmalı, ona qarşı hər zaman diqqətli davranmalıdırlar. “Mən bütün gün işdə oluram” ifadəsini, yəqin ki, gələcək ailənizdə eşitmək istəməzsiniz. Kişilər xanımlarını hərəkətləri, xoş sözləri, göstərdiyi diqqət-qayğı ilə də sevindirə bilərlər. İnsanlar ailə qurmazdan öncə daim qarşısındakının nəzərində müsbət imicini saxlayır. Buna görə hər görüşə xüsusi hazırlaşır, lakin evlilikdən sonra biz heç də həmişə bir-birimizi sığallanmış, bəzənmiş görə bilmirik. Bunu nəzərə alaraq onun görüşdən fərqli mühitdə necə olduğuna diqqət yetirməyiniz daha önəmli məsələdir”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR