Aparılan araşdırmalar boşanmalara görə Avropa ölkələri və ABŞ-ın liderlik etdiyini göstərir. Belə ki, boşanma sayına görə ilk yerlərdə İngiltərə, ABŞ, Yeni Zelandiya, Kanada, Rusiya, Ukrayna kimi ölkələr gəlir. Bu ölkələrdə hər min nəfərə 3-5, İngiltərədə isə hətta 10-13 boşanma düşür. Ən az boşanma isə Monqolustan, Liviya, İran, Tacikistan, Braziliya, Türkiyə, Gürcüstan, Makedoniya, Bosniya-Herseqovina kimi ölkələrdədir.
Azərbaycanda isə bu ilin 4 ayı ərzində 24800 nikah bağlanılıb və 3900 boşanma qeydə alınıb. Qeyd edək ki, 2013 cü ilin yanvar-aprel aylarında isə nikahların sayı 24300, boşanmaların sayı isə 3800 olub. Hesablamalara görə, ölkədə əhalinin hər min nəfərinə 8 nikah, 1,3 boşanma düşür. Belə yüksək göstərici sonuncu dəfə 1992-ci ildə qeydə alınıb. Sonrakı illərdə boşanmalarda azalma qeydə alınsa da, 2010-cu ildən boşanmaların sayında artım müşahidə edilib.
Boşanmaların sayında olan artım xüsusən şəhər yerlərində qeydə alınıb. 2009-cu ildə şəhər yerində hər min nəfərə 1,2 boşanma düşürdüsə, ötən il bu rəqəm 1,7-ni ötüb. Boşanmaların artması kənd yerlərində də müşahidə olunub. 2004-cü ildə hər 1000 nəfərə 0,3 boşanma qeydə alınmışdısa, hazırda bu göstərici 0,7-ni ötüb. Yəni kənd yerində boşanma səviyyəsi 2 dəfə artıb. Hesablamalara görə, hər il 5000 uşağın valideyni boşanır.
Mütəxəssislərin fikrincə, boşanmalardan ən çox zədə alan azyaşlı uşaqlardır. Belə ki, parçalanan ailələrdə çox zaman anayla qalan uşaqlar atalarıyla ya görüşdürülmür, ya da ayrılan atalar öz övladlarına zaman ayırmaqdan imtina edirlər.
Bugünkü vəziyyətdə belə hallarla dəfələrlə qarşılaşırıq. Psixoloqların fikrincə, yaşanan bədbəxtliklər nə boyda olursa-olsun, insanlar bir-birindən boşana bilər. Amma boşanma zamanı uşaqları alətə çevirmək qəbuledilməzdir. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, iki tip boşanma var. "Birinci tip boşanmalarda valideynlər uşağın kimdə olmasından asılı olmayaraq, qarşı tərəflə tez-tez görüşməsinə imkan yaradırlar. Bu, doğru yoldur. İkinci qrup boşanmalarda isə tərəflər bir-birini incitmək məqsədilə uşağı alətə çevirir. Onun qarşı tərəf ilə görüşməsini əngəlləyirlər. Eqo bu insanlara o qədər təsir edir ki, onlar uşaqlarını belə düşünmürlər. Ümumiyyətlə, boşanmadan sonra kiçik yaşda uşaqların atalarıyla yalnız həftə sonları görüşdüyünü bilirik. Belə bir vəziyyətdə atanın uşaq qarşısında əhəmiyyətli bir fiqur olduğunu hər zaman xatırlatmaq lazımdır".
Atalar uşaqların gizli qəhrəmanlarıdır. Xüsusilə oğlan uşaqlarının gələcək şəxsiyyətlərinin formalaşmasında ataların böyük rolu var. Bununla yanaşı, hər bir oğlan uşağının böyümə mərhələsində atasından öyrənəcəyi çox şey var. Eyni şəkildə qız uşaqları da qarşı cinsə qarşı hisslərini ata sevgisi ilə tənzimləyir, öyrənirlər. Ata sevgisi ilə böyümüş qızlar gələcəkdə həyat yoldaşı seçərkən atasından müşahidə etdikləri, öyrəndikləri əsasında seçirlər. Boşanmış ailələrdə ancaq həftəsonlarını ata və ya anası ilə keçirən uşaqlarda valideynlərə qarşı hirslilik duyğusu yaradır. Ona az zaman ayrıldığını, sevilmədiyini düşünən uşaq böyüdükcə valideinlərə qarşı daxilində bpyük hirs böyüdəcək. Bununla yanaşı belə uşaqlarda özünə inamsızlıq, qapalılıq, qorxu, uşaq depressiyası, yuxu pozuntuları, dırnaq yemə, hirslilik, tündxasiyyətlilik, ətrafla ünsiyyət problemləri, qidalanma pozuntusu kimi davranış pozuntularrı müşahidə edilir.
Psixoloqun fikrincə, övladı ilə müntəzəm görüşə bilməyən atalarda da psixoloji problemlər müşahidə edilir. Uşağın hər zaman ehtiyac duyduğu sevgi və güvən duyğusudur. Ata uşağının inkişafını, böyüməsini görə bilmədiyi üçün günahkarlıq duyğusu yaşaya bilər. Bu da onda keçmiş həyat yoldaşına qarşı aqressiya yarada bilər. Atanın belə aqressiya ilə övladı ilə görüşməsi də zərərlidir. O düşünmədən ana haqqında övladına gərəksiz sözlər istifadə edə bilər. Unutmamaq lazımdır ki, bir uşaq fiziki və romantik inkişafını ən gözəl şəkildə ailəsinin içində tamamlaya bilər. Uşaq ayrı-ayrılıqda həm anasının, həm atasının sevgisinə möhtacdır. Uşağın gözündə ana ilə atanın funksiyası müxtəlifdir. Biri digərinin yerini tam doldura bilməz. Boşanma heç bir uşağın istəmədiyi, lakin nəticələrinə dözmək məcburiyyətində qaldığı haldır. "Dünyanın mərkəzində olduğunu düşünən uşaq boşanmada da özünü günahkar hesab edir. Ana-atası boşanan uşaq o yaşda ən böyük travmanı yaşayar. Uşağın dünyada iki güvəndiyi adam ana və atasıdır. Boşanma ilə qarşılaşan uşaq hər zaman düşünür ki, bir-birini tərk edən valideynləri onu da tərk edərmi? Bu kimi qayğılar uşağın düşüncələrini alt-üst edir. Uşağın gələcək həyatda normal düşüncəli biri kimi inkişaf etməsi üçün boşanan tərəflər bir-birini uşağın qarşısında pisləməməli və günahlandırmamalıdır. "Biz boşandıq. Amma sizi çox sevirik" deyə başa salmaq ən yaxşısıdır".
Çox zaman tərəflər boşandıqdan sonra uşaqlarla da mehriban davranmırlar. Boşanmadan sonra uşaqlarını boşandıqları yoldaşına bənzəməkdə günahlandırır. Uşağın hisslərini nəzərə almırlar. Bəzi valideynlər isə boşandıqdan sonra uşağı "çanta" kimi bir-birinin evinə daşıyırlar. Valideynlərdən biri uşağın evi kimi qəbul edilməli, digəri gəlib onu o evdə görməlidir. Uşaq heç bir zaman atasının və ya anasının yanına göndərilməklə təhdid edilməməlidir. Valideynlərdən biri heç vaxt uşağa atan və anan səni sevmir deməməlidir. Bu, uşağın mənəvi dünyasına təsir edir.
Unutmamaq lazımdır ki, əsas olan uşaqla nə qədər zaman keçirdiyiniz deyil, uşaqla necə zaman keçirdiyinizdir. Buna görə də valideynlər uşaqla keçirdikləri zamanda çox mehriban və səmimi olmalıdırlar. Əks halda uşaq bunu hiss edir.
Boşanma üzücü bir proses olsa da, hər iki tərəf bunu uşağa rahatlıqla başa salmalı və uşağın hər zaman dəyərli olduğunu hiss etdirməlidir. Həmsöhbətimizə görə, boşanmaların sayı zamanla daha da artacaq. Bunun müxtəlif səbəbləri olsa da, nəticə etibarilə zərər görən uşaqlar olur. "Fikir verin, əvvəllər internet məkanında qadınların olmasına, açıq-saçıq geyimə pis baxılırdısa, bu, kütləviləşdikcə baxışlar dəyişdi. Zamanla boşanmalar da adiləşəcək və artacaq. Amma hər nə vəziyyət olursa-olsun, uşaqları qorumaq və sevmək lazımdır. Onlar bizim sevgimizə möhtacdır".
XƏBƏR LENTİ
Qovun, yoxsa qarpız daha faydalıdır?
Okeana atılmış məktub sayəsində dostlaşdılar
"Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"
Hər gün zəlzələ olur
80 ildir ki, saçlarını kəsdirmir - FOTO
Ayaqqabı modelləri
Azərbaycan sərhədindən keçid asanlaşacaq - Yeni marşrutlar yaradılır
Adriana Limanın pəhriz siyahısı
Günün qoroskopu: əlverişli zamandır
Avropanın ən böyük vulkanı püskürdü
Heyvansevərlər üçün maraqlı şəkilər
"Kiyevdə Leninin heykəlinin dağıdılması vəhşilikdir"
Tarkan ölən aktrisa haqda bunu yazdı - FOTO
Bitkilərə həşərat geni köçürüləcək - TƏHLÜKƏLİ kəşf
Koronavirusu yayan daha bir TƏHLÜKƏ: Hər toxunuş...
Münasibətə ziyan vuran davranışlar
Qərb ölkələrini bürüyən qəribə yeni ənənə
Olimpiya çempionumuz yeni vəzifəsi haqda danışdı
Qara vanna otağı
Nəhəng şirkət 6 min əməkdaşını ixtisar edəcək
İran və BAEA arasında danışıqlar təxirə salındı
Neslihan və Kadirdən yeni FOTO
İnternetdə hadisələrin səbəbkarları kimdir?
DİQQƏT – Bakıda dövriyyədə saxta pullar var
Kanye Uest Kardaşyana etibar etmir
İspan aksesuarları
Super qabiliyyətli heyvanlar
100 milyon dollarlıq hədiyyə
BÜRCLƏR bizə nə vəd edir?-14 İyul
Putin İlham Əliyevə məktub göndərdi
30 milyona ev aldılar
Çörək haqqında gələn xəbərlər
XİN: "Azərbaycan Suriya böhranının siyasi həllinə nail olunması üçün bütün maraqlı tərəflərlə birgə fəaliyyətə hazırdır"
Əxlaq insanın etdiyi davranışlara başqalarını dəvət etməsidir
BÜRCLƏR bizə nə vəd edir?-12 yanvar
Bitkilər və təbabət (10)
Qolbaqlar
Göz təzyiqinin səbəbləri
Ucuz, yoxsa bahalı telefonlar daha yaxşıdır?
Demet Özdemir hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə
Günün qoroskopu: ciddi dəyişikliklər mümkündür
Hava haqqında
Neftin bahalaşması davam edir
Bəyəndim (Like)
Engin Altandan gözlənilməz qərar
"Bəy çoxdan toy etməyə hazırdır, mənim cavabımı gözləyir" - Mətanət Əsədova
Məktəblərdə telefon qadağan olunsunmu?
TQDK: …2 gün qaldı
Hava haqqında - 29.11.2013